Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Mütərəqqi-işəmuzd əmək haqqı sistemi



Yüklə 1,29 Mb.
səhifə44/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

10.5.Mütərəqqi-işəmuzd əmək haqqı sistemi
İşəmuzd-mükafatlı əmək haqqı sistemində işəmuzdçu fəhlə müstəqim əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstrəiciləri üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğ mükafat alır.
Fəhlələrin mükafatlandırılması ay ərzindəki nəticələrə əsasən həyata keçirilir. İşə çıxmayan fəhlələr qismən, ya da tamamilə mükafatdan məhrum edilirlər.
Fəhlələrin mükafatlandırılması ayrı-ayrılıqda kəmiyyət və keyfiyyət göstəricisi və eyni zamanda hər iki göstərici üzrə birlikdə aparıla bilər.
Fəhlənin işəmuzd-mükafatlı sistemdə ümumi qazancı aşağıdakı düsturla müəyyən edilir:
Üə.h = İm.ə. +
Burada: İm.ə. - aylıq müstəqim işəmuzd əmək haqqı;
M1 - planın yerinə yetirilməsinə görə mükafatların faizi;
M2 - artıqlaması ilə yerinə yetirilmiş hər faizə düşən mükafatların faizi;
M3 - istehsal planının artıqlaması ilə yerinə yetirilməsi faizidir.
Məsələn, fəhlə ay ərzində istehsal normasını artıqlaması ilə yerinə yetirmişdir. O, müstəqim işəmuzd qiymətlə 900 manatlıq iş görmüşdür. Onun üçün planı yerinə yetirdiyinə görə 10% məbləğində və hər bir artıq faiz üçün orta aylıq əmək haqqının 2%-i miqdarında mükafat təyin edilmişdir. Planın 105% yerinə yetirildiyini nəzərə alaraq, fəhlənin qazancı aşağıdakı kimi hesablanır:

Üə.h = İm.ə. + = 900+ =900+180=1080 manat


Hər bir müəssisədə istehsalın konkret şəraitindən asılı olaraq mükafatlandırmanın daha məqsədəuyğun göstəriciləri və şərtləri, mükafatın miqdarı seçilir və bu yerli həmkarlar komitəsinin razılığı ilə müəssisə rəhbəri tərəfindən təsdiq edilən mükafatlandırma haqqında əsasnaməyə daxil edilir.

10.6.Akkord işəmuzd əmək haqqı sistemi


Akkord əmək haqqı sistemi sənayedə qəzaların ləğv edilməsi, çox mühüm təmir işlərinin sürətləndirilməsi və təxirə salınması mümkün olmayan təcili işlərin yerinə yetirilməsi hallarında tətbiq olunur. Akkord əmək haqqı sistemi tikinti və nəqliyyat müəssisələrində daha geniş tətbiq edilir.
Akkord əmək haqqı sisteminin mahiyyəti ondadır ki, burada işin ödənişi hər bir istehsal əməliyyatı üçün deyil, bütünlüklə görülən iş kompleksinə görə müəyyən edilir.
Bu halda konkret işə görə akkord ödənişin ümumi miqdarı yalnız mövcud vaxt normalarının və ümumi akkord tapşırığın daxilində olan əməliyyatların hər birinin cəmlənməsi əsasında müəyyən edilir.
Akkord iş qiymətləri müəyyən edilərkən kompleks akkord işlərə daxil olan mövcud normalar və ayrı-ayrı iş qiymətləri əsas götürülür.
Əməyin akkord sistemi üzrə ödənilməsində akkord tapşırıqların keyfiyyətlə yerinə yetirilməsi və vaxtından tez yerinə yetirilməsi üçün mükafatlandırma qaydası da müəyyən edilir.
Mükafat əmək haqqına akkord naryadı üzrə əlavə olunur və həmin müəssisədə mövcud olan mükafatlandırma qaydaları üzrə verilir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin