Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Əmək bazarının növləri və onların seqmentləşdirilməsi



Yüklə 1,29 Mb.
səhifə9/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

3.2.Əmək bazarının növləri və onların seqmentləşdirilməsi
Əmək bazarının seqmentləşməsi onun ayrı-ayrı hissələrə, seqmentlərə, sektorlara ayrılmasıdır. Əmək bazarı seqmentlərinə müxtəlif baxımından yanaşmaq olar: tənzimlənən və tənzimlənməyən bazar baxı­mından, ilkin və ikinci əmək bazarı, işçi qüvvəsinə cins, təhsil, sağlamlıq, iş qabiliyyəti, baxımından və s. Şəkil 3.2-də əmək bazarının növləri göstərilmişdir.

Fəhlə kadrları bazarı

Milli əmək bazarı

Əmək bazarının növləri






Mütəxəssis kadrları bazarı

Beynəlxalq əmək bazarı



Qadın əmək bazarı
(Gender aspekti)

Şəhər əmək bazarı


Kənd əmək bazarı


Gənclərin əmək bazarı


Lokal əmək bazarı


Uşaq əmək bazarı


Mütəşəkkül və qeyri-mütəşəkkül əmək bazarı

Sosil qruplar üzrə əmək bazarı


Sahə mənsubiyyətli peşələr üzrə əmək bazarı

Pensiyaçıların əmək bazarı

Şəkil 3.2. Əmək bazarının növləri




Əmək bazarının seqmentləşməsinin başlıca səbəbi, əməyin və istehsalın müxtəlif səviyyələrdə səmərəli olmasıdır.
Əmək bazarının strukturu, həcmi və tərkibinin öyrənilməsində kontingentlərin seqmentləşdirilməsi də vacibdir.
Əmək bazarının komponentlərinə onun tədqiqi məqsədindən asılı oalraq aşağıdakılar daxildir:
1.Əmək bazarının subyektləri (muzdlu işçi kateqoriyaları, həmkarlar ittifaqları, iş verənlər - sahibkarlar, dövlət müəssisələri);
2.Bazar mexanizmləri (iş qüvvəsinin tələb və təklifi, iş qüvvəsinin qiyməti. rəqabət);
3.İşsizlik və sosial yardım;
4.Bazar infrastrukturu (əmək birjaları, məşğulluq xidmətləri, kadr hazırlığı və peşə meyli üzrə mərkəz və s.).


3.3. Əmək bazarı çevikliyi
Çeviklik nəinki əmək bazarına, əməyin özünə də xas olan bir haldır. Əmək bazarının çevikliyi elmi-texniki tərəqqi, iqtisadi proseslərdəki dəyişikliklər, ümumiyyətlə hər hansı bir dəyişikliklər və təsir etmə ilə bağlıdır.
Bu, birinci növbədə bazar subyektlərinin iqtisadi davranışında, sosial- iqtisadi, istehsal amillərinin əlaqələndirilməsində, amillərlə bağlı yaranan və yaranacaq gəlirlərin əldə edilməsi sistemində, bazar parametrlərinin dəyişil­məsində özünü göstərir.
Əmək bazarının çevikliyi problemi işçi qüvvəsinin dəyişilən şəraitə, yəni yeni şəraitə uyğunlaşması qabiliyyətidir. İşçi qüvvəsinin uyğunlaşması əmək bazarının çevikliyinin bir hissəsidir.
Çünki əmək bazarının çevikliyi əmək haqqı sisteminin, muzdla işləmə şərtlərinin, həyat tərzinin, əməyin təşkili metodlarının və s. çevikliyini də əhatə edir.
İşçi qüvvəsinin çevikliyi onun məşğulluğunun çevikliyidir, funksional çevikliyidir, mobilliyidir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin