Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə63/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
Mülki müdafiə mühazirələr.

X DTİ aparılmasının taktiki üsulları ardıcıllığı

Xilasetmə və digər təxirəsalınmaz işlərə (X və DTİ) xilasedicilər qəza ocağına və ya təbii fəlakət rayonuna gələndən dərhal sonra, mühəndis kəşfiyyatı ilə birgə başlanmalıdır. bu işlər fasiləsiz olaraq gecə və gündüz, hər cür hava şəraitində, dağıntılar, yanğınlar, atmosferin və ərazinin zəhərlənməsi, daşqınlar və başqa mürəkkəb vəziyyətdə belə, yerinə yetirilməlidir. Daha çox adamın və maddi sərvətlərin xilas edilməsinə nail olmaq məqsədilə X və DTİqX və DTİsa müddətdə təşkil edilməli və icra olunmalX və DTİdir. bu isə xilasedicilərdən yüksək mənəvi-psixoloji dəyanət, iradə, mərdlik, mətanət, fiziki dözüm və bütün qüvvəsini vəzifələrin icrasına səfərbər etməyi tələb edir. X və DTİ aparılarkən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə xilasedicilərin yüksək dərəcədə hazırlığı, qəza və fəlakət nəticələrinin aradan qaldırılmasına hər an hazır olması sayəsində nail olunur.

Xilasedici dəstələr, qəza-bərpa dəstələrin və digər dəstələr istehsalat qəzaları və təbii fəlakətlər zamanı iş aparılacaq sahələrə (obyektlərə) bilavasitə toplanış rayonlarında hazır vəziyyətə gətirildikdən sonra göndərilir. Dəstələr fəlakət rayonuna müstəqil surətdə və ayrıca marşrut üzrə yürüş edərkən, lazımi hallarda onların heyətindən hərəkəti təmin edən dəstə (htd) təşkil edilir. Məsələn, yollar palçıqla, qarla örtülən hallarda hərəkəti təmin edən dəstələr zədələnmə ocağına marşrut üzrə irəliləyərək dəstənin hərəkət yollarında keçid yerləri, bərələr düzəldilir, uçulmaq qorxusu yaradan konstruksiyaları bərkidir və ya dağıdır, yanğınları məhdudlaşdırır, yaxud söndürürlər.

Müəyyən edilmiş sahəyə xilasedicilərin gətirilməsini, onların iş yerlərinə və obyektlərinə çıxarılmasını, o cümlədən uçqunlarda keçidlər düzəldilməsini dəstələr öz qüvvələri və vasitələrilə təmin edirlər. Kəşfiyyat manqaları öndə gedərək marşrutlar yoxlayır, dağıntıların xarakterini və oradan keçmək üçün yolları müəyyən edirlər.

Təbii fəlakət rayonlarında tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsinə nail olmaq üçün xilasedicilər ehtimal edilən iş sahələrini (obyektlərini) xüsusiyyətlərini və xarakterini əvvəlcədən öyrənməli; iş aparılcaq sahələrə gedən marşrutda yolların nə vəziyyətdə olduğunu bilməli; yerli hava şəraitini və digər şəraiti nəzərə almaqla, təbii fəlakətin törədə biləcəyi ən səciyyəvi nəticələri qiymətləndirməlidirlər. xilasedicilərə ehtimal edilən iş sahələrinin planının surətləri verilməlidir.

Qəza ocağına, yaxud təbii fəlakət rayonuna (məsələn, zəlzələ və ya sürüşmə nəticəsində dağıntı baş vermiş sahələr) çatdıqda, xilasetmə işlərinin rəhbəri xilasedicilərin dərhal iş obyektinə girməsini təşkil edir; bu məqsədlə o, texnikanın iş yerinə aparılacağı yolu, giriş və çıxış qaydasını dəqiqləşdirir, texnikanın çevik hərəkətini təmin edən tədbirlər görür; qəza ocağına giriş yollarında maşınların hərəkətinə mane olan uçqun qalaqları, su basmış sahələr və s. əngəllər varsa, oradan keçid düzəltmək üçün görülməli işləri müəyyənləşdirir və lazımi hallarda bu məqsədlə müvafiq işçi qüvvəsi-xilasedici qruplardan xərəkçi manqaları ayırır.

Xilasedicilər və mexanizasiya vasitələri iş aparılacaq sahələrə çatanadək kəşfiyyat qrupu istehsalat qəzası nəticəsində baş verən zəhərlənmənin xarakterini müəyyən edir, uçqunları nəzərdən keçirir, orada qalan adamların yerini, vəziyyətini öyrənir. texniki-qəza manqaları kommunal-enerji şəbəkələrində və texnoloji xətlərdə baş vermiş qəzaların yerini və xarakterini aşkar edir, orada qəza-bərpa işləri görür. xilasedicilərin xərəkçi manqaları uçqunlarda, zədələnmiş və dağıdılmış binalarda qalan zədəli adamları axtarıb tapir və sanitar qrupları ilə birlikdə onlara ilk təbii yardım göstərirlər. Xilasedici manqalar mühəndis texnikası gəlib çatanadək, kompressor stansiyalarının və digər mexanizmlərin qoyulması üçün yerlər düzəldir, əllə və ya daşınan yüngül mexanizasiya vasitələrindən istifadə etməklə uçqunların sökülüb təmizlənməsi işlərini yerinə yetirirlər.

Uçqunlarda keçidlər düzəldikcə və giriş yollarında maneələr aradan qalxdıqca iş yerlərinə əsas qəza-bərpa qüvvələri gətilirir və xilasetmənin tam həcmdə geniş aparılmasına başlanır. Burada əvvəlcə yanğınsöndürən manqalar, onların ardınca mexanizasiya manqaları və ya mexanizmlərlə gücləndirilmiş xilasedici manqalar daxil olurlar.

Xilasetmə işlərinin rəhbəri kəşfiyyat məlumatlarına və özünün şəxsi müşahidələrinə əsasən şəraiti dəqiqləşdirir, xilasedici qüvvələrin iş sahələrində yerləşdirilməsi barədə qərarını obyektin sxemində qrafiki şəkildə göstərir və işlərin aparılmasını təşkil edir. tapşırıqların icrasına başlamazdan əvvəl onların daha məqsədəuyğun icrasının taktiki üsulları, maşınlardan və digər mexanizmlərdən istifadə olunması qaydaları, eləcə də işlərin gedişində təhlükəsizliyin təmin olunması üzrə tədbirlər müəyyənləşdirilir.

Xilasetmə və digər təxirəsalınmaz işlərin icrasının taktiki üsulları və ardıcılığı bina və qurğularda dağıntıların dərəcəsindən və xarakterindən, uçqunların strukturundan, kommunal-enerji şəbəkələrindənki qəzaların, eləcə də zəhərlənmənin, yanğınların miqyasından və xilasetmə işlərin təşkilinə və aparılmasına təsir göstərən digər amillərdən asılı olur.

Mexanizasiya manqaları orta dərəcəli, güclü və tam dağıntı zonalarında ilk növbədə qəza yerlərinə, adamlar qalması ehtimal edilən zədələnmiş və uçulmuş binalara, qurğulara keçidlərin, eləcə də zədələnmiş adamları köçürən yük və sanitar maşınları üçün yolların düzəldilməsi işlərini təşkil edirlər. Keçidlər buldozer manqalarının qüvvələri ilə düzəldilərkən hərəkətin istiqaməti, bu manqaların fəaliyyət qaydası, işin ardıcıllığı və icra müddəti müəyyən edilir.

Yanğınsöndürən manqalar yürüşdə kəşfiyyatçıların ardınca iş sahəsinə (obyektinə) daxil olaraq ən əvvəl zədəli adamlar qalmış, yerlərdə, uçqunların yaxınlığında, eləcə də xilasedicilərə təhlükə yaranan yerlərdə yanğınları məhdudlaşdırır və ya söndürür, bununla də zədələnmiş adamların oradan çıxarılmasını və ya nəqliyyata mindirmə yerlərinə aparılmasını təmin edirlər. yanğınsöndürən maşınlar və digər yanğınsöndürmə vasitələri elə mövqelərdə yerləşdirilir ki, burada vəzifələrin yerinə yetiriliməsinə imkan yaranır və iş vaxtı yerlərinin tez-tez dəyişdirilməsi tələb olunmur. Yanğın şlanqlara (xortumlar) su mənbələrinin yeri və yanğın lülələri ilə manevr edilməsi nəzərə alınmaqla yanğın ocağı istiqamətində elə açılır ki, iş vaxtı onların zədələnməsinə yol verilməsin.

Yanğın şlanqı xətlərinin nəqliyyat kommunikasiyaları ilə kəsişdiyi yerlərdə maşınlar üçün şlanqın üstündən keçid düzəldilir (şlanqı keçid yerlərində metal borulara yerləşdirməklə, relsin altından şpalların arası ilə keçirməklə və sair üsullarla).

Lazımi hallarda yanğınsöndürmə vasitələrinin bir qismindən uzaqdakı su mənbələrindən yanğın yerinə su vurmaq üçün istifadə edilir.

Yanan binalardan adamların xilas edilməsi işlərini yanğın söndürülən manqalar xilasedicilərlə birlikdə yerinə yetirirlər. bu işə yanğınsöndürən manqanın komandiri rəhbərlik edir. ilk növbədə zədələnmə ocağına gələn marşrutda, xilasetmə işləri aparilan obyektlərdə və zədəli şəxslərin köçürülməsi yollarındakı yanğınlar məhdudlaşdırılır və söndürülür. xilasediciləri başdan-başa yanğınlar zonasından keçirmək üçün oradan keçid yerləri düzəldilir ki, bu işə əsas yanğınsöndürmə qüvvələri cəlb edilir.

Mexanizasiya vasitələri və sanitar manqaları ilə gücləndirilmiş xilasedici manqalarin bir qismi zədələnmiş adamları axtarıb uçqunlar altından xilas edir, uçqulmuş və yanan binalardan, qaz (tüstü) bürümüş otaqlardan çıxarıb ilk tibbi yardım göstərirlər. buldozerlərlə, eskvatorlarla, motonasoslarla, və digər mexanizasiya vasitələri ilə gücləndirən xilasedici manqaların digər qismi bu zaman qəza yerlərinə irəliləyir, şəbəkələrin zədələnmiş sahələrini tapıb kilidləyici, yaxud bağlayıcı tərtibatla şəbəkədən ayırır və ya qəzaları yerindəcə aradan qaldırırlar.

Kommunal-enerji şəbəkələrində və texneloji xətlərdəki dağıntılar və qəzalar adamların həyatına təhlükə törədən və işlərin icrasına mane olan hallarda X və DTI keçidlərin düzəldilməsi və yanğınların söndürülməsi ilə birgə aparılır; adamlar olan yerlərdə qaz və subasma təhlükəsi yarandıqda isə xilasetmə işləri ilk növbədə adamların həyatı üçün qorxulu sahələrdə yerinə yetirilir.

Qaz şəbəkəsi manqaları, güclü təsirli zəhərli maddə kommunikasiyaları və sistemlərinin dağıdılması nəticəsində yaranan kimyəvi zəhərlənmə ocaqlarını ləğv edir və qaz şəbəkələrində qəzaları məhdudlaşdırırlar. Mexanizasiya manqaları iş aparılan sahələrdə ərazini, binaları, qurğuları və texnikanı zərərsizləşdirir. ilk növbədə zavoddaxili yolar və keçidlər (yaşayış binalarının həyətləri), sonra isə zəhərlənmə mənbəyi ola biləcək sahələr zərərsizləşdirilir. Tozu azaltmaq və zərərli maddələrin nəfəs orqanlarına keçməsinin qarşısını almaq məqsədilə xilasedicilər keçidləri uçqun qalıqlarından təmizləyərkən ayrı-ayrı sahələrə su çiləyir, eləcə də yaralılar nəqliyyata mindirilən yerləri və digər sahələri zərərsizləşdirirlər.

Sanitar manqaları zədəlilərə zədələnmə yerindəcə ilk yardım göstərir və onları yük və ya sanitar maşınlarında tibbi yardım məntəqələrinə köçürürlər. Həkim, yaxud feldşer zədəli adamların tibbi çeşidlənməsinə bilavasitə rəhbərlik edir, onların nəqliyyat vasitələrində düzgün yerləşdirilməsinə və vaxtında müalicə ocağına göndərilməsinə nəzarət göstərir.

Zədələnənlərin köçürülməsilə bir vaxtda, qalan əhali də zəhərli sahələrdən piyada və ya nəqliyyat vasitələrində çıxarılır. Bu iş ən qısa marşrutlarla və küləyin istiqaməti nəzərə alınmaqla yerinə yetirilir.

X və DTI-nin gedişində xilasedicilərin tapşırığı yerinə yetirməsinə və qarşılıqlı fəaliyyət göstərməsinə nəzarət edilir; onlara yeni tapşırıqlar verilir və ya əvvəl verilmiş tapşırıq dəqiqləşdirilir; adamların xilas edilməsinə daha yaxşı nail olmaq üçün xilasetmə qüvvələri və vasitələri manevr etdirilir; xilasedicilərin fəaliyyəti hərtərəfli təmin olunur.

Adamların xilas olunması ilə əlaqədar işlər fasiləsiz surətdə, bu işlər tamamilə başa çatdırılanadək davam etdirilir. Lazımi hallarda xilasedicilərin növbələr üzrə işlənməsi və dincəlməsi, iş yerində və ya müəyyən olunmuş sahədə yedizdirilməsi təşkil edilir. növbələrin dəyişdirilməsi qaydasını rəis təyin edir; o, obyektdə zəhərlənmənin dərəcəsindən, mühafizə kostyumunda və əleyhqazda qalmağa yolverilən müddətdən, ətraf havanın temperaturundan asılı olaraq növbələrin dəyişdirilməsi müddətlərini və təşkili qaydalarını müəyyən edir.



Xilasetmə işlərinin fasiləsizliyinə nail olmaq məqsədilə növbələr bilavasitə iş yerlərində dəyişdirilir. lazımi hallarda texnika, işə gəlmiş növbəyə, iş yerindəcə təhvil verilir. növbələr dəyişdirilən vaxt iş sahəsinin (obyektlərin) rəhbəri-dəyişdirlən (növbəni təhvil verən) qrupun komandiri hesab olunur. Tapşırıq yerinə yetirildikdən sonra xilasedicilər onlar üçün müəyyən olunmuş rayonda yerləşdirilir və sonrakı fəaliyyətə hazırlanırlar.

Yoxlama sualları

  1. Qəza xilasetmə və digər tarixəsalınmaz işlər hansı məqsədlərlə aparılır?

  2. Mühəndis – xilasetmə işləri nələri əhatə edir?

  3. Təbii fəlakət və qəzaların nəticələrini aradan qaldırarkən yerinə yetirilən digər təxirəsalınmaz işlərin tərkibi nələrdən ibarətdir?
  4. X və DTI aparılmasının taktiki üsulları və ardıcıllığı necədir?


  5. Xilasetmə işlərinin fasiləsizliyinə nail olmaq məqsədilə hansı işlər görülür?






Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin