Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə3/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
Mülki müdafiə mühazirələr.

V. Maili - yamac prosesləri

Qar uçqunları- Marxallar nisbi hündürlüyü 20-40 metrdən çox mailliyi 25° və qar örtüyünün hündürlüyü 30-40 sm olan sahələrdə baş verə bilər. Marxalların uzunluğu yüz metrlə ölçülür, bəzən isə bir neçə kilometrə çatır. Qar uçqunlarının sürəti saniyədə onlarla metrə, həcmi milyon kub metrə, maneələrə göstərdiyi təzyiq hər kvadrat metrdə 100 tona çatır. (0,5t/m2 təzyiq qapı və pəncərələri qırır, 3 t/m2 taxta tikililəri, 100 t/m2 daş binaları dağıdır). Dərələrin qar uçqunun qalığı 30-50 metrədək ola bilər.

Quru qar uçqunu girdə formalı vahid gövdə şəklində böyük sürətlə hərəkət edir və hava dalğası yaradır. Yaş qar uçqunu nisbətən yavaş və ayrı-ayrı axınlar formasında yayılır. Uçqunlar adətən bir neçə dəqiqə davam edir.

Marxal təhlükəli müxtəlif sahələrdə orta illik uçqunların sayı 10-12-ə çata bilər.

Qar uçqunlarının çoxunun səbəbi qarın intensiv yağması (o cümlədən də çovğunlu havada) və dağların yamaclarında sutka ərzində 10 sm qalınlıqda (10-20 mm su qatına bərabər) qar qatının yaranmasıdır.

Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli surətdə iri qar uçqunları təhlükəsi meydana çıxır. Qar uçqunlarının ikinci əsas səbəbi - qarın əriməsi, üçüncü səbəb isə qar örtüyünün aşağı səthinin yavaş-yavaş əriyərək yumşalmasıdır.

Kifayət qədər qalınlıqda qar yağmış hər hansı dağlıq rayonda qar uçqunları baş verə bilər.

Qar uçqunları və marxalların dağıdıcı xassələri dağlarda baş verən sürüşmələrin və digər hadisələrdən zəif olsa da, onların geniş yayılması və tez-tez təkrar olunması marxallarda çox təhlükəli təbii hadisələr sırasına daxil edir.

Sürüşmələr - daimi donma zonasından kənarda təsadüf olunan və adətən dağ yamaclarında olan torpağın eroziyadan, yaxud abraziyadan aşınması, suyun dağın ətəklərini yuması, yamacların titrəməsi və ya əlavə təsirə məruz qalması nəticəsində baş verən torpaq sürüşməsindən ibarət hadisədir. Torpaq axını xarakterli sürüşmələrin eni onlarla, uzunluğu isə yüzlərlə metr ola bilər. Belə hallara dağ yamaclarında və abraziya terraslarında təsadüf edilir. Sürüşmələr uzun illər boyu tamamilə hərəkətsiz qaldıqdan sonra qısa müddətdə fəallaşa bilər ki, belə hallarda onların sürəti saatda onlarca metrə çatır. Məsələn, 1990-cı ildə leysan yağışlardan fəallaşan sürüşmə Xəzər donanmasının hərbi şəhərciyində bir neçə binanı elə sürətlə dağıtmışdı ki, adamlar oradan çıxmağa imkan tapa bilməmişdilər.

Axın sürüşmələri gilli, qumlu, yumşaq sarı torpaqlı dağ yamacları üçün səciyyəvidir və belə torpaq qatlarını leysan yağışları isladarkən baş verir. Belə hallara intensiv yağmurlu rayonlarda daha tez-tez rast gəlinir. Kifayət dərəcədə hidroizolasiyası olmayan suvarma kanallarının torpaqları həddindən artıq islanarkən xüsusi sürüşmə mənbəyinə çevrilir.




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin