MüNDƏrcat mühaziRƏ 1 Verilənlər. Alqoritmlər və verilənlərin strukturu



Yüklə 233,89 Kb.
səhifə17/30
tarix21.05.2022
ölçüsü233,89 Kb.
#58892
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
Ver st və al müh

Semantik şəbəkə. Semanetik-"mənaca" deməkdir, semantika elmdir, sim­vollar və obyektlər arasında, onların ifadə etdiyi münasibəti müəyyən edən elmdir, işarələrin mənasını təyin edən elmdir.
Semantik şəbəkə istiqamətlənmiş qrafdır, onun tərəfləri -anlayışlar, xət­lər- onlar arasında münasibətlərdir. Anlayış hər hansı abstrakt və ya konkret obyektlərdir, münasibət-əlaqələrdir: "bu", "hissəsidir", "yerləşir", "sevir".
Sayına görə münasibətlərin tipləri:
- həmcins münasibət (bir itp münasibət);
- həmcins olmayan münasibət (müxtəlif tip münasibət).
Tipinə görə münasibətlər:
- binar (münasibət iki obyekti birləşdirir);
- N-ar (xüsusi münaisbətlər olub, ikidən çox anlayışı birləşdirir).
Semantik şəbəkədə olan münasibətlər:
- "hissə- tam" tipli əlaqə (sinif-qrup, element- çoxluq);
- funksional əlaqə ("baş verir" , "təsir edir" və i.a.);
- kəmiyyət (çox, az, bərabər, ...) ;
- məkan (uzaq, yaxın, altında, üstündə, içində,...);
- atribut əlaqələr (jəhətlərə malikdir, mahiyyəti var);
- məntiqi əlaqələr (və, və ya, yox);
- linqvistik əlaqələr və i.a.
Semantik şəbəkə tipli BB-da həllin axtarış problemi hər hansı altşəbəkəyə uyğun bazaya verilmiş sorğunu əks etdirən şəbəkə fraqmentinin axtarışı məsə­ləsinə gətirilir.
Bu model amerikan psixoloqu Kuillian tərəfindən təşkil olunub.

Freym- Marvin Minskinin adı ilə bağlıdır. Freym- hər hansı qavranışın steorotipinin abstrakt obrazıdır.
Məsələn "otaq" dedikdə "dörd divarı, tavanı, döşəməsi, qapı və pənjərəsi olan, sahəsi 6-20m2 olan" obraz yaranır. Bu atributlardan biri olmazsa bu ar­tıq otaq olmaz, yəni bu təsvirdən heç nə götürmək olmaz, bunlar "otaqın" "slotları"dır və onların da öz mahiyyətləri var-məsələn pənjərələrin sayı, tava­nın hündürlüyü, divarın rəngi və i.a.
Freym nəzəriyyəsində otağın belə təsviri otaq freymi adlanır. Freym həm də obrazın təsviri üçün formalizasiya modelinə deyilir.
BB-da saxlanılan freym obrazı və daxil olan verilənlər əsasında real fak­tiki vəziyyəti təsvir etmək üçün freym ekzemplərı fərqləndirmək lazımdır.
Freym model kifayət qədər universaldır, o aşağıdakıların koməyi ilə çox­jəhətli bilikləri əks etdirməyə imkan verir:
_ freym- struktur- obyekt və anlayışları ifadə etmək üçün;
- freym- rollar;
- freym- ssenari;
- freym- situasiya;
Freymin ənənəvi strukturu:
(Freymin adı:
( 1-ci slotiun adı: 1-ji slotun mahiyyəti)
( 2-ci slotun adı: 2-ji slotun mahiyyəti)
( N-ci slotun adı: N-ji slotun mahiyyəti).

Biliklərin qeyri-səlis relyasion modeli əsasında təsvir edilməsi zamanı hər bir obyekt onu səjiyyələndirən jəhətlər, zaman və məkan xüsusiyyətlərini əks etdirən münasibətlərlə ifadə olunur.Bu modelə əsasən hər bir obyekt R=S, T, P üçölçü ilə təsvir edilir ki, burada S- obyektə məxsus jəhətlər, T- onun zaman, P- məkan xüsusiyyətləridir. Obyekt olaraq anlayış, hərəkət və ya bir ifadə, fikir ola bilər. Məsələn, predmet sahəsi kimi elm sahəsi götütülərsə R obyekti kimi hər hansı ayrıja götürülmüş bir elmi müəssisə- elmi-tədqiqat müəssisəsi (ETM) ola bilər; S- ETM- in fəaliyyətini səjiyyələndirən kriteriyalar çoxluğu; T- ETM-in bir tədqiqat obyekti kimi baxıldığı dövr və ya zaman intervalı; P- ETM- in məkan xarakteristikalrı, daha doğrusu, onun yerləşdiyi məkan, istehsal əlaqələri və i.a. başa düşülür. Bu jəhərlərin, zaman və məkan xüsusiy­yətlərinin obyektə uyğunluğunu əks etdirən dördölçülü relyasion matrislə təs­vir edilir:


Gz(R):z(x)[0,1], z{S, T, P}
Burada z(x) -z elementlərinin R obyektinə mənsubiyyət funksiyasıdır.

2. ES- in məqsədi göstərilən parametirlər ilə təyin olunur: ES-in yara­dılma məqsədi- çətin formalaşan problemlərin həlli, işçilərin təhsilləndirilməsi; adi idarə işlərinin(rutina) avtomatlaşdırılması; ekspertlərin biliklərinin yayıl­ması və s.


Predmet sahəsi-parametrlər çoxluğu ilə öyrənilir. Predmet sahəsi və orada həll olunan problemlərin tipləri jədvəl 3-də verilmişdir.
Ekspert sistemləri müxtəlif məqsədlə istifadə olunurlar və əsasən aşağıdakı problemlərin həllinə yönəldilmişlər (cədvəl 1):
Cədvəl 1 .

Tip

problemin təsviri 

Problemin müəyyənləşdirilməsi

1. İdentifikasiya ES



müşahidə olunan verilənlərlə bağlı vəziyyətin təsviri

sürətlərin, dilin tanınması
radarlardan alınan siqnalların tanınması.

2. İdarəetmə ES



cari vəziyyətlərin ardıjıl şərhi, təhlili və idarəediji qərarın verilməsi

quru, dəmiryol, hava, dənizlə gətirilmənin idarəedilməsi (idarə  idarəetmə).

3. Diaqnostik ES

Müşahidəyə əsaslanan sistemdə ola biləjək xətalar əsasında nətijələrin çıxarılması

Xəstəliklərin diaqnozu, texniki düzəlişlərin, təhsil alanların savadının müəyyən olunması (və s).



4.Proqnoz ES



Verilmiş vəziyyətdən təxmini nətijələrin çıxarılması (müşahidə vəziyyətlərinin nətijələrinin təyini).

Havanın, hüjum hərəkətinin təyin olunması, demaqrafik tijarət təxminləri.

5. Layihələndirmə ES



Verilmiş sərhədlərə uyğun mürəkkəb obyektin konfiqurasiyasının yaradılması.

Verilmiş sərhədlər daxilində xüsusiyyətləri saxlayan predmetin yaranması

6. Planlaşdırma ES.



Obyekti müəyyən vəziyyətə gətirən vəziyyətlər sırası (hərəkətin çertyocu, planın layihəsi).

Eksperimentlərin planlaşdırılması, robotun hərəkətinin (davranışının) obyekti müəyyən vəziyyətə gətirən vəziyyətlər sırasının öyrənilməsi .

7.Monitorinq ES.

əvvəldən ortaya çıxmış
kritik vəziyyətlərin ardıjıl izlənməsi

Əməliyyatdan sonra xəstənin halının izlənməsi; hərəkətin əsas parametirinin izlənməsi və kiritik vəziyyətlərin əvvəldən öyrənilməsi.

8.Təhsilləndirmə ES



Ekspertlərin təhsil alanlara məsləhəti, tələbələrin biliklərinin yoxlanılması.

Öyrədiji sistemlər.



9. Simvol və simvolların mənası.

Giriş verilənlərinə görə izahlı təsvirin olması

Təbii dil problemləri, texnoloci sitstemlərdə simvolların mənası.




Yüklə 233,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin