Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə2/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
Mülki müdafiə mühazirələr.

A.Zəlzələlər.

Zəlzələnin: tektonik, vulkanik, eləcə də uçqun və bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərə toqquşması nəticəsində baş verən zəzələ növləri olur.

Tektonik zəlzələ daha tez-tez baş verir. Tektonik zəlzələ - yer qabığının dərinliklərində litosfer tavalarda baş verən çatlar və yerdəyişmələr nəticəsində meydana çıxan yeraltı təkanlardan və ya yer səthinin tərpənməsindən ibarətdir.Zəlzələ zamanı çox güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklində ətrafa yayılır. Zəlzələ gücünü və xarakterini səciyyələndirən əsas parametrlər- zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.

Maqnituda- zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 0-dan 8,5-ə dək həddə dəyişən enerjiyə münasib olan şərti kəmiyyətdir. Zəlzələnin maqnitudasını ölçmək üçün Rixter şkalasından istifadə edilir ki, bu şkalada hər bir vahid özündən əvvəlki vahidə nisbətən titrəyiş enerjisinin yüz qat artığına müvafiqdir.

Zəlzələ ocağının dərinliyi- müxtəlif seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə bilər. Hər bir seysmik rayon üçün ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi mövcuddur.

Yerin səthində zəlzələ enerjisinin intensivliyi on iki ballıq şkala üzrə (cədvəl 1.2) ölçülür; gücünə (intensivliyinə görə) müvafiq olaraq zəlzələlər belə adlanır: hiss edilməyən, çox zəif, zəif, mülayim, xeyli güclü, güclü, çox güclü, dağıdıcı, dəhşətli, məhvedici, fəlakət, güclü fəlakət.

Gözlənilən zəlzələnin vaxtında proqnozlaşdırılması, onun yeri və vaxtı barədə əhalinin xəbərdar edilməsi seysmik rayonlar üçün çox vacib əhəmiyyət kəsb edir. Olduqca vacibdir ki, adamlar bir neçə saniyə ərzində binaları tərk etsinlər,yaxud bu mümkün olmayan hallarda qapıların tağı altında və ya möhkəm mebellərdən istifadə etməklə daldalansınlar.

B. Atmosfer proseslərinin törətdiyi təhlükələr

Atmosferdə müxtəlif hava axınları nəticəsində yaranan təhlükələrdən ən başlıcası güclü küləklər və intensiv yağıntılardır. Küləyin dağıdıcı təsiri onun sürətindən asılı olur və şərti olaraq ballarla belə ifadə edilir:

1 baldan kiçik, 18-32 m/san-zəif dağıntılar törədə bilər; 1bal, 33-49 m/san-mülayim; 2 bal 50-69m/san-xeyli dağıdıcı; 3 bal, 70-92 m/san-güclü dağıdıcı; 4 bal 98-116 m/san-dəhşətli dağıdıcı. Küləyin sürətini daha ətraflı qiymətləndirmək üçün külək sürətinin şkalasından istifadə edilir.

Bu şkala ikinci dərəcəli detallar ixtisar edilməklə və dağıdıcı potensial barədə əlavə məlumatlar verilməklə aşağıda göstərilir:


  1. 0-7 ballar, 19 m/san-dən (56 km /s-dan) az, sakitlikdən güclü küləyədək;

  2. 8 bal, 19-23 m/san (68-79 km/s)-fırtına. Ağacların nazik budaqlarını sındırır, gəmilər, qazma buruqları və bu tipli qurğular üçün təhlükə törədir.

  3. 9 bal, 23-26 m/san (79-95 km/s)-güclü fırtına, yüngül binalar, evlərin damları və tüstü bacaları zədələnir.

  4. 10 bal, 26-30 m/san (95-110 km/s)-çox şiddətli fırtına ağacları kökündən çıxarır, yüngül tikililəri xeyli zədələyir.

  5. 11bal, 33-35 m/san (110-122 km/s)-tufan, yüngül tikililərin küllü şəkildə zədələnməsi.

  6. 12 bal, 35 km/san-artıq-qasırğa. Detallaşdırma:

– 12,1, 35-42 m/san (122-150 km/s). Güclü dağıdıcı külək, yüngül ağac tikililərdən ibarət yaşayış məntəqələrində xeyli dağıntılar baş verir. Teleqraf dirəklərinin bir qismi yıxılır.

– 12,2, 42-49 m/san (150-175 km/s). Yüngül binalardan ibarət yaşayış məntəqələrində evlərin 50%-dən çoxu dağılır, digər tikililərin damları, pəncərə və qapıları zədələnir. Dənizdə dalğaların hündürlüyü adi haldan 1,6 - 2,4 m artıq olur;

– 12,3, 4958m/san (175210 km/s). Taxta tikili yaşayış məntəqələri tamamilə dağılır. digər binalar xeyli zədələnir. Fırtınanın yaratdığı su, dalğaları adi səviyyədən 1,5-3,5 m artıq olur. Dalğalar sahildəki binaları zədələyə bilər;

– 12,4, 58-70m/san (210-250 km/s). Külək ağacları yıxır. Yüngül binalar tamamilə, digər binalar güclü dağılır. Dənizdə dalğaların hündürlüyü 3,5-5,5 m-ə çatır. Dəniz sahilləri güclü surətdə yuyulur. Sahildəki binaların aşağı mərtəbələrini su ciddi surətdə zədələyir;

– 12,5, 70 m/san-dən artıq (250 km/s). Möhkəm binaların çoxu 80-100 m/san sürətli küləyin təsiri nəticəsində, daş binaların isə adətən hamısı 110m/san küləyin təsirindən dağılır. Dənizdə dalğaların hündürlüyü 5,5 m-dən artıq olur.

Qasırğa vaxtı küləyin ölçülmüş ən yüksək sürəti 80 m/san (280 km/s), dağıntıların kəmiyyətinə görə hesablanmış sürəti isə 110 m/san-dən artıqdır (400 km/s). Burulğan zamanı isə küləyin ölçülmüş sürəti 115 m/san (420 km/s), dağıntılarına görə hesablanmış sürəti isə 300 m/san-dən (1000 km/s-dan) artıqdır. Küləyin belə yüksək sürətə çatması üçün xüsusi yerli şərait olmalıdır, məsələn, qasırğa düzənliklər üzərində yaranır.

Qasırğanın dağıdıcı təsiri küləyin sürəti ilə, eləcə də tufan və leysan yağışları sayəsində törəyən daşqınlarla müəyyən edilir. Birdən-birə şiddətlənən qasırğa nəticəsində on minlərlə hektar sahələrdə əkinlər məhv olar, onlarla ev və təsərrüfat tikililəri dağılar, bir dəfəlik ziyan bir neçə milyon manata çata bilər.

Yağıntıların ekstremal miqdarı və müddəti əhali və təsərrüfat üçün qorxu törətməklə yanaşı, digər növ təhlükələr də yaradır:



  1. intensiv qar yığını nəqliyyatın işini pozur, ağacların, elektrik xətlərinin, binaların zədələnməsinə, marxal və qar uçqunları əmələ gəlməsinə səbəb olur, bir sıra hallarda kənd təsərrüfatına ciddi zərər yetirir;

  2. intensiv leysan yağışları daşqınlara, dağlarda torpağın erroziyasına, sellərə və sürüşmələrə səbəb olur, vaxtsız və uzun müddətli yağışlar məhsuldarlığa mənfi təsir göstərir;

  3. yağıntının ekstremal dərəcədə az olması quraqlığa səbəb olur, meşə yanğınları, çayların quruması təhlükəsini, gəmiçilik və su təchizatı üçün çətinliklər və s. törədir.

İldırım - insanları, heyvanları məhv edir, yanğınlar törədir, elektrik şəbəkələrini zədələyir və s. Ümumiyyətlə, dünyada tufanlardan və onların nəticələrindən ildə 10.000-ə qədər adam məhv olur (və bu göstərici üzrə tufan və ildırım ilk beş təbii təhlükələr sırasına daxildir). Afrikanın bəzi rayonlarında (Zimbabve və Keniya), Fransada, ABŞ-da və bir sıra digər ölkələrdə ildırım qurbanlarının sayı digər təklükəli kortəbii hadisələrə nisbətən daha çoxdur. Hər 10.000 nəfər əhali üzrə ildə Zimbabvedə və ona qonşu ölkələrdə 200 nəfərə qədər, Fransada 55 nəfər, ABŞ-da 10 nəfər məhv olur; 1888-ci ildə Nyu-Dehlidə(Hindistan) güclü tufan zamanı yağan doludan 250 nəfər məhv olmuşdu.

Tufanlar nəticəsində (əsasən dolu vurmasından) dəyən iqtisadi ziyan hər il ABŞ-da təxminən 700 mln dollar (bütün təhlükəli təbii proseslər arasında beşinci yer), İsveçrə, Fransa, Kanada, Cənubi Afrika Respublikası və bəzi digər ölkələrdə - yüz milyonlarla dollar, bütün dünyada isə ən azı 2 milyard dollar təşkil edir. Bir dəfədə baş vermiş zərər ABŞ-da 350 mln dollardır. Keçmiş SSRİ-də dolu nəticəsində ölkəyə dəyən orta illik ziyan təxminən on milyonlarla rublla hesablanırdı (baxmayaraq ki, dolu əleyhinə tədbirlər ziyanı azaldırdı).



Quraqlıq- kənd təsərrüfatı və meşə təsərrüfatı, məişətdə və sənayedə su təchizatı, gəmiçilik və su elektrik stansiyalarının işi arzu olunmaz vacib hadisədir. Bu hadisə müxtəlif geofiziki göstəricilər üzrə, məsələn yağıntı defisitindən (miqdarına, müddətinə, miqyasına görə) başlamış mürəkkəb əmsalların hesablanması müvafiq qaydada qiymətləndirilə bilər ki, buraya hava temperaturunun, yağıntıların, torpaqda rütubət ehtiyatının normadan fərqlənməsi dərəcəsi, eləcə də məhsul, elektrik istehsalı itkiləri və s. üzrə göstəricilər də daxildir. Adətən, bir ərazidə quraqlıq digər ərazidə yağıntıların artmasına səbəb olur. Əsas qitələrin sahələrinin 40-45 faizi quru və quraqlıq ərazilərdir ki, əhalinin üçdə biri məhz bu ərazilərdə, dördə üçü isə quraqlıq bəzi hallarda baş verən sahələrdə yaşayır. Keçmiş SSRİ-də əkin sahələrinin 70%-ə qədəri quraqlıq təhlükəsi olan sahələrdə yerləşirdi.

Dünyada demək olar ki, hər il güclü quraqlıqlar baş verir. Qurbanlarının sayına və vurduğu iqtisadi ziyana görə quraqlıq beş ən əsas təhlükəli təbii hadisələrdən biridir. Bir dəfədə baş verən təlafatın sayına (1965-1967-ci illərdə Hindistanda 1 mln-dan artıq) və birbaşa iqtisadi zərərin kəmiyyətinə (on milyardlarla dollar) görə ən iri təbii fəlakətlərdən sayılır.



Sel - Çayların məcrası boyu özü ilə çoxlu (həcminin 10-15%-dən artıq) bərk material (qum, çınqıl və s) gətirən və sıxlığı sudan 1,5 -2 dəfə artıq olan axın; Sel, hündürlüyü 20-40 sm olan dalğa şəklində saniyədə 20-30 m (saatda 10-100 km) sürətlə hərəkət edir və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir göstərir. Sellərin həcmi bir neçə milyon kub metrə çatır. “Sel” ərəbcə “coşqun axın” mənasındakı “Seyl” sözündəndir. Dağlıq rayonlarda yaşayan bir çox xalqların dillərində həmin mənanı verən sözlər mövcuddur, məs., yapon dilindəki “yamana sunami”- “dağ dalğası” kimi və s. Müasir elmi-texniki ədəbiyyatda işlədilən “Sel axınları” ifadəsi çox geniş əhatəlidir, bu ifadə çoxlu yüngül materiallar gətirən daşqın suları axınından başlamış, leysan yağışlarının dağların yamaclarından qoparıb gətirdiyi iri daş, qaya parçalarından ibarət kütləyə malik hər cür belə hadisələri əhatə edir (“yamac selləri”). Bulanıq daşqın sularında bərk hissəciklərin miqdarı nadir hallarda 1-2% -dən artıq olur və axının hərəkətinin xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərə bilmir. “Həqiqi” sellər isə özlərinin dalğavarı hərəkəti ilə fərqlənir (hərəkət edən kütlənin forması, yüksək sıxlığı, eni bir neçə metr olan qayaları apara bilməsi çayların məcrasından kənara çıxaraq ətraf sahələri qalın qat şəklində örtməsi).

Sel axınları yatağının mailliyi 6-20 dərəcə hüdudlarında olan dağ dərələri üçün səciyyəvidir. Belə sellər adətən onlarla dəqiqə, nadir hallarda isə 4-5 saat davam edir, məcrasını yuyub onlarla metr dərinləşdirir, bir neçə kilometr, bəzən isə onlarca kilometr məsafə qət edir, eni onlarla, uzunluğu yüzlərlə və qalınlığı 5, bəzi hallarda 10 metrədək olan çöküntü konusu yaradır. Sellər Antraktidadan başqa dünyanın bütün qitələrində baş verir.

Təkibindəki suyun mənşəyinə görə sellər leysan seli və qar ərintisi selləri növlərinə aid edilir. Sellərin 80-90%-i leysan mənşəlidir: belə sellər bütün yay ərzində yağıntıların ümumi miqdarı 300-400 mm olan rayonlarda, xüsusən də qısa müddətdə 250 mm-dək intensiv leysan nəticəsində, bəzən isə sutka ərzində cəmi 40 – 60 mm yağıntılar zamanı baş verir. Çox yağmurlu rayonlarda isə demək olar ki, hər il yaranır (burada əsas şərtlərdən biri də sel yataqlarında olan qırıntı-sel materialının miqdarıdır).

Bütün sellərin ancaq 10-20 faizi yay vaxtı dağlarda buzlağın, qarın əriməsi və təbii dağ gölləri sahillərinin yuyulması sayəsində meydana gəlir.

Sellər əməli olaraq istənilən qurğunu yuyub aparmağa, yaşayış evlərini, körpüləri dağıtmağa, münbit torpaqları məhv etməyə və s. qadirdir. Dünyada sellərin yetirdiyi orta illik ziyan, eləcə də bir dəfədə yetirdiyi birbaşa zərər yəqin ki, zərər yüz milyonlarla dollar, qurbanlarının sayı yüzlərlə hesablanır.

Daşqın - çayların adi səviyyədən artıq daşması nəticəsində ərazinin müvəqqəti olaraq su altında qalmasına deyilir. Çaylar adətən yazda-qarın əriməsi, payızda-leysan yağışları nəticəsində, eləcə də çayların buzu açılan dövrdə məcra buz qırıntıları ilə tutularkən (buz tıxacları yaranarkən) və külək dənizdən əsərkən daşır. Bunlardan başqa zəlzələ, dağ uçqunları və sel nəticəsində çay yataqlarında təbii sədlər yaranarkən ətrafı su basa bilər.

Daşqınlar vaxtı adamlar və heyvanlar üçün real təhlükə yaranır, qurğular və kommunikasiyalar dağılır, avadanlıqlar sıradan çıxır, əkinlər, maddi sərvətlər tələf olur, çünki çayların suyu bir neçə dəfə qalxaraq ətrafda on kilometrlərlə əraziləri basır.

Obyektlərdən yuxarıda yerləşən hidrotexniki qurğuların: su bəndlərinin, sədlərinin və s. dağılması və ya suvarma rayonlarında irriqasiya sistemi qurğularının sıradan çıxması nəticəsində də obyektləri, yaşayış məntəqələrini su basa bilər. Ən qorxulu hal iri su tutumları bəndlərinin dağılmasıdır ki, bu zaman fəlakətli daşqın (su basma) zonası yaranır.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin