Mündəricat Giriş


Adi qırğın vasitələrinin növləri



Yüklə 69,04 Kb.
səhifə5/6
tarix21.12.2022
ölçüsü69,04 Kb.
#77157
1   2   3   4   5   6
Adi və kütləvi qırğın sılahları

Adi qırğın vasitələrinin növləri
Adi silahları həm sərbəst, həm də düşmənin canlı qüvvəsini, texnikasını sıradan çıxaran, böyük dağıntılara səbəb olan nüvə silahı ilə bir yerdə işlədilir. Adi qırğın vasitələri – partladıcı maddələrdən və yandırıcı silahlardan ayrılan enerjiyə əsaslanan silahlardan və soyuq silahlardan ibarətdir.
Adi silahlardan insanlar üçün daha təhlükəli olanlar bunlardır: fuqas döyüş sursatları,qəlpəli sursatlar (kassetli döyüş sursatları,kürə formalı döyüş sursatı),həcmli partlayış döyüş sursatları,kumulyativ döyüş sursatı,beton dağıdan döyüş sursatı,yandırıcı silahlar.
Fuqas döyüş sursatları: Hərbi və mülki obyektlərin, istehsalat, yaşayış və inzibati binaların, texnikanın dağıdılması, insanların qətlə yetirilməsi üçün istifadə olunur. Adi partlayıcı maddələr partlayarkən yaranan hava dalğası əsas zərbə faktorudur. Partlayıcı maddənin (trotil, heksogen və onların qarışığı) ağırlığı 50-200 kq-a qədər olur. Fuqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tullamaqla qıf şəkilli çuxur əmələ gətirir. Fuqas döyüş sursatı partlayarkən partlayış məhsullarının genişlənməsi və həmin mühitdə zərbə dalğasının yaranması müşahidə olunur.
Qəlpəli sursatlar: Qəlpəli silahlar əsasən insanları məhv etmək üçün nəzərdə tutulub. Bu tip bombaların ən effektli sursatlarından biri kürə formalı döyüş sursatlarıdır. Kassetli döyüş sursatlarının içərisində kürə formalı 96-640 ədəd bomba yerləşdirilir. Kürə formalıbomba uzunluğu 35sm, diametri 7,5sm olan silindrik gövdədən ibarətdir. Onun içərisi partlayıcı maddə ilə doldurulub, divarlarına isə 250 ədəd, kütləsi 0,7-1,0 q olan metal kürəciklər və ya dörbucaqlı metallar dodurulub. Partlayış zamanı kürəciklər və ya dörbucaqlı metallar 100m2 ətrafa yayılır və mühafizə olunmamış adamları zədələyirlər. Yerə çatarkən kasset açılır, bombalar isə 250 min m2 əraziyə dağılır və partlayır.
Həcmli partlayış döyüş sursatları: Həcmli partlayış döyüş sursatlarında 200 kq-lıq kassetin içərisində 3 ədəd 40 kq-lıq çəkili konteyner var. Hər konteynerdə 33 kq-a yaxın maye etilen oksidi yerləşdirilib. Həcmli partlayış döyüş sursatlarının əsas zərbə faktoru hava dalğasıdır. Bu sursatlar öz gücünə görə nüvə və adi (fuqas) bombalarının arasında yer tutur. Hətta partlayış mərkəzindən 100 m məsafədə belə təzyiq 100 kPa da çata bilər.
Kumulyativ döyüş sursatı: Zirehli hədəfləri vurmaq üçün istifadə olunur. Kumulyativ döyüş sursatının ön hissəsində konus şəkilli boşluq var. Partlayış zamanı əmələ gələn sıxılmış hava enerjisi 10-15 km/san sürətlə bir nöqtəyə yığışır, axın vasitəsilə 6000-7000 dərəcə istilik və təzyiq yaradır və zirehli səthləri dağıdır. İndiki kumulyativ döyüş sursatları, tank əleyhinə raket və qumbaralar qalınlığı 400-600 mm zirehli səthləri dağıdır. Onun qəlpələri həmin səthin arxasında yerləşən adamları (tankın şəxsi heyətini) məhv edir. Kumulyativ döyüş sursatları müdafiə olunmaq üçün müxtəlif materiallı ekranlardan istifadə olunur. Belə halda axının enerjisi ekranın dağıdılmasına sərf olunur, əsas konstruksiya isə salamat qalır.
Beton dağıdan döyüş sursatı: Bu döyüş sursatları dəmir-beton tikililərin və həmçinin aerodoromların uçuş enmə zolaqlarının, təyyarə anqarlarının dağıdılması üçün istifadə olunur Beton dağıdan bombalar, zədələyici elementləri möhkəm və ağır qatışıqdan hazırlanmış özəkdən ibarətdir. Sursatın daxilində 2 bomba kumulyativ və fuqas bombası və 2 detonator yerləşdirilir. Beton səthə dəydikdə komulyativ sursat detonator vasitəsilə partladılır və bombanın gövdəsi xaricdə qalır, özək isə betona keçir müəyyən gecikmə ilə ikinci detonar vasitəsilə fuqas bombası partladılır. İnsanlar zədələnir, texniki vasitəsiləri isə sıradan çıxarır.
Yandırıcı silahlar: Yandırıcı silahların əsasını yandırıcı maddələr və onları tətbiq etmək üçün vasitələr təşkil edir. 1. Yandırıcı maddələrin növləri: 2. Neft məhsulları əsaslı – Napalmlar; 3. Metallar əlavə edilmiş - Pirogellər; 4. Termit və termit əsaslı yandırıcı maddələr; 5. Ağ və plastik fosfor; 6. Qələvi metallar və s.
Napalm 90-97% benzindən və 3-10% qatılaşdırıcıdan alınır. Qatılaşdırıcılar naften, polmetin ve oleyn turşularının alüminium duzlardan ibarətdir. Napalm sözü naften ve polmetin sözlərinin ilk iki hərfindən alınmışdır. Yandınıçı maddələrin acıq havada öz-özünə alışması üçün onlara natrium, maqnium və yaxud fosfor əlavə olunur.
Pirogeller neft əsaslı yandırıçı maddələrə (napalma) maqnium,alüminium tozlarını və yaxud yonqarlarını, kömür tozu, asfalt ve s.maddələr əlavə olunmaqla alınır. Onun yanma hərarəti 1600°S-yə bərabərdir.Pirogeller başqa yandırıcı maddələrdən fərqli olaraq, sudan ağırdırlar. 1-3 dəqiqə ərzində yanırlar, insanların dərisinə və paltarına düşdükdə dərin yanıqlar əmelə gətirirlər.
Termit ve termit əsaslı yandırıcı maddələr dəmir oksidi ilə alüminium oksidinin qarışığından ibarətdir. Bu qarışığa oksidləşdirici və əlaqələndirici (birləşdirici) maddələr əlavə olunur. Onlar yandıqda istilik 3000°S-yə qədər qalxır. Bu temperaturda metallar əriyir, beton və kərpic isə çartlayır, dağılır.
Ağ fosfor arı mumuna oxşar zəhərli maddədir. O, havada özü-özünə alışa bilər. Yandıqda ağ zəhərləyici tüstü buraxır. Yanma hərarəti 900-1200°S olur. Fosfordan Napalm ve Pirogel yandırıcı maddələrini alışdırmaq üçün istifadə olunur. Plastik fosfor ağ fosfor hissəciklərindən və plastik sintetik kaucuk kütləsindən ibarətdir. Tətbiq edildikdə şaquli səthlərə yapışır ve onları yandırır.Plastik fosfordan bombalar, mərmilər və başqa yandırıcı döyüş sursatları hazırlanır.

Yüklə 69,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin