Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ozon qatmın dağılması, "ozon dəlikləri"nin yaranması



Yüklə 0,77 Mb.
səhifə19/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Ozon qatmın dağılması, "ozon dəlikləri"nin yaranması. Bu effekt Yer üçün "müdafiə ekranı” rolunu oynayan ozon qatının dağılması nəticəsində yaranır. Ozon qatı Yeri öldürücü ultrabınövşəyi şüalardan müdafiə edir. Ozon ekranının dağılması 1975-ci ildən etibarən hər il Antarktida üzərində müşahidə olunur.

Ozon stratosferin yuxarı qatlarında Günəşdən gələn qısadalğalı şüalanmaların (190 nm-ə qədər) təsiri ilə yaranır. Radiasiyanm təsiri nəticəsində oksigen (02) molekulu (O) atomlarına parçalanır. Oksigen atomları asanlıqla molekulyar oksigenlə birləşərək ozon (O3) yaradır. Yüksək dalğalı ultrabənövşəyi şüalar (280 nm-ə qədər) ozon molekulunu parçalayaraq geriyə - əvvəlki vəziyyətə qaytara bilir. Beləliklə, ozonun yaranması və itirilməsi balansı bərpa olur.

Günəş radiasiyasının təsiri ilə ozondağıdıcı maddələr (xlorflüorkarbon, bromflüorkarbon, halogen tərkibli karbohidrogenlər və s.) parçalanır. Bü parçalanma nəticəsində xlor və bromun ayrılması baş verir. Bu qazların neqativ təsiri ondan ibarətdir ki, onlar ozonun parçalanmasını sürətləndirir. Bununla da uzundalğalı şüaların təsiri ilə yaranmış balans pozulur. Nəticədə ozon qatı tədricən nazikləşir. Bu nazilmə nəticəsində yüksək enerjisi olan B-ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin aşağı qatlarına nüfuz edir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin