Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Əmək ehtiyatlarının idarə edilməsi vəzifələri



Yüklə 1,29 Mb.
səhifə7/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

2.7.Əmək ehtiyatlarının idarə edilməsi vəzifələri
Ölkədə mövcud olan əmək ehtiyatlarından səmərəli istifadə etmək üçün bir sıra vəzifələri həyata keçirmək lazımdır. Bu istiqamətlərdə həyata keçirilməli olan əsas vəzifələr aşağıdakılardır.
1. Əmək potensialından səmərəli istifadə olunmasında bazar və qeyri- bazar mexanizmlərinin düzgün əlaqələndirilməsi.
2. Əhalinin və işçi qüvvəsinin təkrar istehsalı fazaları üçün ailə və dövlətin məsuliyyətinin eyni dərəcədə artırılması.
3. Sahə strukturu, investisiya siyasəti ilə məşğulluq strukturunun optimal əlaqələndirilməsi, iş qüvvəsinə real tələbatın proqnozlaşdırılması;
4. Cənclər və qadınların işlə təmin olunması üzrə xüsusi proqramların hazırlanması;

  1. Əmək resurslarının digər resurslara nisbətən prioritet hesab olunması;

6. Əmək resurslarının ümummilli ideologiya kimi qiymətləndirilməsi;
7. Əmək resursları sferasında fəal sosial siyasətin aparılması;
8. Əmək ehtiyatları, işçi qüvvəsi sistemləri və onların yarım sistemlərinin bir-birini tamamlamasının təmin edilməsi;
9. Əmək ehtiyatlarını, demoqrafik proseslrəi proqnozlaşdırmaq məqsədilə ilkin əmək ehtiyatları balanslarının tərtib edilməsi;
10. Firma və şirkətlərdə işçi heyətinin idarə edilməsində inkişaf etmiş Qərb ölkələrinin və xüsusən Yaponyianın idarətemə metodalrı və modellərindən real şərait nəzərə alınmaqla istifadə edilməsi.
2.8.Əhalinin miqrasiyası
Əhalinin miqrasiyası müxtəlif səbəblər üzündən yaşayış yerinin daimi və müvəqqəti dəyişilməsidir.
Miqrant - köhnə yaşayış yerini yeni yaşayış yeri ilə dəyişən şəxsdir.
İmmiqrant - yeni dövlətin ərazisinə gələnlərdir.
Emmiqrant - ölkədən gedənlərdir.
Əhalinin miqrasiyası əhalinin çevikliyi, hərəkəti ilə əlaqədardır. Əhalinin hərəkəti dedikdə, onun təbii artımı, məkan yerdəyişməsi və sosial yer­dəyişməsidir.
Əhalinin miqrasiyası və yerləşdirilməsi bir tərəfdən tarixi şəraitlə bağlı­dırsa, digər tərəfdən buna demoqrafik, sosial-iqtisadi siyasət və fövqəladə amillər təsir göstərir.
Şəkil 2.10-da əhalinin miqrasiyasının formaları və tipləri göstərilmişdir.

Əhalinin miqrasiyasının formaları və tipləri



Miqrasiyanın formaları

Miqrasiyanın tipləri





Məcburi miqrasiya

Ərazi



Sahə



Daxili miqrasiya



Xarici miqrasiya

Peşə-ixtisas





Xarici əmək miqrasiyası

Sosial



Qanunsuz miqrasiya



Təbii hərəkət

Şəkil 2.10. Əhalinin miqrasiyasının formaları və tipləri



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin