Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə


Paralimpiya Federasiyasının idmançıları



Yüklə 1,88 Mb.
Pdf görüntüsü
səhifə16/17
tarix02.01.2022
ölçüsü1,88 Mb.
#1781
1   ...   9   10   11   12   13   14   15   16   17
Paralimpiya Federasiyasının idmançıları 

Ağbulaq İstirahət Mərkəzində olublar

    Aşıq sənətinin ilkin ni-

şanələri və ərsəyə gəlməsi

haqda məlumatlar “Kitabi -

Dədə Qorqud” dastanında

öz əksini tapıb. Ozanlar və

onların sevimli alətləri olan

qopuz  haqqında  dastanda

geniş məlumat verilir. “Qo-

puz”  sözünün  etimologi-

yasına baxsaq, görərik ki,

qop qədim türkcədə “uca-

lıq”,  “yüksəklik”,  uz  isə

“avaz”, “sehrli musiqi ahəngi” an-

lamını  verir.  Tarixi  və  etnoqrafik

məlumatlara görə, qopuz türk xalq

söyləyicilərinin, əsasən, qəhrəmanlıq

nəğmələri,  dastanları  ifa  edərkən

istifadə etdikləri başlıca simli musiqi

aləti olub, kütləvi şənliklərdə, toy-

düyünlərdə  çalınırdı.  Elin  müdrik

ağsaqqalı Dədə Qorqud oğuznamə-

lər söyləyir, düzüb-qoşur, gənclərə

öyüd-nəsihətlər verir, qəhrəmanlıq

göstərən ərənləri öyürdü. “Kitabi-

Dədə Qorqud” dastanında bu alətin

müqəddəsliyindən  olduqca  geniş

söhbət açılır. Dastanda tez-tez rast

gəldiyimiz  sahibinin  onu  bir  baş-

qasına  verməsinin  qadağan  olun-

ması, başqa birinin əlinə dəyməsini

günah hesab etməsi və sair bu kimi

nümunələr  onun  dəyərini  daha  da

artırır. Burada onun ilahi cəhətdən

də xüsusi bir fərqliliyi diqqətə çat-

dırılır.  Dastanda  qeyd  edilənlərə

əsaslanaraq  deyə  bilərik  ki,  ölüm

tanrısı  qopuzun  səsindən  Qorqud

atanın canını və ya o ətrafda olan-

ların ruhunu almağa gələ bilməzmiş.

Qopuz səsinin ecazkarlığı eşidildikcə

Dədə Qorqud ölümdən uzaq hesab

olunurmuş. Yalnız o susduqdan son-

ra  ölüm  onu  yaxalaya  bilir.  Deyi-

lənlərə görə, Qorqud ata öldükdən

sonra  onun  qopuzu  illərlə  kədərli

səslər çıxarıb. 

    Qopuz bir musiqi aləti kimi əsr-

lərboyu təkmilləşərək öz yerini saza

verib. Saz mizrabla çalınan musiqi

alətidir.  Onlar ölçülərinə, pərdələrin

və simlərin sayına görə üç yerə bö-

lünür: 4-6 simi olan cürə saz, 6-7

simi olan qoltuq saz, 8-9 simi olan

ana  saz  və  meydan  sazı  adlanan

tavar sazdır. Əksər hallarda Azər-

baycan  aşıqları  səkkiz  və  yaxud

doqquzsimli sazdan istifadə edirlər.

Saz aləti kəllə, qol və çanaq adlanan

üç hissədən ibarətdir. 

    Dastanda tez-tez rast gəldiyimiz

ozan, dədə adlandırılan aşıq sözünün

mənasına gəldikdə isə qeyd etmək

olar  ki,  dahi  bəstəkarımız  Üzeyir

Hacıbəyli  bu  sözü  ərəb  sözü  olan

“eşq”  ilə bağlayıb. Professor Məm-

mədhüseyn  Təhmasib  isə  onun

hazır da  az  işlənən  və  qədim  türk

sözü olan “aş”-dan törədiyini iddia

edib. Tarixi məlumatlara istinad et-

sək, onu XVI əsrdə geniş yayılmış

hərbi himnlərlə əlaqələndirə bilərik.

Belə  ki,  türkü  adlanan  bu  türkü-

himnlərin yaradıcılarını “aşiq” ad-

landırırdılar.  Sonralar  fəxri  “aşıq”

adı  saz-söz  sənətkarlarının  adına

əlavə olunub.

    Naxçıvanda da aşıq musiqisi ta

qədim zamandan formalaşmağa baş-

layıb. Bu sənət hazırda özünün ən

yüksək  inkişaf  dövründədir.  Aşıq

sənəti Naxçıvanın  Şərur və Şahbuz

bölgələrində daha çox yayılıb. 

    Zəmanəsinin  məşhur  aşıqları

olan Ağ Aşıq Allahverdi Kosacanlı,

Aşıq  Süleyman,  Aşıq  Cəlil,  Aşıq

Məmmədcəfər,  Qonçabəyim,  Ço-

bankərəli  Aşıq  Cəfər,  Allahverdi

Əliyev, Aşıq Bəhman, Aşıq Nəcəf -

alı,  Aşıq  Mirzalı,  Aşıq  Hidayət,

Aşıq  Həmid,  Kazım  Abdullayev,

Aşıq  Əbülfəz,  Aşıq  Həmid,  Aşıq

Bayram əli, Aşıq Ehsan, Aşıq Əzim,

Aşıq Vəli, Ordubadlı Kərim, Aşıq

Abbas Dəhri, Məmmədxan Məm-

mədov,  Aşıq  Həbib  və  başqaları

Naxçıvan aşıq mühitinin yetirmələri

olublar.  Keçmişdə  adları  çəkilən

bu  Naxçıvan  aşıqlarının  şöhrəti

ölkə  hüdudlarından  kənara  çıxıb,

onlar  İran  və Türkiyə  kimi  xarici

ölkələrə musiqi məclislərinə dəvət

olunublar.

    Hazırda Naxçıvanda Aşıqlar Bir-

liyi  fəaliyyət  göstərir.  Naxçıvan

Muxtar  Respublikasının  Əməkdar

artisti, Aşıqlar Birliyinin sədri Tural

Bağırov birliyin fəaliyyəti haqqında

belə deyir:

    – 2009-cu ildən fəaliyyət göstərən

birliyin hal-hazırda 22 üzvü

var. Onlarla yanaşı, birliyi-

mizə üzv olmaq istəyən, bu-

nun üçün namizədliyini irəli

sürən  aşıqlar  da  az  deyil.

Burada həftənin 4 günü üzv-

lər toplanır, məşqlər aparılır,

konsertə  hazırlıq  işləri  gö-

rülür. Həmçinin birliyimizin

fəaliyyətinin  genişləndiril-

məsi  yolunda  yeni  fikirlər

irəli sürülür, onların müza-

kirəsi aparılır. Biz muxtar respub-

likamızda keçirilən xalq mərasim-

lərində,    eyni  zamanda  dövlət  sə-

viyyəli tədbirlərdə də iştirak edirik. 

    Tural Bağırov onu da qeyd etdi

ki, hazırda muxtar respublikamızda

bu sənət geniş yayılmaqdadır. Mu-

siqi məktəblərində, Naxçıvan Musiqi

Kollecində,  həmçinin  Naxçıvan

Dövlət  Universitetinin  İncəsənət

fakültəsində də saz sinifləri fəaliyyət

göstərir və ildən-ilə bu sahədə təhsil

almaq istəyən tələbələrin sayı art-

maqdadır. Hətta bir çox gənc asudə

vaxtını səmərəli keçirmək məqsədilə

saz  sənətini  öyrənmək  üçün  bizə

müraciət  edir.  Bu,  çox  sevindirici

haldır. Muxtar respublikamızda bu

sənətin  geniş  yayılması  üçün  hər

cür şərait yaradılıb. Bir sözlə, biz

dövlətin diqqət və qayğısını üzəri-

mizdə hiss edirik. 

    Naxçıvan Aşıqlar Birliyinin üzv-

lərindən  Turac  Bayramova,  Leyla

Fətullayeva,  Səkinə  Kərimova  ilə

söhbət zamanı onlar aşıq sənətində

daha da təkmilləşmələrində və səhnə

mədəniyyətlərinin formalaşmasında

bu  təşkilatın  böyük  xidməti  oldu-

ğunu  vurğuladılar.  Məşq  zalında

söhbətləşdiyimiz digər bir həvəskar

aşıq  Gülizar  Əhmədli  isə  illərdir,

həvəs göstərdiyi aşıq musiqisi sa-

həsində ömürlük qərarlaşmaq istə-

diyini və tezliklə Aşıqlar Birliyinə

üzv kimi qəbul edilməyi arzuladığını

bildirdi. 

    Naxçıvanda    bu  sahədə  inkişaf

göz qabağındadır. Hər il keçirilən

müxtəlif el şənliklərində saz hava-

larına  geniş  yer  verilməsi  Naxçı-

vanda aşıq yaradıcılığına göstərilən

diqqət və qayğının təzahürüdür.




Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin