Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri


A. Iqtisadiyyat obyektlərinin yerləşməsinə olan təlabat



Yüklə 0,82 Mb.
səhifə58/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
Mülki müdafiə mühazirələr.

A. Iqtisadiyyat obyektlərinin yerləşməsinə olan təlabat

Müasir şəraitdə mümkün dağıntılar və itkilərin qarşısını almaq və azaltmaq üçün ən effektli və real tədbir, respublikanın məhsuldar gücünü maksimal seyrəkləşdirməkdən və iri şəhərlərin əhalisinin artmasının qarşısını almaqdan ibarətdir. Bundan irəli gələn normativ sənədlərdə iqtisadiyyat obyektlərinin yerləşməsinə aşağıdakı tələbatlar müəyyən edilmişdir:

1. Yaşayış məntəqələri və iqtisadiyyat obyektləri bütün respublika ərazisi üzrə bərabər yerləşməli və paylanmalıdır.

2. Mümkün güclü dağıntı zonalarında olan iri şəhərlərdə ancaq həmin şəhərin əhalisinin həyat fəaliyyətini təmin edən müəssisələr yerləşməlidir, həmçinin əhali cari təmin edən ərzaq anbarları, sərnişin və yük daşıyan dəmir yol stansiyaları şəhər ətrafında bərabər qaydada yerləşdirilməlidir.

3. Mümkün zəif dağıntı zonalarında, az əhəmiyyətli müəssisələr, anbarlar, respublika əhəmiyyətli paylayıcı soyuducular, texniki və tərtibat dəmir yol stansiyaları yerləşə bilər.

4. Bütün çox əhəmiyyətli müəssisələr, bazalar, anbarlar, dövlət əhəmiyyətli paylayıcı soyuducular, vərəm və ruhi xəstəxanalar, istirahət evləri, sanatoriyalar, pansionatlar, düşərgə və sağlamlıq mərkəzləri mümkün dağıntı zonalarından kənarda yerləşdirilməlidir.

5. Su basmasına məruz qala bilən fəlakət zonalarında, mühüm əhəmiyyətli iqtisadiyyat obyektlərinin və sağlamlıq düşərgələrinin yerləşməsi qadağandır.

6. Xüsusi əhəmiyyətli obyektlərin, təbii və süni yeraltı boşluqlarda yerləşdirilməsi məsləhətdir.

7. Yüngül uçucu və tez alışan maddələr istehsal edən, həmçinin güclü təsirli mayelər istehsal edən müəssisələr, suyun axarı istiqamətində, yaşayış məntəqələrində mümkün qədər aşağı ərazidə yerləşdilməlidir.
B. Şəhərlərin tikilməsi, sənaye binaları və qurğuların layihələşməsi və tikilməsi planlaşmasına olan tələbat

Şəhərlərin, sənaye binaları və qurğuların layihələndirilməsi və tikilməsi zamanı əsas tələbat aşağıdakılardan ibarətdir:

1. Şəhər və yaşayış rayonlarının respublikanın bütün ərazisində bərabər yerləşdirilməsi.

2. Yaşayış olan şəhərlərin böyüməsini və iri şəhərlərin tikilməsini məhdudlaşdırmaq.

3. Şəhərin əhali məskunlaşmış yerlərini sahəsi 250 ha çox olmayan yaşayış rayonlarına ayırıb eni 100 m-dən az olmayan yaşıl zolaqlar salmaq yanğın əleyhinə qarşı onun yayılma ehtimalını məhdudlaşdırmaq.

4. Nəqliyyatın şəhərdən kənara çıxması üçün şəhər daxili magistral küçələrin salınması. Bu küçələr iki istiqamətdə eni ən hündür binanın hündürlüyündən az olmayaraq salınır.

5. Küçələrin dəmir yol xətti ilə və həmçinin öz aralarında kəsişmə yerləri eyni səviyyədə ehtiyat keçidlərlə əsas yoldan 50 m-dən az olmayan məsafədə təmin olunmalıdır.

6. Şəhərdaxili nəqliyyat yolu yaşayış məntəqələri və sənaye müəssisələri arasında sıx əlaqə yaratmaqla şəhər kənarına sərbəst çıxmaq üçün magistral xətlə əlaqələnməlidir.

7. Tərtibat və texniki dəmir yol stansiyalarını, mümkün güclü dağıntı zonasından kənarda yerləşdirmək.

8. Kommunal qarajlar, tramvay və trolleybus parkları iri şəhərlərdə hissə-hissə, şəhər ətrafı yerlərdə yerləşdirilməlidir.

9. Parklarda, bağlarda, bağçalarda və tam tikilməmiş meydançalarda, yanğın söndürmək üçün süni su tutumları yaratmaq.

10. Mümkün dağıntı zonalarında sənaye binalarını maksimum dərəcədə az mərtəbəli və yüngül materiallardan istifadə etməklə tikmək. Bu zaman yanmayan və çətin yanan materiallardan istifadə olunması, yanğın və dağıntı zamanı texnoloji avadanlığın saxlanmasına və yanğın davamlılığına imkan yaradır.

11. Texnoloji avadanlıqları mümkün qədər açıq meydan-çalarda və yüngül talvarların altında yerləşdirmək.

12. Mümkün dağıntı zonasında yerləşən yeyinti sənaye binaları və qurğuların ərzaq anbarlarına, radioaktiv tozların və güclü təsirli zəhərli maddələrin keçməsinə qarşı tədbirlərin görülməsi.

13. Şəhərlərdə və yaşayış məntəqələrində layihələndirilmiş və tikilmiş hamam və duşxanalar, kimyəvi təmizləmə və mexaniki yuma məntəqələri, avtomobil yuma məntəqəsi və s. elə qurulmalıdır ki, fövqəladə vəziyyət zamanı onlardan əhalinin sanitar təmizlənməsində, paltar və texnikanın zərərsizləşməsində istifadə oluna bilsin.

14. Anbar otaqları zirzəmi və yarım zirzəmilərdə tikilməli və onların qapı və pəncərələri minimum qədər az olmalıdır.


V. Enerji-su və qaz təchizatının layihələndirilməsi və tikilməsinə olan tələbat

Məlumdur ki, bu göstərilən kommunal enerji sistemindən biri kəsilərsə bu müəssisənin öz işini dayandırmağa məcbur edir və nəticədə planlaşdırılmış məhsuldarlıq pozulur. Bununla yanaşı şəhərlər və yaşayış məntəqələrində insanların normal həyat fəaliyyəti pozulur. Buna görə də göstərilən sistemlərin təchizatının yüksək səviyyədə olması üçün onlara olan tələbat da artıq olmalıdır. Bu tələbatlardan aşağıdakıları göstərmək olar:

1. İri şəhərlərdə və mühüm əhəmiyyətli iqtisadiyyat obyektlərinin enerji-su və qaz təchizatı hökmən azı iki mənbədən götürülməlidir. Bu mənbələr bir-birindən elə məsafə də olmalıdır ki, onlar eyni vaxtda dağılmasınlar (Burada su mənbələrindən biri yaxşı olar ki, yeraltı torpaq sularından istifadə etməklə yaradılsın, bu həm də radioaktiv kimyəvi və bioloji zəhərləməyə davamlı olur).

2. Göstərilən təchizat sisteminin hər birinin ayrı-ayrılıqda xətləri öz aralarında elə birləşdirilməlidir ki, lazım olan vaxt ehtiyat mənbəyindən enerji, su və qaz sistemə rahat qoşula bilsin.

3. Təchizat sisteminin mühüm əhəmiyyətli elementləri mümkün dağıntı zonasından kənarda yerləşdirilməlidir. Bu cür elementlərə aşağıdakılar aiddir:


  • enerji təchizat sistemində – elektrik stansiyaları, idarə etmə punktları, yüksək gərginlikli elektrik ötürücü xətləri;

  • su təchizatı sistemində – nasos stansiyaları və təmizləyici qurğular;

  • qaz təchizatı sistemində – qaz paylayıcı və kompressor stansiyaları, həmçinin magistral qaz kəmərləri.

4. Təchizat xətlərində avtomat və yarım avtomat ayırıcı və bağlayıcı qurğular qoyulmalıdır. Bu qurğular vasitəsi ilə zədələnmiş sahə tez sistemdən ayrılır və ikinci zədələmə amilinin qarşısı alınır.

5. Mümkün güclü dağıntı zonalarında və obyektlərin ərazisində enerji, su və qaz xətləri yeraltı qoruyucu tranşeyalarda yerləşdirilir ki, bu da öz növbəsində onların dağılmasının zədələnməsinin qarşısını alır və dayanıqlığını artırır.

6. Hər bir mühüm əhəmiyyətli obyektin özünün ehtiyat enerji, su və qaz təchizat mənbəyi olmalıdır. Bunlar stasionar və ya səyyar elektrik stansiyası bağlı hovuz və ya ehtiyat su çənləri, artezan quyuları və buruqları, həmçinin ehtiyat qaz həcmləri və qazqalderlər ola bilər.

7. Yeni təchizat sistemi layihələşdirilərkən və tikilərkən köhnə təchizat sistemini ehtiyat mənbəyi kimi saxlamaq məsləhətdir.

8. Obyektlərin başqa yanğın növünə keçirilməsinə baxılmalıdır. Bu zaman su təchizatından texnoloji proseslərdə maksimum istifadə etmək üçün o dövr etdirilməlidir. Suyun zəhərlənməsinin qarşısı maksimum alınmalıdır, obyektlərdə yanğını söndürmək üçün ehtiyat su mənbələri yaradılmalıdır. Həmçinin qəza ehtiyat boruları olmalıdır ki, bundan lazım gəldikdə magistral boru kəmərlərində və obyektin özündə istifadə olunmalıdır.

Bundan başqa MM mühəndis-texniki layihələşdirmə və normalarında hər bir sistem üçün ayrılıqda, çoxlu tələbatlar müəyyənləşdirilmişdir. Lakin bu tələbatlar ən çox tikinti üçün deyil, istifadə üçün olduğundan biz onlara baxmırıq.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin