Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə



Yüklə 1,88 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix02.01.2022
ölçüsü1,88 Mb.
#1781
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
Naxçıvan Muxtar Respublikası 

Ailə, Qadın və Uşaq Problemləri 

üzrə Dövlət Komitəsinin 

mətbuat xidməti

Sosialist Əməyi Qəhrəmanının yubileyi qeyd olunub

    İyulun 15-də Tələbə Qəbulu üzrə

Dövlət  Komissiyası  2016-2017-ci

tədris ili üçün Azərbaycan Respub-

likasının  ali  təhsil  müəssisələrinə

və tam orta təhsil bazasından orta

ixtisas təhsili müəssisələrinə qəbul

olunmaq istəyən cari ilin məzunları

üçün I və IV ixtisas qrupları üzrə

qəbul imtahanı keçirib. 

    İmtahan  respublikanın  11  şəhə-

rində  – Bakı,  Naxçıvan,  Gəncə,

Sumqayıt, Mingəçevir, Şəki, Ağca-

bədi, Göyçay, Şirvan, Lənkəran və

Xaçmaz  şəhərlərində, ümumilikdə,

47 binada təşkil olunub. 

    İmtahan  bütün  binalarda  eyni

vaxtda  –  saat  11

00

-da  başlanıb  və



3 saat davam edib. Muxtar respub-

likada Naxçıvan şəhər 7 və 14 nöm-

rəli tam orta məktəblərdə keçirilən

imtahanlarda 1097 abituriyent iştirak

edib. İmtahana 106 nəzarətçi-müəl-

lim, 8  imtahan rəhbəri cəlb olunub.

Abituriyentlərin  öz  bilik  və  baca-

rıqlarını  nümayiş  etdirmələri  üçün

imtahan  aparılan  yerlərdə  normal

şərait yaradılıb. 

    İmtahan  başlanmazdan  əvvəl

məktəblərin  önündə  həyəcanlı  gö-

rünən  abituriyentlər,  onların  vali-

deynləri ilə görüşüb həmsöhbət ol-

duq. 14 nömrəli tam

orta  məktəbin  qarşı-

sındayıq.  Naxçıvan

şəhər 12 nömrəli tam

orta məktəbin məzunu

Aysun  Hacızadəyə

yaxınlaşırıq: 

    – Çox  həyəcanlı-

yam. İmtahandan yax-

şı nəticə əldə edəcə-

yimə inanıram. Çünki

imtahan verəcəyim fənlər üzrə yaxşı

hazırlaşmışam. Sınaq imtahanlarında

500-dən  yuxarı  bal  toplayırdım.

Arzum həkim olmaqdır. İmtahanda

yüksək  bal  toplayıb  bu  arzuma

çatacağam. 

    Övladları  qədər  valideynlər  də

həyəcanlı idilər. Valideynlərdən İradə

Əliyeva deyir: 

    – Bu gün oğlum Tofiq I ixtisas

qrupu  üzrə  imtahan  verəcək.  Hər

bir valideynin arzusudur ki, övladı

tələbə  adını  qazansın.  İmtahandan

çıxana kimi burada onu gözləyəcə-

yik. Burada gözləyənlərə nümunəvi

iaşə xidmətinin yaradılmasından çox

razıyam  və  bu  şəraiti  yaradanlara

minnətdarlığımı bildirirəm.

    Naxçıvan  şəhər  7  nömrəli  tam

orta məktəbin qarşısında da həyəcanlı

valideynlər,  abituriyentlərlə  həm-

söhbət olduq. Abituriyentlərdən Nə-

riman  Süleymanov  I  ixtisas  qrupu

üzrə imtahan verəcək. O, sınaq im-

tahanlarında 650-dən yuxarı bal top-

layır. Onun dediklərindən: 

    – Həyəcanlı  deyiləm.  Hər  ay

sınaq imtahanlarında iştirak etdiyim

üçün artıq imtahan həyəcanına alış-

mışam.  Hədəfim  700  bal  topla-

maqdır.  İnanıram  ki,  bu  nəticəni

göstərəcəyəm. 

    Saatlar 11

00

-ı göstərəndə imtahan



başladı. İmtahan qurtarana kimi biz

də imtahanda müşahidələr apardıq.

Naxçıvan  şəhər  7  və  14  nömrəli

tam orta məktəblərdə keçirilən im-

tahanların gedişi zamanı abituriyent -

lər heç bir qayda pozuntusuna yol

verməyərək diqqətlərini ancaq test

tapşırıqlarına yönəltdilər. İmtahan-

ların gedişinə nəzarət edən imtahan

rəhbəri  Fail  Kazımov  bildirdi  ki,

abituriyentlərin  öz  bilik  və  baca-

rıqlarını göstərmək üçün ayrılan 3

saat ərzində imtahan otağında on-

ların  yüksək  fəallığını  müşahidə

edib.  

    İmtahan başa çatdıqdan sonra bir

neçə abituriyentlə həmsöhbət olduq.

İmtahandan yenicə çıxmış Şərur ra-

yonunun  Düdəngə  kənd  tam  orta

məktəbinin  məzunu  Ümid  Əliyev

dedi:

    – IV ixtisas qrupu üzrə imtahan



verdim. Sualları cavablandırmaqda

çətinlik çəkmədim. Suallara doğru

cavab verdiyimə əminəm. İnanıram

ki, tələbə adını qazanacağam.

    Abituriyentlərdən Rauf Orucov,

Səma Quluzadə, Tağıyar İsmayılov

və  başqaları  imtahanda  əsas  amil

olan sakitliyin tam təmin edildiyini

bildirdilər.  Bu  da  onların  sualları

dəqiq  cavablandırmasına  imkan

verib. 

    Qeyd edək ki, imtahanda təqdim

olunmuş sualların düzgün cavabları

TQDK-nın internet saytında yerləş-

dirilib.  Nəticələr  elan  olunduqdan

sonra  abituriyentlər  imtahan  nəti-

cələri ilə TQDK-nın internet saytında

və  ya  iş  nömrələrini  bütün  mobil

operatorlardan 7727 nömrəsinə gön-

dərməklə tanış ola biləcəklər.




Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin