Nəm çürümə. Xəstəliyin törədicisi – Bacillus cartovorus və Bacillus
phytophthorus-dur. Bu bakteriyalar zədələnmiş və yaralanmış yerlərdən kartofun
içərisinə daxil olur və onun parenximasına yayılırlar. Zədələnmiş kartoflar
yumşalır, qatı və ya sulu kütləyə çevrilir, pis qoxu verirlər.
155
Fuzarioz(quru çürümə). Fusarium cinsindən olan göbələklər kartofda
müxtəlif zədələr əmələ gətirə bilir. Bu cinsin külli miqdarda növləri (F.solani,
F.discolor, F.culmorum və b.) quru çürümə adlanan xəstəliyə səbəb olur. Bu
zaman kartofun zədələnmiş sahələrinin üzəri ağ rəngli cecəni xatırladır. Daha
sonra (əgər kartofun saxlandığı yerdə artıq nəmlik yoxdursa) kartof bürüşməyə
başlayır və nəhayət, sarımtıl-ağ rəngli unşəkilli kütləyə çevrilir. Əksinə, binada
artıq nəmlik varsa, proses «nəm çürümə» kimi gedir.
Kartofda fitoftora xəstəliyi
Zədələnmiş kartofdan xəstəlik sağlam kartoflara da keçir.
Kartofda qara dəmgil. Xəstəliyin törədicisi Rhizoctonia solani–dir. Kartofun
üzərində kif göbələyinin xırda və orta böyüklükdə çoxlu miqdarda sklerotisi yığılır.
Səthi sklerotisilər kartofun kimyəvi tərkibinə təsir etmir, onun dad və yeyinti
keyfiyyətini dəyişir.
Kartofda unlu dəmgil. Xəstəliyin törədicisi Spongospora subterranea-dır.
Bu xəstəliyə yoluxmuş kartofda əvvəl şişlər əmələ gəlir, sonra bu şişlər həcmcə
böyüyür, partlayır, şişlərin daxilindəki möhtəviyyat axır və quruyur. Əmələ gəlmiş
yarıqlar öz ulduzşəkilli formasını saxlayırlar. Saxlanma, daşınma prosesləri zamanı
kartoflar həmişə bir-birinə sürtündüyündən, əmələ gəlmiş yarıqlar da tədricən
itməyə başlayır.
Pomidorda zirvə çürüməsi. Xəstəlik Bact. lycopersicum tərəfindən törədilir.
Bu bakteriyalar aerobdur, spor əmələ gətirmir. Ətli- peptonlu aqarda əvvəl ağ,
sonra sarı koloniyalar verir.
156
Pomidorlar hələ sahədə inkişaf etməkdə ikən xəstəliyə tutulurlar. Xəstəlik
zamanı pomidorda çox da böyük olmayan tünd ləkələr əmələ gəlir, sonra bu ləkələr
böyüyür və qonurlaşır. Pomidorun zədələnmiş yerləri əzilmiş kimi olur, pomidorun
quruluşunu pozur. Əvvəlcə hüceyrələrarası maddə, sonra isə hüceyrələrin qılafı
həll olmağa başlayır. Bunun nəticəsində pomidor nəm çürüməyə uğrayır.
Pomidorda fitoftora. Xəstəliyin törədicisi Phytophthora infestans-dır.
Pomidorlar yetişmə zamanı zədələnir və bu zədə məhsul yığıldıqdan sonra daha da
genişlənir. Pomidorun üzərində boz, yaxud bozumtul-qonur rəngdə müxtəlif şəkilli
ləkələr əmələ gəlir.
Qara çürümə.Diplodina destructiva tərəfindən törədilir. Bu zaman həm
yetişməmiş, həm də tam yetişməmiş pomidorlar zədələnir. Qara çürümə ləkələri
pomidorun müxtəlif yerlərində baş verə bilir. Zədələnmiş sahələr əvvəl tünd-qonur
rəngdə olur, sonra isə qaralır.
Mozaika xəstəliyiniMyzodes virusu törədir. Xəstəlik zamanı həm yarpaqlar,
həm də pomidorlar zədələnir. Yarpaqların kənarı aşağıya doğru büzüşür və
kobudlaşır. Pomidorun üzərində külli miqdarda dolaşıq və qeyri-müəyyən şəkilli
ləkələr əmələ gəlir. Zədələnmiş sahələrqonurlaşır.
Bostan tərəvəzlərində stolbur xəstəliyi
Stolbur xəstəliyinə Lycopersicum virus səbəbolur. Bu zaman həm yarpaqlar,
həm də meyvələr zədələnir. Yarpaqlar formasını itirir (Şəkil8.3). Stolburun
törədicisi kartof, badımcan və b. bitkiləri də zədələyir.
157
Pomidorun bakterial xər-çənginin törədicisi Corynebacterium michiganense-
dir.Bak-teriya hərəkətsiz olmaqla, qram-müsbət boyanır, aerobdur. Əsasən
pomidorun şitilləri, vegetativ üzvləri və meyvələri zədələnir.
Bu zaman gövdə və budaqlar da solur və onlarda sarımtıl-ağ, daha sonra isə
bozumtul-qəhvəyi zolaqlar və yaralar müşahidə edilir. Xarici zədələnmələr zamanı
meyvələrdə külli miqdarda xırda ağ, çox zaman isə qabarşəkilli ləkələr əmələ
gəlir.Pomidorun belə ləkəliliyi «quş gözü» adı ilə məşhurdur. Bəzən pomidor
daxildən zədələnir və bu zədələnmə xaricdən hiss olunmur. Bu zaman pomidorun
içərisi yumşalır və sarımtıl rəng alır. Daxildən erkən zədələnmiş pomidor eybəcər
olur. Bakterial xərçəngə tutulmuş pomidor meyvələrində, həm də ləkələr olur,
bununla da həmin xəstəlik bakterial solma və zolaqsız ləkəlilik xəstəliklərindən
fərqlənir.
Mövcud sanitariya ekspertizası qaydalarına görə başqa tərəvəz kimi pomidor da
çürümüş, kiflənmiş, donmuş, öz şəklini itirmiş, xəstəliklər, ziyanvericilər və
gəmiricilərlə zədələnmiş, o cümlədən zəhərli olduqda və kimyəvi maddələr qoxusu
verdikdə satışa buraxılmır.
Kələmdə boz çürümə kif göbələyi tərəfindən törədilir. Zədələnmə məhsul
yığımı zamanı və məhsulun anbarda saxlandığı dövrdə baş verir. Zədələnmə xəstə
kələmdən sağlam kələmə keçir. Boz çürümənin törədicisi aşağı temperaturada arta
bilir.
Bu xəstəliyə tutulmuş kələmin yarpaqları üzərində boz kül rəngində təbəqə ilə
örtülmüş ləkələr əmələ gəlir. Əsasən kələmin üst yarpaqları zədələnir, sonra bunlar
yumşalır və çürüyür.
Qarpızın toksiki bakteriozu. Xəstəliyin etiologiyası hələ müəyyən
edilməmişdir. O.İ.Sirotina və L.İ.Popova bu xəstəlik zamanı Proteus cinsindən
olan bakteriyaları tapmışdır. Zədələnmiş qarpızı yeyən adamların mədə-bağırsaq
sistemində zəhərlənmə, ishal və ürək bulanması şəklində pozğunluq, habelə baş
gicəllənməsi və s. hallar müşahidə edilmişdir.
158
Zədələnmiş qarpızın qabığında boz rəngli noxud boyda dikəlmiş ləkələr əmələ
gəlir. Zədələnmiş sahədə qabıqaltı şişlər də ola bilər. Bu zaman qarpızın daxilində
çürümə prosesi gedir və qarpız saralır.
Tərəvəz, meyvə və giləmeyvələrin gigiyenası
Tərəvəz və meyvələr insanın qidalanmasında mühüm rol oynayırlar. Belə ki,
onlar vitaminlərin (xüsusilə C vitamini və karotinin), karbohidratların, üzvi
turşuların və müxtəlif mineral maddələrin, o cümlədən mikroelementlərin əsas
təmin edicisidirlər.
Lakin tərəvəz və meyvələrdə çoxlu miqdarda suyun olması, onların
saxlanmasını davamsız edir. Xüsusilə zədələnmiş və xəstəliklərə yoluxmuş meyvə
və tərəvəzlərə mikroorqanizmlər nisbətən asan daxil olduğu üçün, onlar xarab
olmaya məruz qalırlar.
Meyvə və tərəvəzlərin xəstəlik törədicilərinə mikroskopik göbələk
cinslərindən Fusarium, Penicillium, Aspergillus aid olub, onların müxtəlif növ
xarab olmalarına səbəb olurlar (quru çürümə, acı çürümə). Bu törədicilərlə
yoluxma prosesi zamanı meyvələr və tərəvəzdə onların metabolitləri –
mikotoksinləri toplanır. Tədqiqatlar göstərir ki, almanın acı çürüməsinə
konserogen xassələrə malik olan patulin səbəb ola bilər. Ona görə də qida
məhsullarında patulinin miqdarının sanitar normalarla yol verilə bilən səviyyəsi
gözlənilməlidir.
Sanitar tələblərinə uyğun olaraq, çürümüş meyvə və tərəvəzlərə, xəstəlik və
ziyanvericilərlə yoluxmuş, gəmiricilərin, həşərat və sürfə ilə, həmçinin kəskin
kənar iylərlə, zəhərli kimyəvi maddələrlə korlanmışlara satış üçün icazə verilmir.
Meyvələrin və tərəvəzin düzgün yığılması, saxlanması üçün yaxşı şəraitin
təmin olunması, xəstəliklərin inkişaf profilaktikasında və onların olmasının
qarşısının alınmasında təsirli tədbir hesab edilir. Saxlanma zamanı elə şərait
yaratmaq lazımdır ki, tərəvəz və kartofun göyərməsinə, cücərməsinə yol
verilməsin. Bu məqsədlə, kartofun metil efirinin a-nafitilsirkə turşusu ilə emal
olunması təklif olunur ki, 1kq yumruya 50-100mq, bu da yumrunun bir il
159
müddətində göyərməsinin – çürüməsinin qarşısını alır və askorbin turşusunun
saxlanmasına köməklik edir.
Tərəvəz və meyvələrin saxlanması üçün optimal temperatura 1-2°C, nisbi
nəmlik isə 80-85% hesab olunur.
Tərəvəz və meyvələr epidemioloji cəhətdən təhlükəli ola bilər. Belə ki,
tərəvəz mədə-bağırsaq infeksiyasının və helmintozun mənbəyi hesab oluna bilər.
Sanitar normalarına görə çirkab suları ilə bostan bitkilərini suvarmaq, onları çiy
şəkildə istifadə etmək (yerkökü, xiyar, pomidor, qarpız, yemiş, çiyələk, cəfəri,
turp) qəti qadağandır. Çirkli sularla suvarmaları aparılan meyvə-giləmeyvə
bitkilərinin vegetasiya yığılması iki ay qalmış, tərəvəzdə isə 20 gün qalmış
dayandırılır. Belə tarlada becərilmiş tərəvəzin (kartof, qabaq, badımcan)
istifadəsinə isti emal aparıldıqdan sonra icazə verilir.
Bitkilərin xəstəliklərdən və ziyanvericilərdən mühafizəsində kimyəvi
vasitələrin, həmçinin mineral və digər gübrələrin istifadəsi, müasir kənd təsərrüfat
məhsulları istehsalının intensivləşdirilməsinə gətirib çıxarır. Bitkilərin mühafizə
vasitələri sanitar-baytar və sanitar-epidemioloji xidmət orqanları tərəfindən ciddi
nizama salınır və onlara nəzarət edilir. Bununla bərabər yemlərin və bir sıra bitki
və heyvan mənşəli məhsulların hazırlanmasında gigiyenik normalara riayət
olunmadıqda pestisidlərlə çirklənmə baş verir. Kənd təsərrüfatı heyvanları üçün
yemlərdə pestisidlərin yol verilə bilən normaları da hazırlanmışdır. Onların
gözlənilməsi sağlam məhsullar əldə etməyə imkan verir.
Hazırda azot gübrələrini tətbiqi ilə əlaqədar torpaqda, süxur sularında, qida
məhsullarında və yemlərdə nitratların səviyyəsinin artması məsələsi də xüsusi
diqqət cəlb edir.
160
MÜHAZİRƏ 10. TAXIL VƏ UN MƏHSULLARININ
MiKROBİOLOGiYASI, SANİTARİYA VƏ GİGİYENASI
Taxıl kütləsinə mikroorqanizmlərin düşməsi yolları
Bitkilər özlərinin inkişaf dövrünə torpaqda toxumun cücərməsi vaxtından
başlayır. Deməli, mikroorqanizmlərin bitki səthinə, sonra isə taxıla düşməsinin
ilkin mənbəyi torpaq hesab olunur.
Torpaqlarda, xüsusilə münbitliyi yüksək olanlarda kifayət qədər üzvi və
mineral maddələr, nəmlik və hava olur ki, bu da müxtəlif qrup mikroorqanizmlərin
– göbələk, bakteriya və aktinomisetlərin inkişafı üçün əlverişli mühit yaradır. Çox
zaman 1q torpaqda bir neçə milyona qədər mikroorqanizm olur.
Torpaqlarda mikroorqanizmlərin tərkibi müxtəlif və dəyişkəndir. O, torpağın
növündən, onun becərmə üsulundan, gübrələrdən, iqlim şəraitindən, havadan və bir
çox amillərdən asılıdır. Mikroorqanizmlərlə bitkinin kök kütləsinin olduğu torpaq
qatı, «rizosfer» xüsusilə zəngindir. Tədqiqatlar göstərir ki, buğdanın, qarğıdalının,
günəbaxanın, soyanın və digər kənd təsərrüfatı bitkilərinin rizosferində olan
mikrooranizmlərin sayı başqa torpaqlara müqayisədə 5-10 dəfə çoxdur. Rizosferdə
mikroorqanizmlərin güclü inkişafı, bitki kökünün onların istifadə edə biləcəyi qida
maddələrini – şəkərləri, amin turşularını və digər məhsulları ifraz etməsi ilə
əlaqədardır.
Bitkilərin rizosferində çoxlu miqdarda spor əmələgətirməyən çöp şəkilli
Pseudomonas cinsli bakteriyalara təsadüf edilir. Az miqdarda müxtəlif süd turşusu, yağ
turşusu, çürüdücü bakteriyalara da rast gəlinir.
Çürüdücü bakteriyalar arasında ən çox spor əmələgətirən çöplərə: Bacillus
mycoides, Bacillus mesentericus, Bacillus subtilis, Bacillus megatherium və başqa
növlər müşahidə olunur.
Bakteriyalardan başqa, rizosferin mikrobiotasında Penicillium, Fusarium,
Botrytis, Trichoderma cinslərinə aid olan göbələk nümayəndələri də tapılır.
Adları sayılmış mikroorqanizm qruplarının əksəriyyəti saprotrof həyat tərzi
keçirirlər.
161
Bitkilərin rizosferində saprotroflərlə yanaşı bitkilərdə müxtəlif xəstəlik
törədənlərə – fitoparazitlərə də rast gəlinə bilər.
Vegetasiya prosesində kök zonasında olan mikroorqanizmlərin bir hissəsi
tədricən bitkilərin yerüstü orqanlarına keçir və bu orqanlarda inkişaf etməkdə
davam edir.
Mikroorqanizmlər əvvəlcə gövdədə, yarpaqda, çiçəkdə məskunlaşır, sonra
bitkilər inkişaf etdikcə mikroorqanizmlər yumurtalığa və yetişən sünbülə, qıcaya
və başqa yerlərə keçir.
Mikroorqanizmlər bitkilərin səthinə qismən küləklə, tozla, yağışla,
həşəratlarla da aparılır.
Bitkilərin səthində qida maddələrin azlığı ilə əlaqədar çox məhdud miqdarda
spesifik mikroorqanizm növləri, başlıca olaraq bakteriyalar inkişaf edə bilər.
Bitkilərin epifit mikroorqanizmləri bitkilərin səthində yaşayan, təbii bitki
toxumasının ifrazatı və onda olan az miqdar çirkli üzvi birləşmələr hesabına
qidalanan mikroorqanizmlər epifit adlanır. Bu mikroorqanizmlər qlafdan bitki
hüceyrəsinə daxil olmaq qabiliyyətinə malik olmur və bir qayda olaraq bitkilərin
inkişafına zərərli təsir etmirlər.
Tipik epifitlərə spor əmələ gətirməyən, çöp şəkilli Pseudomonas cinsi, başlıca
olaraq Pseudomonas herbicola (ot çöpləri) və Pseudomonas flöoresceus kim
bakteriyalar aiddir. Pseudomonas herbicola çox xırda ölçülü (13 x 0,60,7 mkm),
hərəkətli çöplərdir. Onlar qram-mənfidir, spor əmələ gətirmir, aerobdur. Ətli
peptonlu aqarda dənəvər koloniya əmələ gətirir, əvvəlcə boza çalar, sonra tədricən
qızılı-sarı rəngli olur. Pseudomonas flöoresceus daha xırda ölçülü, hərəkətli
çöplərdir, qram-mənfidir, qidalı mühitdə bozvari yaxud rəngsiz koloniya verir,
yaşıla çalar, sarı flüoressensiyaedici piqment əmələ gətirir və substrata daxil olub
onu müvafiq rənglə rəngləyir.
Onlardan başqa bitkilərin səthində və yetişən taxılda müxtəlif kokklar, spor
əmələ gətirən bakteriyalar, həmçinin bəzi kif göbələyinin növlərinə də rast gəlinə
bilər.
162
Mikroorqanizmlərin bir qismi qida maddələrin və nəmliyin çatışmaması
nəticəsində sükut vəziyyətində olur.
Epifit mikrobiotanın miqdar və növ tərkibi əhəmiyyətli dərəcədə havanın
vəziyyətindən, başlıca olaraq havanın temperaturundan və nəmliyindən asılıdır.
İsti nəmli havada bitkinin səthində tipik epifit mikroorqanizmlər – spor əmələ
gətirməyən çöplər və kokklar üstünlük təşkil edir. Quru, isti havada spor əmələ
gətirməyən bakteriyalar tamamilə yox olur, yaxud onların miqdarı əhəmiyyətli
azalır, onların yerinə spor əmələ gətirən bakteriyalar, başlıca olaraq Bacillus
mesentericus, Bacillus subtilis, Bacillus mycoides meydana çıxır.
Rütubətli, sərin havada xeyli miqdarda kif göbələkləri aşkar edilir.
Yuxarıda qeyd edildiyi kimi, mikroorqanizmlər bitkilərin səthindən tədricən
yumurtalığa, sonra isə yetişən dənə keçir. Yetişmə artdıqca dəndə şəkərin miqdarı
azalır, lakin nişasta və hemisellülozanın ehtiyatı çoxalır, fermentativ proseslərin
fəallığı azalır, kəskin su itkisi gedir (25%-ə qədər və aşağı). Bu göstərilən
dəyişiklik nəticəsində dən mikroorqanizmlərin inkişafı üçün bir qədər az əlverişli
substrata çevrilir və onlardan çoxu quru dəndə müvəqqəti həyat fəaliyyətini
dayandırır (anabioz).
Təzə yığılmış taxılın mikrobiotası.
Taxılın taxılın yığılması və döyülməsi prosesində taxıla mikroorqanizmlərin
düşməsi kəskin artır.
Yığım və döyüm zamanı taxıl kütləsinə mikroorqanizmlərin düşməsinin əsas
mənbəyi toz, qum və alaq qatışıqları hesab edilir.
Bu zaman yığım üsulunun, həmçinin hava şəraitinin mühüm əhəmiyyəti vardır.
Birbaşa kombaynla yığılan dənin nəmliyi əksərən yüksək olur və bununla əlaqədar
mikroorqanizmlərin miqdarı da xeyli çox olur. Əgər ayrılıqda yığım quru isti havada
aparılarsa, mikroorqanizmlərin miqdarı azalır, əksinə rütubətli hava zamanı dənin
səthində mikroorqanizmlərin miqdarı kəskin artır. Əgər belə dən tez döyülüb və
qurudulmasa, o xarab ola bilər.
Birbaşa kombayınla alınan dənin orta nəmliyi 25% olursa, ayrılıqda yığılan
dənin nəmliyi 14% olur.
163
Mikroorqanizmlərin miqdarı (başlıca olaraq bakteriyalar) ayrı-ayrı yığılan dəndə,
birbaşa kombayınla yığılan üsula görə 10 və 100 dəfə azdır.
Dəndə kif göbələklərinin miqdarı birbaşa yığım vaxtından və üsulundan
asılıdır. Yığımın daha axır vaxtlarında bakteriyaların miqdarı azalır və göbələklərin
miqdarı çoxalır.
Dənin daşınması üçün çirkli nəqliyyat və tara vasitələrindən istifadə etməyə yol
vermək olmaz. Belə ki, onlar dən kütləsinə nəinki saprotrof mikrobların, həm də bəzi
patogen növlərin – insan və heyvanlarda infeksion xəstəlik törədicilərinin düşmə
mənbəyi ola bilər.
Dənin mikroblarla artmasında onun emalı proseslərində – təmizləmə,
sortlaşdırma, qurutma və bu zamanı baş verə bilən mexaniki zədələnmələrin
olmasının mühüm əhəmiyyəti vardır. Mikroorqanizmlər örtük təbəqəsi pozulmuş
dəndə, bütöv dənə görə mikroorqanizmlər daha fəal inkişaf edirlər. Dəndə alaq
toxumlarının qatışıqları da dən kütləsinin mikroorqanizmlərlə zənginləşməsində
mühüm mənbə hesab edilir.
Dən kütləsinə mikroorqanizmlərin düşməsinin nisbətən eyni formalı şəraiti və
mənbəyi olduğuna görə saxlanmaya daxil olan təzə taxılın mikrobiotasının növ tərkibi
əsasən ümumi xarakter daşıyır.
Tədqiqatlar göstərir ki, əksər dənli bitkilərdən təzə yığılan keyfiyyətli dənin
mikrobiotasını başlıca olaraq spor əmələ gətirməyən Pseudomonas cinsi
bakteriyalar təşkil edir. Bunlar çox vaxt mikroorqanizmlərin ümumi miqdarının
90-99%-ni təşkil edir. Xüsusilə tez-tez Pseudomonas herbicola aşkar edilir.
Bunun dən kütləsində çoxlu miqdarda olması, müəyyən dərəcədə dənin təzəliyini
və yaxşı keyfiyyətli olmasını göstərir. Kif göbələkləri bir qayda olaraq dən
kütləsindəki mikroorqanizmlərin ümumi miqdarın yaxşı halda bir neçə faizə
qədərini təşkil edir. Göbələklər arasında Alternaria, Cladosporium, Fusarium,
Trichoderma, Ascochyta cinsinin nümayəndələri təsadüf edilir. Son zamanlar
müəyyən olunmuşdur ki, dənin mikrobiotasının miqdarı və növ tərkibi bitki
növündən və hətta sortundan asılı olaraq fərqlənə bilər.
164
Dənin səthində mikroorqanizmlərin miqdarı onun qlafının quruluşundan,
toxumun aşağı sallanma dərəcəsindən, çiçək təbəqəsinin olmasından, paxlanın
layından və b. asılıdır.
Məsələn, paxla toxumlarında – noxud, lobya, mərcimək və başqaların səthində
buğda toxumuna nisbətən mikroorqanizmlərin miqdarı az olur. Bu onunla izah olunur
ki, paxla toxumları möhkəm qabıqla örtülü olduğuna görə qabıqdan çıxma vaxtına
qədər mikroorqanizmlər ora düşə bilmir. Bundan əlavə paxla toxumlarının qabığının
hamar və düz olması da mikroorqanizmlərin az olmasına səbəb olur. Bu zaman buğda
toxumunda olan şırımlar (oyuq) xeyli mikroorqanizmlərin dənin səthində oturması
üçün şərait yaradır. Digər dənli bitkilərdən fərqli olaraq qarğıdalı dənində
mikroorqanizmlərin ümumi miqdarına görə kif göbələklərinin faizi yüksək olur.
Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, təzə yığılmış yaxşı keyfiyyətli
qarğıdalı dənində kif göbələkləri mikroorqanizmlərin ümumi miqdarının 2-dən
50%-ə qədərərini təşkil edə bilir. Məlum olmuşdur ki, qarğıdalı dəninin yetişməsi
artdıqca kif göbələklərinin miqdarı artır, bakteriyaların miqdarı isə azalır. Əsasən
Penisillium, Fusarium göbələk növlərinin nümayəndələri olur.
Müxtəlif dənli bitkilərin mikrobiotasının növ tərkibində olan fərq başlıca
olaraq kif göbələklərində müşahidə olunur. Əgər təzə yığılmış buğda dənində tez-
tez Alternaria, Cladosporium kimi göbələk cinslərinə təsadüf edilirsə, yulaf
dənində göstəriləndən başqa, daima Trichoderma cinsinin nümayəndələri də olur,
qarğıdalı dənində tez-tez Fusarium müəyyən olunur, qarabaşax dənində isə daimi
Ascochyta göbələk cinsinə rast gəlinir.
Müəyyən olunmuşdur ki, Alternaria, Cladosporium göbələk cinsləri yalnız
təzə yığılmış buğda dənində və digər bitkilərdə rast gəlinir. Bu göbələklər «tarla
kifi» adını almışdır. Saxlanılan dəndə göstərilən növlər tez məhv olur və onların
yerinə Penisillium, Aspergillus, Mucor növləri meydana çıxır. Bu göbələklər isə
«saxlanma kifləri» adını almışdır.
Saxlanmağa daxil olan taxıl kütləsində üç əsas mikroorqanizm qrupları
müəyyən oluna bilər: saprotrof, fitopatogen, insan və heyvanlar üçün patogenlər
olanlar.
165
Saprotrof mikroorqanizmlər dən kütləsində həmişə bu və ya digər miqdarda olur.
Bunlara yuxarıda təsvir etdiyimiz epifit mikroorqanizmlər, spor əmələgətirən
bakteriyalar, kif göbələkləri, aktinomisetlər, mayalar, mayayabənzər göbələklər və bir
çox başqa növlər aiddir.
Məlumdur ki, saprotrof mikroorqanizmlər özlərinin qidalanmaları üçün ölmüş
heyvan və bitki qalıqlarının üzvi maddələrindən istifadə edirlər. Bu növ
mikroorqanizmlər bir çox qida maddələrini saxlanma zamanı, o cümlədən də dəni
xarab edə bilər. Dəndə saprotrof mikroorqanizmlərin miqdar və keyfiyyət tərkibi
bəzən onun saxlanma prosesində həlledici təsirə malik ola bilər.
Zərərsiz epifitlərlə bərabər, bitkilərdə və dəndə müxtəlif xəstəliklər törədə
bilən parazitlərə də rast gəlinə bilər. Belə mikroorqanizmlər fitopatogen
mikroorqanizmlər adlanır. Çox zaman bitkilərdə xəstəlik törədiciləri fitopatogen
göbələklər hesab olunur.
Dənli bitkilərin göbələk xəstəliyi törədiciləri – mikozalar: sürmə, çovdar
mahmızı, fuzariozların müxtəlif növləri və başqaları çox zaman saxlanmaya daxil
olan dən kütləsində aşkar edilir.
Bu və ya digər fitoparazitlərin olduğu taxıl partiyasını uzun müddət
saxlanmaya qoyulan zaman bunu ciddi nəzərə almaq lazımdır.
Zədələnmiş dən əlavə işlənilir və sağlam partiyadan ayrı qoyulur. Patogen
mikroorqanizmlər – insanlarda və heyvanlarda infeksion xəstəlik törədiciləri – dən
kütləsinə təsadüfən düşə bilər.
Taxıla xəstəlik törədicilərinin düşməsinin ən çox ehtimal olunanı, xəstə
heyvanlardan insanlara keçə-bilən: qarayara, manqo, tulyaremiya, bruselloz və
başqaları göstərmək olar.
Bu mikroorqanizmlərin mənbəyi və infeksiyanın keçiricisi xəstə heyvanlar,
yaxud basil daşıyanlar, kənd təsərrüfatı heyvanları, gəmiricilər, həmçinin bəzi
quşlar və həşəratlar olur.
Taxıl patogen mikroorqanizmlər üçün əlverişli mühit olmadığına görə
onlardan çoxu dən kütləsinin saxlanması zamanı kifayət qədər tez ölür. Dən
infeksiyanın yalnız ötrücü rolunu yerinə yetirə bilər. Dən kütləsinə patogen
166
mikroorqanizmlərin az hallarda düşməsinə baxmayaraq, bu mümkünlüyü daimi
yazda saxlamaq və nəzərə almaq lazımdır.
Taxılla işləyərkən elementar sanitar tədbirlərə ehtiyatla əməl olunmalı və
dənin saxlanması və emalı üçün nəzərdə tutulan, taxıl anbarının, dəyirmanın,
anbarların təmizlənməsi və dezinfeksiyası üzrə olan xüsusi qaydalara ciddi riayət
etmək lazımdır.
Göstərilən tədbirləri xüsusilə, yuxarıda adları sayılan infeksion xəstəliklərin
qeyd olunduğu rayonlardan daxil olan taxıllara qarşı yerinə yetirmək lazımdır.
Dostları ilə paylaş: |