MüNDƏrcat mühaziRƏ 1 Verilənlər. Alqoritmlər və verilənlərin strukturu


ES yaradılarkən statiki və dinamiki predmet sahələrini ayırmaq lazımdır



Yüklə 233,89 Kb.
səhifə18/30
tarix21.05.2022
ölçüsü233,89 Kb.
#58892
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
Ver st və al müh

ES yaradılarkən statiki və dinamiki predmet sahələrini ayırmaq lazımdır. Əgər predmet sahəsini təsvir edən giriş verilənləri zaman ərzində dəyişmirsə, belə predmet sahəsinə statiki deyilir. Predmet sahəsinin statikliyi onun giriş ve­rilənlərinin dəyişilməzliyi deməkdir.
Əgər predmet sahəsini təsvir edən giriş verilənləri problemin həlli prose­sində dəyişirsə, predmet sahəsinə dinamik deyilir.
Ekspert sistemlərin də statik və ya dinamik olması problemin statik və dinamik olması ilə bağlıdır.
3. İstifadə olunan biliyin dərinliyi baxımından ES səthi və dərin sistemlərə bölünürlər: səthi ES biliklərə qoşulan hərəkət qaydaları kimi təsvir oluna bilər­lər. Bir qaydanın qoşulması bir vəziyyətin əsasıdır və bunun saxlanması qay­daya uyğunlaşır. Həllin tapılması əsasları jari vəziyyətlərlə qarşılaşdırılan qay­daların vasitəsi ilə müəyyən olunur. Nəzərdə tutulur ki, həllin tapılması prosesində bu jür vəziyyətlər sırası həll üsulu tapılmayınja çıxarılmır, yəni heç bir halda qarşılaşdırıla bilməyən, bəlli olmayan vəziyyət ortaya çıxmır.
Dərin ES səthi ES-in bu imkanlarından başqa bəlli olmayan vəziyyət ortaya çıxarsa, bəzi proseduralar yardım ilə hansı hərəkətin edilməsini də öyrə­dir.
4. Paylanma xarakterinə görə-mərkəzləşmiş və paylanmış bilik bazaları əsasında yaradılan ES mövcuddur. Bunların bilik bazası şəbəkə təpələrinə paylanmışdır. Paylanmıış biliklər bazası iki cür ola bilir: fraqmental olaraq paylanmış və fərdi olaraq paylanmış BB. Birinci halda BB eyni cür təşkil olun­muş, hər biri ayrı-ayrılıqda sərbəst olan , lakin ümumi məsələnin həlli üçün birgə fəaliyyət göstiərən fərdi BB-dan təşkil olunurlar. Belə ekspert sistem­lərdən yaradılmış BB paylanmış bir neçə altbiliklər bazasıdır və ES yalnız bun­ların çoxluğu ilə təyin olunur.
Fərdi lokal BB bir neçə asılı olmayan ES-in təpələrində olan BB-nin top­lamıdır. Fərq ondadır ki, lokal BB-ların fərqli yaradıla bilirlər və hər biri ES üçün qapalıdır.
5. Giriş icazəsinin olmasına görə ES fərdi və kollektiv istifadəyə yararlı ola bilərlər. Birinji qrupa bir BB olan ES daxildir, yəni bir adam bir BB ilə ça­lışır. İkinji qrupa bir neçə BB olanES daxildir. Fərdi ES-ə bənzər kollektiv ES də iki qrupa bölünürlər. 1-ci qrupa çoxluq təşkil edən ES daxildir.
2-ci qrup ES-in son nəsillərinə aiddir, yəni bu ES-ə kollektiv qərarın verilməsi metodları əsasında reallaşan sistemlər aiddir.
6. Təfəkkür dərəjəsinə görə ES bu gün də iki nəslə ayrılırlar. 1-ci nəsl-təkcə biliklərə yiyələnən ES-dir. Bu cür ES-də bütün ES mexanizmləri (ağıl işlətmə, məntiqli nəticə, hərəkətin aydınlaşması və s.) əvvəldən müəyyən olun­muş BB-a daha da gerçəkləşir. 2-ci nəsl ES özü təhsilli və ya adaptə olunan ES-dir. Bu ES-də olan hər bir bdoklar BB-in və məntiqli nətijələrin verilmiş qərarların nətijələrinə görə adaptə olunmasına imkan verir.
7. Reaksiya dərəjəsinə görə yavaş və tez reaksiya verən ES var. İkinji (tez reaksiya verən) tip ES-ə real vaxt (zaman) çərçivəsində çalışan ES adlanır və onlar texnoloci proseslərin idarə olunması probleminin həllində geniş istifadə olunurlar.
İstifadə olunan metodlar və biliklərə görə ES ənəvi və hibrid ES-lərə ayrılırlar. Ənənəvi ES əsasən formalizə olunmayan bilik mühəndisliyi metod­ları ilə və ekspertlərdən alınan formalizə olunmayan biliklərə əsaslanır. Hibrid ES bilik mühəndisliyi üsulları ilə bərabər formalizə edilən metodlardan, ənənəvi yazılardan və riyazi verilənlərdən istifadə edir.
Son illər iki böyük ES sinfi ayrılır:sadə və mürəkkəb:
Sadə ES bu parametrlərlə səjiyyələnir: Səthi ES; ənənəvi ES, insan yığını ES, dəyər qiyməti 100$-25000$; yaradılma dəyəri 50000$-dan 300000$-a kimi, yaradılma müddəti 3 aydan bir ilədək, 200-1000 qayda.
Mürəkkəb ES bu parametirlərlə səjiyələnir: Dərin ES, hibrid ES simvol BS-da və ya güjlü BS uyğundur: dəyər qiyməti 50000$-dan 1 milyon $, yaranma dəyəri 5-10 mln. $, yaranma müddəti 1-5 il, 1500-10000 qayda.



Yüklə 233,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin