Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə20/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Qlobal istiləşmə planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. Temperatur yüksəldikcə bir çox bitki və heyvanların yaşayış yerləri dəyişikliklərə məruz qalır. Bu növlər uzun dövrlər ərzində uyğunlaşdıqları ekoloji sığınacaqlar və xarakterik həyat şəraitlərindən məhrum olur. Bir çox növlərin sürətlə dəyişən şəraitlə ayaqlaşa bilməyib məhv olması ekosistemin tarazlığını poza bilər. Mütəxəssislərin hesablamalarına görə, yüksək dağlıqlardan ibarət yaşayış yerlərinin 60%-i qlobal istiləşməyə məruz qalacaqdır. Buzlaqların əriməsi, bitkilərin vaxtından əvvəl çiçəkləməsi, atmosfer havasının temperaturunun yüksəlməsi - bütün bunlar qlobal iqlim dəyişmələrinin əlamətləri hesab edilir . Son 150 il ərzində axırıncı 12 ilin 11 ili bütün dövrlərin ən isti illəri sayılır.

Qeyd etmək lazımdır ki, proqnozlar o qədər də ürəkaçan deyil. Belə ki aşağıdakılar gözlənilir:



  • yaxın 20 ildə qlobal istiləşmə davam edərək hər 10 ildə 0.20C artacaq;

  • dəniz səviyyəsinin qalxması orta hesabla 0,18-0,59 m olacaq

  • iqlimin ekstremallığının (leysan yağışlar, qasırğalar) getdikcə güclənməsi ehtimalı artacaq;

  • XXI əsrin sonunda Şimal Buzlu okeanının buzlaqları tamamilə əriyəcək;

  • torpağın məhsuldar qatında rütubət kəskin şəkildə azalacaq.

Azərbaycan ərazisində mümkün iqlim dəyişmələrinin analizi 100 illik müşahidələr əsasında araşdırılmışdır. Tədqiqatlar göstərmişdir ki, 100 illik müşahidələr dövründə ölkə ərazisində havanın temperaturu 0.5 - 0.60 C artmış, 1961 - 1990-cı illərdə temperatur artımı daha yüksək (0.3 - 0.60 C) olmuşdur. Ümumilikdə, bütün ərazidə istiləşmə baş verməsinə rəğmən bu proses ölkənin müxtəlif coğrafi ərazilərində müxtəlif olmuşdur. Belə ki, Böyük Qafqaz, Kür-Araz ovalığında temperatur artımı yüksək (0.50 - 0.650 C) olduğu halda, Kiçik Qafqazm dağlıq ərazilərində bu göstərici nisbətən az (0.14 - 0.200 C) olmuşdur. Qeyd etmək lazımdır ki, 100 illik temperatur dəyişmələri bu dövr ərzində yağıntıların miqdarına əhəmiyyətli təsir göstərməmişdir.

Müxtəlif modellər əsasında Azərbaycan ərazisinin gələcək iqlim dəyişmələri qiymətləndirilmişdir. Bu modellərə əsasən, atmosferdə CO2 konsentrasiyasımn iki dəfə artması nəticəsində əsrin sonunda ölkə ərazisində aşağıdaki hadisələr gözlənilir:

• orta illik temperatur 20 C artacaq;

• illik yağıntıların miqdarı 6 – 12% artacaq:

• su resursları 5.7 - 7.7 km3 azalacaq;

• istilik resursları 700 – 12000 C artacaq, havanın temperaturunun bu intervaldan yüksək olan günlərinin sayı 25 - 45 gün uzanacaq;

• isti və mülayim qurşaqların sahəsi genişlənəcək, soyuq qurşağın sahəsi isə azalacaq, illik buxarlanma 35% artacaqdır və s.

Qlobal istiləşmənin Azərbaycana təsiri artıq hiss olunmaqdadır. Xəzərin səviyyəsinin artması, buzlaqların əriməsi, çayların daşması, səllərin dağıdıcı təsiri, mövsümlərə uyğun olmayan temperatur Qlobal istilaşmanin Azerbaycana tesiri artıq hiss olunmaqdadır. Xazarin saviyyasinin artması, buzlaqlarm arimasi, çayların daşması, sellarin dağıdıcı tesiri, mövsümlara uyğun olmayan temperatur anomaliyaları, ən isti ayın temperatur göstəricisinin getdikcə artması buna misaldir. Şirin su axınının kəskin surətda azalması Dəvəçi limanının ixtiofaunasma ciddi təsir edərək biomüxtəlifliyin kəskin azalmasına səbəb olmuşdur. Belə ki, bir zamanlar ərazidə həddən artıq çox olan durnabalığına indi nadir hallarda rast gəlinir.

Xəzər dənizinin səviyyəsinin 1978-1995-ci illərdə kəskin artması nəticəsində Azərbaycanın sahil ərazilərinin bir hissəsi su altında qalmışthr. 2000-ci ilin nəticələrinə görə, Azərbaycanın sahil ərazilərinin 485 km2 sahəsi su altında qalmışdır.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin