Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə9/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   63
Mülki müdafiə mühazirələr.

Dağılma dərəcələri. qurğunun bütövlükdə dağılması dərəcəsi zədələnmələrin ümumi nəticəsi ilə xarakterizə olunur. qurğularda ən güclü dağıntılar partlayış, yanğın və s. kimi istehsalat qəzaları nəticəsində və ya zəlzələ, qasırğa və digər təbii fəlakətlər zamani baş verir.

Obyektin qurğularında, məsələn, partlayış, zəlzələ, qasırğa və yanğınlar zamani baş verən dağıntıları şərti olaraq dörd növə: tam, güclü, orta dərəcəli və zəif dağıntı dərəcələrinə (a, v, s, d dərəcələrinə) ayırmaq mümkündür. yaşayış evlərinin və sənaye binalarının zəif zədələnməsi xeyli dərəcədə küləyin şiddətindən və istiqamətindən asılı olur. güclü külək zamani tikililər külək əsən istiqamətdə 1,5-2 dəfə artıq zədələnir. yaşayış evləri və sənaye binaları üçün bəzən dağıntılar üzrə əlavə bir dərəcə - yüngül zədələnmə - e növü də müəyyən edilir. ümumiyyətlə, dağıntıların dərəcələri qurğuların konstruksiyasından, onların yerləşdirilməsindən, partlayış mərkəzindən olan məsafədən və partlayışın gücündən asılı olur.

Tam dağıntılar zamani bina və qurğular tamamilə dağılıb tökülür (yanır). yalnız özüllər və möhkəm zirzəmi otaqlar qismən salamat qala bilər. mühəndis şəbəkələri basılıb əzilir və ya partlayır. Belə obyektlərin bərpası, adətən mümkün və ya məqsədəuyğun deyil.

Güclü dağıntılar zamani qurğuların ancaq bəzi hissələri – aşağı mərtəbələrin divarları, dəmir beton karkasların ünsürləri, yeraltı otaqlar salamat qalır. mühəndis şəbəkələri ayrı-ayrı sahələrdə qırılır və ya deformasiyaya uğrayır. belə bina və qurğuların bərpa edilməsi onların ayrı-ayrı konstruksiyalarının salamat qalmış materiallarından istifadə olunmaqla ancaq yenidən quraşdırma qaydası ilə mümkündür.

Orta dərəcəli dağıntılar zamanı binaların qəfəsləri və qurğuların digər möhkəm konstruksiyaları (əsas divarlar, dəmir-beton örtüklər və s.) salamat qalır. Bəzi yerlərdə mühəndis şəbəkələrinin birləşmələri pozulur. Xeyli bərpa-etmə işləri tələb olunur.

Zəif dağıntılara bina və qurğuların ikinci-dərəcəli ünsürlərində – damlarda, yardımçı yüngül tikililərdə, pəncərə və qapı çərçivələrində, şüşəbəndlərdə baş verən xırda deformasiyalara aid edilir. Binaların daxilində divarların suvağı, arakəsmələr, qapı çərçivələri zədələnir. Az miqdarda bərpaetmə işləri tələb olunur ki, belə işlər qurğunun istismarı prosesində yerinə yetirilə bilər.




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin