MüNDƏrcat mühaziRƏ 1 Verilənlər. Alqoritmlər və verilənlərin strukturu



Yüklə 233,89 Kb.
səhifə2/30
tarix21.05.2022
ölçüsü233,89 Kb.
#58892
1   2   3   4   5   6   7   8   9   ...   30
Ver st və al müh

Verilənlər- müəyyən proses və alqoritmlərin köməyilə emal və interpretasiya üçün yararlı olan həm insanlar ,həm də texniki vasitələrlə ünsiyyətdə ola bilən və ya ötürülə bilən faktların ,anlayışların, təlimatların ,ideyaların və ya hər hansı informasiyanın formalaşmış şəkildə təsviridir.
Verilənlər istənilən proqramın çox vacib atrebutlarıdır. Verilənlər ayrı-ayrı bitlər,müstəqil bitlər ardıcıllıqları,müxtəlif formalarda təsvir edilmiş ədədlər(qeyd olunmuş vəya sürüşgən nöqtəli,adi və ya ikiqat dəqiqlikli və s.) müxtəlif kodlaşdırma sistemlərində simvolları təsvir edən baytlar və müstəqil baytlar qrupları ədədlər massivləri, kompüterin yaddaşında yerləşən əlaqəli siyahılar formasında saxlanan informasiya , həmçinin kompüterin xarici yaddaş qurğularında ayri-ayrı fayllar və qarşılıqlı əlaqəli fayllar sistemləri şəklində təşkil edilmiş informasiya ola bilər.Sadaladığımız misallar verilənlərin müxtəlif mürəkkəblilik və ya təşkil edilmə səviyyəsini nümayiş etdirir. Bu təşkil edilmə səviyyəsinin xarakteri məhz “verilənlərin strukturu” anlayışının təcəssümlərindən biridir.
Verilənlərin strukturu” anlayışı ən azı iki müxtəlix mənada istifadə edilə bilər.
Birincisi , verilənlərin strukturu – verilənlərin təşkil edilməsinin məntiqi və ya riyazi modelidir. Faktiki olaraq verilənlərin strukturuna məhz bu verilənlərin kompüterin yaddaşında təsviri kimi baxıla bilər, həm də o hər hansı proqramda istifadə edilən istənilən informasiya obyektinin ümumi xasəsi olur.
İkincisi, verilənlərin strukturu- proqramda və kompüterin yaddaşında verilənlərin ,obyektin məntiqi anlayışının məxsusi reallaşdirilmasıdır. Bu ayrıca bir dəyişən , masiv və ya daha mürəkkəb proqram obyekti , məsələn, siyahı,agac və s.ola bilər. Yadda saxlamaq lazımdır ki, verilənlərin istənilən strukturu kompüterin yaddaşında (ilk növbədə operativ yaddaşda ) yerləşir,müəyyən qədər ,hətta mümkündür ki,olduqca böyük miqdarda yaddaş xanaları tutur və yerləşdikləri yerin başlanğıc ünvanları ilə xarakterizə olunur. Bu vəziyyəti təsvir etmək üçün “yaddaşda yer” anlayışı istifadə olunur.
Adətən verilənlərin strukturlarina verilənləri emal edən alqoritmlərin qarşılıqlı əlaqəsi şəklində baxılır.

Yüklə 233,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin