MüNDƏrcat mühaziRƏ 1 Verilənlər. Alqoritmlər və verilənlərin strukturu



Yüklə 233,89 Kb.
səhifə19/30
tarix21.05.2022
ölçüsü233,89 Kb.
#58892
1   ...   15   16   17   18   19   20   21   22   ...   30
Ver st və al müh

MÜHAZİRƏ 11
Alqoritm anlayışı
Hələ eramızdan 300 il əvvəl Evklid bucaqların yarıya bölünməsi, üçbucaqların bərabərliyi və digər həndəsi məsələlərin həlli üçün alqoritmlər yazmışdı. O, “Paralel xətlər heç vaxt kəsişmir” kimi aksiomlar lüğətindən başlayaraq, sonralar daha mürəkkəb alqoritmlər yaratmışdır. Evklidin bizə gəlib çatan ilk alqoritmi iki ədədin ən böyük ortaq böləninin tapılması alqoritmidir. Həmin alqoritm aşağıdakı bəndlərdən ibarətdir:
1. x və y ədədlərini müqayisə et. Əgər x>y olarsa, onda dördüncü bəndi yerinə yetir, əks halda ikinci bəndi yerinə yetir.
2. y və x ədədlərini müqayisə et. Əgər y>x olarsa, onda beşinci bəndi yerinə yetir, əks halda üçüncü bəndi yerinə yetir.
3. Ən böyük ortaq böləni nəticə kimi qəbul et (z=x) və hesablamam dayandır.
4. x=x-y qəbul et və birinci bəndi yerinə yetir.
5. y=y-x qəbul et və birinci bəndi yerinə yetir. “Alqoritm” anlayışı VII-IX əsrlərdə (780-847-ci illər) yaşamış və yaratmış məşhur özbək riyaziyyatçısı Məhəmməd ibn Musa-Xarəzminin (Xarəzmli Musa, Xarəzm - hazırda Özbəkistanda vilayət adıdır) adı ilə bağlıdır. Əl-Xarəzminin riyaziyyata aid ərəb dilində yazdığı iki əsəri latın dilinə tərcümə edilərək yalnız XII əsrdə Avropaya aparılmışdı. ƏlXarəzminin "Hind hesabı haqqında kitab” əsərinin orijinalı indiyədək tapılmamışdır, lakin 1857-ci ildə bu əsərin XII əsrdə tərcümə edilmiş “Əl-Xarəzmi hind hesabı haqqında” adı altında latın variantı aşkar edilərək nəşr πburadan da, yəni, ƏlXarəzminin adının latınlaşdırılmış adından hazırda riyaziyyatda çox geniş yayılmış “alqoritm” sözü əmələ gəlmişdir.
Alqoritm müəyyən məsələnin həlli üçün əmrlər, təlimatlar yığımıdır. Bu və ya digər məsələnin, hadisənin izahı əslində elə alqoritmdir. Kompüter üçün alqoritm yazdıqda isə o bütün incəliklərinə qədər dəqiq tərtib edilməlidir. Kompüterin lüğəti (proqramlaşdırma dilləri) isə çox məhduddur və bütün əmrlər maşının başa düşə biləcəyi dildə yazılmalıdır.
Alimlərin bütün cəhdlərinə baxmayaraq, indiyə kimi alqoritmin dəqiq tərifini vermək mümkün olmamışdır. Cürbəcür təriflər içərisində nisbətən dolğun olan tərif böyük rus alimləri Kolmoqorov və Markova məxsusdur. Həmin təriflər belədir

Yüklə 233,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin