Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə



Yüklə 1,88 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix02.01.2022
ölçüsü1,88 Mb.
#1781
  1   2   3   4   5   6   7   8   9   ...   17


  Naxçıvan Muxtar Respublikası Əd-

liyyə Nazirliyi Kəngərli rayonunda in-

zibati  ərazi  dairəsi  üzrə  nümayəndə-

liklər tərəfindən doğum, nikah və ölüm

qeydiyyatı zamanı qanunvericiliyin tə-

ləblərinə riayət olunması ilə bağlı se-

minar-müşavirə keçirib.

    Tədbiri giriş sözü ilə Kəngərli Rayon

İcra Hakimiyyətinin başçısı Kamal Ələk-

bərov açıb.

     Seminar-müşavirədə Naxçıvan Muxtar

Respublikasının ədliyyə naziri, II dərəcəli

dövlət  ədliyyə  müşaviri  Suliddin  Əliyev

məruzə  edərək  bildirib  ki,  ümummilli

liderimiz  Heydər  Əliyevin

2002-ci il 31 iyul tarixli Fər-

manına əsasən, rayon mərkə-

zindən kənarda yerləşən qəsəbə

və  kənd  sakinləri  üçün  daha

münasib şəraitin yaradılması,

onların rahatlığının təmin edil-

məsi, doğum, nikah və ölüm

qeydiyyatının  daha  operativ

həyata keçirilməsi məqsədilə

nikahın, doğumun və ölümün

dövlət qeydiyyatını rayon (şə-

hər) qeydiyyat şöbələri ilə yanaşı, icra ha-

kimiyyətlərinin nümayəndəlikləri aparır.

    Muxtar respublikamızın bütün rayon-

larında yerli icra nümayəndəlikləri üçün

yeni  inzibati  binalar  tikilib  və  müasir

standartlara  uyğun  iş  şəraiti  yaradılıb.

Məhz bu diqqət və qayğı nəticəsində Kən-

gərli rayonunun icra nümayəndəlikləri də

müasir inzibati bina və iş şəraiti ilə təmin

olunublar. 

    Qeyd  olunub  ki,  yaradılan  bu  şərait

icra  nümayəndələrinin  üzərinə  mühüm

vəzifələr qoyur. Hər bir icra nümayəndəsi

“Dövlət  rüsumu  haqqında”  Azərbaycan

Respublikası  Qanununun,  Azərbaycan

Respublikasının Ailə Məcəlləsinin, notariat

haqqında qanunun və kargüzarlıq qayda-

larını müəyyən edən təlimatın tələblərinə

əməl etməli və vətəndaşlıq vəziyyəti aktları

qeydə  alınmasına  görə  dövlət  rüsumu

ödənildikdən  sonra  müvafiq  əməliyyatı

rəsmiləşdirməlidir.  Xüsusilə  nikah  qey-

diyyatı ilə bağlı könüllü lük prinsipi daim

diqqətdə saxlanılmalı, vətəndaşların şəxsən

iştirakı təmin edilməli və nikah qeydiyyatı

üçün müraciət etmiş vətəndaşların ərizəsi

qəbul  edilən  zaman  tibbi  müayinə  ara-

yışlarının alınması təmin olunmalıdır. Hər

bir icra nümayəndəsi tərəfindən notariat

hərəkətlərinə  görə  qəbul  edilmiş  dövlət

rüsumu iki bank günü ərzində dövlət büd-

cəsinə  köçürülməli,  notariat  əməliyyatı

zamanı vətəndaşların şəxsən iştirakı təmin

edilməlidir. 

    Sonda seminar-müşavirə iştirakçılarını

maraqlandıran suallar cavablandırılıb.

    Tədbirə  Kəngərli  Rayon  İcra  Haki-

miyyətinin başçısı Kamal Ələkbərov yekun

vurub. 

-


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin