Mündəricat Giriş



Yüklə 69,04 Kb.
səhifə4/6
tarix21.12.2022
ölçüsü69,04 Kb.
#77157
1   2   3   4   5   6
Adi və kütləvi qırğın sılahları

Bakterioloji silah
Bu kütləvi qırğın silahlarının bir növüdür. BS bakterial vasitələrə və onları tətbiq etmək üçün işlədilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji silahın (BS) əsasını xəstəlik törədən mikroblar və onlardan alınan zəhər-toksinlər təşkil edir. Xəstəliyin yayılmasının ən sadə və təsirli üsullarından biri havanın yoluxmasıdır. İçərisində bakterioloji vasitələr olan hərbi sursat havada duman və ya tüstüşəkilli aerozol buludu yaradır. Onun zədələyici təsiri tətbiq edilən xəstəliktörədicidən, ərazinin relyefindəən meteroloji şəraitindən və s. aslıdır. Bakterioloji hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafı iri qəlpələr yayılaraq, torpaq və bitki üzərində damcılar və tozşəkilli maddələr çökür. Bəzən təyyarələrdən müxtəlif yüklərin konteynerlərin, torbaların, kisələrin, bağlamaların atıldığını da müşahidə etmək olar. Düşmənin bakterioloji silahının təsirinə məruz qalmış rayonda hakimiyyət orqanları xüsusi rejim karantin yaradırlar və həmin rayona gediş – gəliş qadağan edilir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş qaydaya ciddi riayət etməkdir.Yadda saxlamaq lazımdır ki, bütün tədbirlər adamların həyatını və sağlamlığını mühafizə etmək üçün görülür. Karantin bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasınım qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən epidemiya əleyhinə rejimli profilaktia tədbirləri sistemidir.
Bakterioloji silahın əsas xüsusiyyətləri bunlardır:

  • İnfeksion xəstəlik törədicilərinin epidemiya əmələ gətirməsi, qısa müddətdə müəyyən ərazidə eyni xəstəliklə kütləvi xəstəlik əmələ gətirməsi.

  • Çox az miqdarda törədicinin xəstəlik törətmə qabiliyyətinin olması

  • Inkubasiya ( gizli) dövrünün olması.

  • Xarici mühitdə mikroblar və onların toksinlərinin çətin təyin olunması. Müxtəlif mikroorqanizmlərin təyini yalnız laborator şəraitdə mümkündür.

  • Seçıci və məqsədyönlü təsir etməsi. Yalnız bitkilərin yoluxması məqsədilə (fitoftoraz), heyvanların yoluxması məqsədilə (iribuynuzlu heyvanların taunu), yalnız insanların yoluxması məqsədilə (təbii çiçək, vəba) istifadə olunan bakteriyalar mövcuddur. Düşmən öldürücü təsirə malik (taun, təbii çiçək, sibir yarası) və ya canlı qüvvəni müvəqqəti sıradan çıxarma (tulyaremiya) qüvvəsinə malik törədicilər istifsdə edə bilər.

  • Güclü psixoloji təsiri insanlar arasında təşviş yaradır.

  • Bakterioloji silahın nüvə və kimyəvi silahlara nisbətən ucuz başa gəlməsi.

  • Bioloji törədicilərin çox müxtəlif olması – eyni zamanda bir neçə xəstəlik törədicisi istifadə oluna bilər.

  • Təsirinin uzun müddət davam etrnəsi, məs. sibir yarası sporları xəstəlik törətmə təsirini bir neçə il saxlaya bilir.

  • Xəstəlik törədicilərinin və onların toksinlərinin hava vasitəsıiə hermetik olmayan yerlərə daxil olub insanları yoluxdurrnaq qabiliyyətinin olması.

  • Xəstəlik törədiciləri insan orqanizminə müxtəlif yollarla düşə bilər. Ən geniş yayılmış üsul hava vasitəsilədir. Su və qida ilə, açıq yara və yanıq yerlərinə mikrob düşməsi, yolxucu həşəratlarln dişləməsi ilə, kontakt yolu ilə, bioloji vasitələrlə yoluxdurulmuş hərbi sursatlar vasitəsilə yoıuxma mümkündür. Qansoran həşəratlar xəstəliyi xəstə insan və heyvanlardan sağlam fərdlərə ötürür. Bu həşəratlər: bit, birə,

  • ağcaqanadlar, gənələr, se-se milçəkləri və s. səpkili yatalaq, hemorragik qızdırma kimi xəstəliklərin ötürücüsüdür. Xəstə heyvanlardan insana keçən xəstəliklərə zoonozlar deyilir (brusellyoz, sibir yarası). Xəstəliklərin yayılma yollarından biri də qida yoludur. Yoluxmuş ət və ət məhsullarından sibir yarası, tulyaremiya, salmonellyoz və parazit xəstəlikləi, tərəvəzlərdən vəba, dizenteriya, qarın yatalağı və s. ötürülur.

  • Epidemik təhlükəliliyinə görə bakteriya və viruslar yoluxdurucu olmayan, zəif yoluxdurucu və güclü yoluxdurucu olmaqla 3 qrupa bölünür. İstifadə olunan mikroorqanizmlərin hansı qrupa aid olmasından asılı olaraq zədələnmə ocağının epidemioloji xüsusiyyətləri və epidemiya əleyhinə tədbirlərin xarakteri dəyişir. Törədicisi yüksək yolxucu olan xəstəliklər sürətlə yayılaraq epidemiyalar əmələ gətirir. Epidemiya– ümumi infeksiya mənbəyi, ümumi yoluxma yolu olan bir infeksion xəstəliyin müəyyən ərazidə geniş yayılmasına deyilir. Pandemiya– bir ölkə və qitənin sərhədlərini aşan, böyük insan kütləsini əhatə edən güclü epidemiyadır. Hər hansı bir xəstəliyin müəyyən ərazidə daimi rast gəlməsinə endemiyalar deyilir. Heyvanlar arasında yolxucu xəstəliklərin yayılması epizootiya, bitkilər arasında yayılması – epifitotiya adlanır. Heyvanlar arasında sibir yarası, sap, tulyaremiya, taun, iri buynuzlu heyvanların taunu və s. kimi xəstəliklər yayıla bilər.

Bakterial vasitələrin istifadə edilməsi yolları və üsulları.

  • Bakterial silahın çatdırılma yolları müxtəlifdir: təyyarə bombaları, top güllələri, raketlər və içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatıçığı (reseptur) doldurulmuş xüsusi konteynerlər və cihazlar, zəhərlənmiş daşıyıcılar (həratlar, gənələr, gəmiricilər). Bakterial silahı işlətmək üçün düşmən aerozol üsuldan (havanın yoluxdurulması), transmissiv üsuldan (qan soran həşəratlar – bit, birə, ağcaqanad vasitəsilə), diversion üsul-qapalı yerlərin, suyun, ərzağın qəsdən gizli şəkildə yoluxdurulmasından istifadə edə bilər. Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxmasıdır. içərisində bakteria vasitələr olan hərbi sursat partlayarkən havada duman və ya tustuşəkıllı aerozol buludu əmələ gəlir ki, bu bulud külək vasitəsilə yayılır, torpağa çökür və yoluxmuş zona əmələ gətirir. Onun zədələyici təsiri tətbiq edilən xəstəliktörədicidən, ərazinin relyefindən, meteoroloji şəraitdən və s. asılıdır. Yoluxma təkcə bakterial vasitələrin tətbiq edildiyi zaman deyil, buluddan ayrılmış aerozol hissəciklərinin zədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı olaraq, bir neçə saat, gun, həftə, hətta ay müddətində də baş verə bilər.Yoluxdurulmuş həşəratlar vasitəsilə sarı qızdırma,taun və s. kimi xəstəliklər yayılır. Düşmən geri çəkilərkən yoluxmuş əşyaları: geyim, ərza, sigaret və xəstə insanları saxlamaqla infeksion xəstəliyin yayılmasma nail ola bilər. Bu zaman yoluxma birbaşa kontakt vasitəsilə baş verir.

Kütləvi qırğın vasitələrindən mühafizə


Radioaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış rejimləri radiasiyasının səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən müəyyən edilib elan olunur. Məqsəd adamların təhlükəsiz dozadan artıq şüalanmaya məruz qalmalarının qarşısını almaqdır.
Kimyəvi zəhərlənmə ocağında MM qərargahının xüsusi göstərişi olmadan sığınacaqdan çıxmamaq, sığınacağın kipliyi pozulan hallarda fərdi aptekçədən antidot dərman qəbul edəndən sonra əleyhqaz taxmaq, dərini qoruyan paltar geymək, açıq yerlərdə (qurğudan kənarda) qalan hallarda dərhal əleyhqaz taxmaq, xüsusi qoruyucu paltarlar geymək və zəhərlənmə ocağından çıxmaq, xüsusi qoruyucu paltarlar olmadıqda dərhal köynəyin və pencəyin ətəklərini şalvarın içinə salmaq, şalvarın balaqlarını topuqda, köynəyin qollarını biləkdə qaytanla bağlayıb kipləşdirmək, üstdən sintetik və ya rezinli parçadan plaş geyinmək, zəhərli sahələrdən çıxandan sonra tibbi müayinədən və tam sanitariya təmizlənməsindən keçmək lazımdır.
Radioaktiv, kimyəvi zəhərlənmə zonalarında, bakterial zəhərlənmə ocaqlarında əhalinin davranış və fəaliyyət qaydaları. Yoluxucu infeksion xəstəliklər aşkar edilərkən pəncərə və qapı yerlərini yaxşı kipləşdirmək lazımdır. Yalnız su kəmərindən və şübhə törətməyən su mənbələrindən istifadə edilməlidir. Qab qacaq yuyulandan sonra qaynadılmalıdır. Adamların bir-biri ilə təmasda olması məhdudlaşdırılmalıdır. Yoluxucu xəstəliyin əlamətləri aşkara çıxan kimi (hərarətin yüksəlməsi, ürək bulanması, qusma, mədə pozğunluğu) bu barədə dərhal tibb müəssisəsinə xəbər verilməli, xəstə ayrıca otaqda yerləşdirilməli, yataq ləvazimatı, qab-qacağı, mebeli dezinfeksiyadan keçirilməlidir.
Bakterial zəhərlənmə ocaqlarında əhalinin davranışı: Düşmən tərəfindən bakterial silahın işlədilməsinin hər hansı əlamətini təyin etdikdə dərhal əleyhqaz, respirator, toz əleyhinə parça maska və ya pambıq – tənzif maska taxmaq, dərinin qoruyan vasitələr geyinmək və yaxınlıqdakı mülki – müdafiə orqanları və ya tibbi müəssisəyə xəbər vermək lazımdır. Sonra isə şəraitdən asılı olaraq mühafizə qurğularında (sığınacaq, radiasiya əleyhinə daldanacaq və ya sadə daldanacaq) saxlanmaq lazımdır. Fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etmək, mühafizə qurğularında saxlanmaqla bakterial vasitələrin tənəffüs orqanlarma, dəriyə və paltara düşməsinin qarşısını almaq olar. Əhalinin infeksion xəstəliklərə qarşı dözümlülüyünü artırmaq, immurıiteti yüksəltmək üçün sülh dövründə müəyyən işlər görülməlidir. Belə ki, sistematik bədən tərbiyəsi və idmanla məşğul olmaq, peyvənd və zərdablarla spesifik profilaktika aparmaq lazımdır. Zədələnmə olduqda Aİ – 2 aptekçədə olan bakteriya əleyhinə dərmandan istifadə olunur. Bakterial silahdan effektiv müdafiə məqsədilə epidemiya əleyhinə və sanitar – gigiyenik tədbirlər həyata keçirilir.

Yüklə 69,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin