Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami



Yüklə 1,29 Mb.
səhifə52/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

13.4. İqtisadi davranış
Əhalinin təsərrüfat həyatının müxtəlif sferalarında iqtisadi davranış eyni səviyyədə olmur. Bazar münasibətləri şəraitində iqtisadi davranış maksimum mənfəət meyarını əsas götürməklə məqsədli-səmərəli davranış, fəaliyyət variantının seçilməsi başa düşülür.
İqtisadi davranış anlayışı, əmək davranışı anlayışından daha genişdir. İqtisadi davranışa, əmək davranışından başqa ticarət fəaliyyəti, investisiya fəallığı və ev təsərrüfatının idarə olunması da daxildir.
Əmək fəaliyyətində iqtsiadi davranışın bir sıra tipləri, modelləri ola bilər:
-«maksimum gəlir - minimum əmək sərfi»;
-«maksimum gəlir - maksimum əmək sərfi»;
-«təminatlı gəlir (əmək haqqı) - minimum əmək sərfi»;
-«minmum gəlir - minmum əmək sərfi».
İqtisadi davranışın xarakteri şəxsiyyətə, sahibkara təsir edən bir sıra amillər - sosial, iqtisadi, psixoloji, ekoloji, ideoloji - nəticəsində formalaşır.
Sosial mühit, bu sferadakı dəyişikliklər obyektiv olaraq insanların, işçilərin, sahibkarların müvafiq reaksiyasına səbəb olur.
Sağlam, normal iqtsiadi davranış işgüzar fəaliyyətə yaradıcı münasibət bəsləməyi, yüksək səviyyədə intizamlı, mütəşəkkil və təşəbbüskar olmağı tələb edir. Yalnız belə bir şəraitdə iqtisadi davranış lazımi sosial-iqtisadi səmərə verə bilər.


13.5. Əmək intizamı sosial hadisə kimi
Əmək intizamı, adamların müəyyən davranış qaydasıdır. Bu da hər hansı bir əmək kollektivlərində və cəmiyyətdə fəaliyyət göstərən norma və mənəviyyata uyğun gəlməlidir. Əmək intizamı bütün kollektiv üzvləri tərəfindən həmin qayda və normalara hökmən əməl olunması prosesidir.
Əmək intizamına əməl olunması birinci növbədə hər bir işçinin öz vəzifəsini dəqiq yerinə yetirməsi, müəssisə və təşkilatların daxili qaydalarına, əmr və sərəncamlarına riayət etməsindən başlanır.
Əmək intizamının formalaşması mürəkkəb bir prosesdir. Bu həm ailədən, həm məktəbdən, həm peşə meylindən, peşəyə olan həvəsdən, peşə mənafelərdən və həm də işçinin öz şəxsi keyfiyyətindən, əmək kollektivlərinin ona olan münasibətindən və tələblərindən çox asılıdır. Əmək intizamı ilk növbədə insan amili ilə, insanın gündəlik davranışı, əmək normaları və əməyə münasibəti ilə bağlıdır.
Əmək intizamı bir sıra sosial normalarla (istehsal, əmək, mənəvi, etik, inzibati-hüquqi) əlaqədardır. Əmək intizamı sabit sosial davranışla bağlıdır.
Bir tərəfdən əmək intizamının səviyyəsi sosial amillərdən asılı olur, digər tərəfdən isə işçi həmin münasibətlərin subyektinə çevrildiyinə görə onun dəyərlər meyli aşağı və yuxarı səviyyəli intizam səviyyəsində bir-birindən fərqli olur.
Əmək intizamının sosioloji amillərindən asılılığını aşağıdakı şəki 13.7-dən görmək olar:

İnsan fəaliyyətini müəyyən edən sosial şərtlər





Ümumi sosial şərtlər

Əmək intizamının səviyyəsi

Əmək intizamının səviyyəsinə nəzarət

İşçinin dəyər meyli





İşçinin sosial səciyyəsi



Şəkil 13.7. Əmək intizamının sosioloji amillərindən asılılığı


Sanksiyalar işçilərin əmək davranışı nın vəziyyətindən asılı olaraq nəzarətedici subyektlərin göstərdiyi cavab peaksiyası ilə bağlıdır. Sanksiyalar konkret hərəkətlər və konkret işlər üçün tətbiq edilir.


Təsiretmə xarakterinə görə sanksiyalar iki yerə bölünür: pozitiv və neqativ sanksiyalar. 1-cisi davranışı bəyənilən, 2-cisi isə normalardan kənar davranışları tənbeh edən sanksiyalardır.
Pozitiv sanksiyalar həvəsləndirmə formalarını həyata keçirməklə, neqativ sanksiyalara isə tənbehetmə tədbirləri ilə bağlıdır.

Ədəbiyyat


1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı - 1995
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.Bakı - 1999
3. «Mə şğulluq haqqında» Azərbaycan Respublikasının Qanunu, Bakı - 2018
4.T.Ə.Quliyev «Əməyin iqtisadiyyatı». Bakı - 2003
5.T.Ə.Quliyev «Menecmentin (idarəetmənin) əsasları. Bakı - 2001
6.T.Hüseynov «Sənayenin iqtisadiyyatı», Bakı - 2000
7.T.Q.Yusufova «Əməyin iqtisadiyyatının əsasları», Bakı - 2000
8. A.B.Məmmədov «Əməyin normalaşdırılmasının əsasları», Bakı 2000
9.F.A.Hüseynova «Gəlirlər və əmək haqqı siyasəti», Bakı - 2003
10.R.Ş.Muradov «Müasir şəraitdə Azərbaycan Respublikasının əmək bazarının formalaşması xüsusiyyətləri», Bakı - 2000
11.K.Şahbazov və başqaları «Menecment», Bakı - 2006
12.Яковлев Р.А. «Концепция реформирования заработной платы», М- 2018
13.Яковлев Р.А. «Оплата труда на предприятиях»,М. - 2019
14.Мумладзе П.Р., Гужина Г.Н. «Экономика и социология труда», М. – 2007
15.Куликов А.А. «Экономика труда», М. - 2002
16.Рофе А.И. и др. «Экономика труда», М. - 1995
17.Рощин С.Ю., Разумова Т.О. Экономика труда: Экономическая теория труда , М.- 2000
18.Монография под ред. В.В .Куликова. Современная экономика труда, М. - 2010
19.Эренберг Р.Д. Современная экономика труда, М.- 2006
20.Кибанов А.Я. Управление персоналом, М.- 2004
21. http://unec.edu.az/marketinqin-kommunikasiya-sistemi-marketinq/
22. http://atelim.com/movzu-marketinqde-kommunikasiya-sisteminin-yeri-ve-rolu-plan-m.html


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin