Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Əmək potensialı, iqtisadi fəal və qeyri fəal əhali



Yüklə 1,29 Mb.
səhifə4/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

2.2. Əmək potensialı, iqtisadi fəal və qeyri fəal əhali.

Əmək potensialı işçinin əmək fəaliyyətində iştirak etməsi imkanı ilə əlaqədardır. Bu potensial insana həm təbii, genetik qaydada verilir və həm də sonradan da əldə edilir. Belə ki, insanlar öz istedadı, təfəkkürü, psixoloji və fizioloji paramertləri, yeni fikirlər, ideyalar vermək baxımından eyni ola bilmirlər. Əmək potensialının elə komponetləri vardır ki, onlar sonradan əldə oulnur, formalaşır: məsələn, təhsili, peşə-ixtisası, yaradıcı potensialı, biliyi, həyat təcrübəsi, mənəvi dəyərləri, işgüzarlığı, mütəşəkkilliyi və s.


*Əmək potensialının artmasında və reallaşdırılmasında ailə, əmək kollektivləri və dövlət mühüm rol oynayır. Əmək potensialının mahiyyəti şəkil 2.2.-də göstərilmişdir.



Əmək kollektivinin və cəmiyyətin resurs fondu kimi

Əmək fəaliyyətinin intensivləşdirilməsinin müqəddim şərtlərindən biri kimi

Əmək bazarında insan qabiliyyətinin alqı- satqı obyekti kimi

Əmək qabiliyyətinin məcmusu kimi

İşçinin fiziki, intellektual imkanlarının reallaşdırılması kimi

Əmək potensialının mahiyyəti

Əhalinin peşə-ixtisas səviyyəsi kimi



Sosial-iqtisadi sistemlərin ünsürü, daşıyıcısı kimi

İstehsalın şəxsi, insan amilinin hərəkəti kimi

İstehsal amili və şərti kim

Şəkil 2.2. Əmək potensialının mahiyyəti

Hər hansı bir əmək fəaliyyətini icra etmək üçün öz iş qüvvəsini təklif edə bilmək imkanı olan əhali hissəsinə iqtisadi fəal əhali və yaxud işçi qüvvəsi deyilir. Bura işsizlər də daxil edilir.
Qeyri-iqtisadi fəal əhaliyə isə faktiki işçi qüvvəsinə daxil olmayanlar aiddir.
İqtisadi fəal əhalinin və qeyri-iqtisadi fəal əhalinin tərkibi şəkil 2.3-də verilmişdir.

Yaşa görə və güzəştli pensiya alanlar

Ev təsərrüfatında çalışanlar, uşaq və xəstələrə qulluq edənlər

Əmək qabiliyyətli yaşında olub işləyənlər

İş axtarmağı dayandıranlar, buna maraq göstərməyənlər

İqtisadi fəal əhali

İşləməyi zəruri hesab etməyən digər şəxslər

Əlilliyə görə pensiya alanlar

İş axtaran işsizlər

Qeyri-iqtisadi fəal əhali

Şəkil 2.3. İqtisadi fəal əhalinin və qeyri-iqtisadi fəal əhalinin tərkibi




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin