Mündəricat Giriş



Yüklə 69,04 Kb.
səhifə3/6
tarix21.12.2022
ölçüsü69,04 Kb.
#77157
1   2   3   4   5   6
Adi və kütləvi qırğın sılahları

Neytron bombası
Neytron silahı zəif istilik-nüvə sursatıdır. Əsas zədələyici təsiri neytronlar selinin nüfuzedici təsirindən ibarətdir. Neytron sursatının gücü, adətən, 0,5 kt-dək (2 min tonadək) olur. Adi nüvə sursatında nüfuzedici radiasiyanın yaranması üçün partlayış enerjisinin ancaq 5%-i sərf olunur, neytron sursatında isə bu zədələyici amilin payına enerjinin neytronlar seli digər nüvə partlayışına nisbətən 5-6 dəfə güclü olduğu üçün adamlar radiasiyadan zədələnməyə zərbə dalğasının və işıq şüalanmasının təsir dairələrindən daha çox məruz qalırlar. Neytron bombası partlayışının təsirindən mühafizə olunmayan adamlar partlayış mərkəzindən 800 m-dək məsafədə bir anda, 1600 m-dək məsafədə partlayışdan bir neçə gün sonra məhv ola, 2000 m məsafədə isə ən təhlükəli şüa xəstəliyinə tutula bilərlər. Qış vaxtı (rütubətli havada) neytron selinin zərərli təsir məsafəsi yaydakına nisbətən 1,2 dəfəyədək az olur.
Kimyəvi silah
Kimyəvi silah — zəhərləyici təsirə malik tseriksonik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır. Axırıncı dəfə kütəvi olaraq kimyəvi silahdan Birinci dünya müharibəsində istifadə olunub. Kimyəvi silahı bu xüsusiyyətlərinə görə təsnif olunur:İnsan orqanizminə təsir xarakterinə görə;Taktiki təyinatına görə;Təsir tezliyinə görə;Dayanıqlığına görə;Tətbiq vasitələrinə görə.
Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür:Öldürücü (sinir-paralitik, dəri- deşici, ümumi zəhərləyici, boğucu təsirli);Ziyanverici (Psixotrop maddələr və İrritantlar).
Təsir sürətinə görə kimyəvi silahlar:Tez (sinir-paralitik, ümumi zəhərləyici, qıcıqlandırıcı və bəzi psixotrop maddələr);Gec(dəri- deşici, boğucu təsirli və bir neçə növ psixotrop maddə) təsir edən maddələr ayrılır.
Təsir müddətinə görə kimyəvi silahlar:Uçucu ya dayanıqsız (təsiri dəqiqələrlə hesablanır);Dayanıqlı maddələr (təsiri bir neçə saatdan bir neçə həftəyə qədər).
İnsan orqanizminə təsirinə görə aşağıdakı 6 növ zəhərləyici maddə var.

  1. Mərkəzi sinir sisteminə təsir edərək sinir-paralitik şok yaradan maddələr: zarin, zoman, tabun, V-qazlar

  2. Dəri-deşici təsirli zəhərli maddələr: iprit, lyuzit. Bu tip maddələr əsasən dəriyə təsir edir, amma onları aerozol ya buxar şəklində istifadə edəndə tənəffüs orqanlarını da zədələyir.

  3. Ümumi zəhərləyici maddələr: sinil turşusu, xlorsian. Bu tip maddələr orqanizmə düşəndə qandakı oksigenin hüceyrələrə verilişinin qarşısını alır.

  4. Boğucu təsirli zəhərli maddələr: fosgen və difosgen. Əsasən ağ ciyərləri zədələyir.

  5. Psixokimyəvi təsirli maddələr: İnuklidil-3-benzilat (BZ) və lizerqin turşusunun dietilamidi. Bu tip maddələr müəyyən müddətə düşmənin canlı qüvvəsini sıradan çıxarır. Təsiri müvəqqəti korluq, karlıq, qorxu hiss və hərəkət dəqiqliyinin itirilmasinə gətirir, amma ölümə səbəb olmur.

  6. İrritantlar, yaxud da qıcıqlandırıcı maddələr: Gözü sulandıran CS, CN, yaxud xlorasetonfenon və PS yaxud xlorpikrin; asqırdan DM (adamsit), DA (difenilxlorarsin) və DC (difenilsianarsin). Bu tip maddələrin təsiri 1–10 dəq. çəkir. Bir çox ölkələrdə polislər bu tip maddələrlə silahlanırlar.

Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir şəraitdə kimyəvi silahları artırmamaq, istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq barədə öhdəlik götürmüşlər. Konvensiya 2–10 il dövr ərzində kimyəvi silahların və onların məhsullarının tamamilə məhvi üçün nəzərdə tutulmuşdur. Konvensiya çərçivəsində qadağan olunmayan hallar, sülh məqsədləri üçün vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər vasitələr istisna olmaqla, hərbi sursatlar ilə birlikdə zəhərli kimyəvi maddələrin və onların məhsullarının məhv edilməsi konvensiyada nəzərdə tutulmuşdur. Konvensiyada qeyd edilmiş bütün kimyəvi maddələr mənşəyindən və ya istehsalından asılı olmayaraq, hansı ki, insanlara və ya heyvanlara zərər yetirə bilər zəhərli kimyəvi maddələrə aiddir. Buna görə də, bu növ kimyəvi maddələr istehsal edən mülki istehsal imkanları konvensiyanın nəzarəti altındadır.



Yüklə 69,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin