Mündəricat Giriş



Yüklə 69,04 Kb.
səhifə2/6
tarix21.12.2022
ölçüsü69,04 Kb.
#77157
1   2   3   4   5   6
Adi və kütləvi qırğın sılahları

Nüvə silahı
Nüvə silahı məlum olan digər kütləvi qırğın silahlarına görə güçlü zədələmə xassəsinə malikdir. Nüvə silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur.
Nüvə silahının partlayış güçü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalent-partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər (ekvivalent) adi partladıcı maddənin (trotilin) tonla miqdarına deyilir. Müxtəlif nüvə sursatlarının gücü bir necə milyon tona (meqatona) qədər olur. Nüvə partlayışı həm zədələyici təsirinin gücünə, həm də müxtəlif amillərin zərərli təsirinə görə adi döyüş sursatlarından fərqlənir.

Nüvə partlayışı nəticəsində beş cür zərərli təsir meydana çıxır.Bunlara nüvə partlayışının zədələyiçi amilləri deyilir. Bunlardır:zərbə dalğası; işıq şüalanması; nüfuzedici radiasiya; yerin radioaktiv zəhərlənməsi və elektromaqnit impulsu.
Zərbə dalğası- partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk sıxılmış hava qatından ibarətdir. Zərbə dalğası nəticəsində binalar, qurğular, tikililər dağılır, insanlar isə müxtəlif dərəcəli zədələr alırlar. İzafi təzyiqin miqdarından asılı olaraq zədələr aşağıdakı növlərə bölünür:yüngül zədələnmə - izafi təzyiq 20 – 40 kPa bərabər olanda baş verir. Bu zaman yüngül kontuziya, qol və qıç nahiyələrinin burxulması və eşitmə qabiliyyətinin müvəqqəti itirilməsi baş verir;orta zədələnmə – izafi təzyiq 40– 60 kPa bərabər olanda baş verir. Belə hallarda bədənin ümumi kontuziyası, qol və qiç nahiyələrinin bərk burxulması, burun və qulaqlardan qanaxma baş verir;ağır zədələnmə – izafi təzyiq 60 – 100 kPa bərabər olanda baş verir. Bu zaman qol və qıç nahiyələrinin sınması, daxili orqanların zədələnməsi, burun və qulaqlardan şiddətli qanaxma baş verir;ən ağır zədələnmə – izafi təzyiq 100 kPa - dan yüksək olanda baş verir. Bu zaman sümüklərin sınması, daxili orqanların dağılması, daxili qanaxma və beyin silkələnməsi baş verir və ölümlə nəticələnir.
Zərbə dalğasının önündə izafi təzyiq 10 kPa – dan artıq olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr 4 növə ayrılır: tam dağıntı zonası, güclü dağıntı zonası, orta dağıntı zonası və zəif dağıntı zonası.Nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə tam dağıntı zonası deyilir. Bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacağların bir qismi uçulur. Küçələrdə başdan - başa uçqunlar əmələ qəlir və sığınacaqların giriş yolları uçqunlarla tutulur;İzafi təzyiqin təsirinə 50 kPa-dan – 30 kPa-dək məruz qalmış sahələr güclü dağıntı zonası adlandırılır. Buradakı bina və qurğular əsasən dağılır, sığınacaqlar və yeraltı kommunal-enerqetika şəbəkələrinin əksəriyyəti salamat qalır; İzafi təzyiqin təsirinə 30 kPa-dan – 20 kPa-dək məruz qalmış sahələr orta dərəcəli dağıntı zonası adlandırılır. Bu zonanın hüdudları daxilindəki binalar orta dərəcədə dağılır, yeraltı sığınacaq və şəbəkələr salamat qalır. Küçələrin müxtələf yerlərində uçqunlar yarana bilər;İzafi təzyiqin təsirinə 20 kPa- dan –10 kPa-dək məruz qalmış sahələr zəif dağıntılar zonası adlandırılır. Bu zaman binanın ikinci dərəcəli elementləri yəni qapı və pəncərələri, artırmaları və daxili arakəsmələri dağılır, küçələrdə tək - tək uçqunlar yaranır.
İşıq şüalanması- nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq selidir. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şualarına nisbətən şaquli yerləşmiş səthin hər kv. sm-nə, şualanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur və KC/m² ölçülür. İşıq şualanması yaşayış məntəqələrində və meşələrdə kütləvi yanğınlar törədir, insan bədənində isə yanıqlar əmələ qətirir. İşıq impulsunun miqdarından asılı olaraq insanlar bir neçə dərəcəli yanıqlar ala bilər:birinci dərəcəli yanıqlar işıq impulsu 80 – 160 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin qızarması baş verir;ikinci dərəcəli yanıqlar işıq impulsu 160 – 400 KC\m² olarkən əmələ gəlir və bu zaman dəridə suluqların əmələ gəlməsi baş verir;üçüncü dərəcəli yanıqlar işıq impulsu 400 – 600 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin ölməsi baş verir;dördüncü dərəcəli yanıqlar işıq impulsu 600 KC\m² – dən yuxarı olarkən əmələ gəlir və bu zaman damarların və sümüyün yanması baş verir.
Nüfuzedici radiasiya- qamma şüalanması və neytronlar selindən ibarətdir. Nüfuzedici radiasiya nüvə partlayışından sonra cəmi 10-15 saniyə ərzində mühafizə olunmamış canlı orqanizmlərə təsir edir. Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirlir və Rentgen, Qrey, Rad ölçü vahidləri ilə ölçülür. Bir rentqen - qamma şüalanmanın elə dozasıdır ki, bunun nəticəsində 0 °C temperaturda və 760 mm civə sütunu təzyiqi şəraitində quru havanın 1sm³ - də təxminən 2 milyard cüt ion əmələ qalır.Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasianın təsiri zəifləyir. Bəzi materialların radiasiyanı yarıyadək zəiflətmə qabiliyyəti var. Məsələn: poladın – 3 sm, betonun - 10 sm, torpağın – 14 sm, suyun – 23 sm, ağacın – 30 sm qalınlığı nüfuzedici radiasiyanı iki dəfə azaldır.Nüfuzedici radiasiyadan mühafizə, məhz materialların bu xusiyyətinə əsaslanır.
Radioaktiv zəhərlənmə-Radioaktiv çirklənmə nüvə partlayışının digər məhvedici faktorlarından fərqli olaraq, insanları və ərazini uzun müddətdə öz təsiri altında saxlayır.
Təhlükəsiz radiasiya dozaları:sülh dövründə təhlükəli obyektlərdə işləyənlər – bir il ərzində 5R. (həmin obyektlərin yaxınlığında yaşayanlar bir il ərzində 0,5 R);müharibə dövründə bir dəfəlik doza 4 gün ərzində 50 R, çoxdəfəlik dozalar: bir ay ərzində 100 R, üç ay ərzində 200 R, bir il ərzində 300 R təşkil edilir.
Elektromaqnit implusu-Nüvə partlayışlarından istiqamətlənən elektromaqnit sahəsinə elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsun yaranması Komptonov (ingilis alimi) mexanizmi nəticəsinə əsaslanır. Nüvə partlayışı anında küllü miqdarda qamma kvantlar və neytronlar yayılır. Partlayışın qamma-kvantı, ətraf mühitin atomları ilə qarşılıqlı təsirdə, müsbət yüklü zəif ionlar və cəld elektronlar əmələ gətirir ki, bunlar da yeni qamma-kvantların törəmələri istiqamətində hərəkət edirlər. Nəticədə ətraf mühitin bu boşluğunda sərbəst elektrik cərəyanı və yüklü sahə əmələ gəlir. Öz növbəsində cəld elektronlar mühitdə ionlaşaraq, müsbət yüklənmiş ionlar və zəif elektronlar yaradırlar. Nəticədə bu mühit elektrik keçirici olur. Elektrik sahəsinin təsiri altında, yaranmış cəld elektronların, zəif elektronlara qarşı hərəkətə başlamasından elektronlarda cərəyan keçiriciliyi yaranır.

Yüklə 69,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin