Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"


İstehsalat prosesinin əsas anlayişlari



Yüklə 1,78 Mb.
səhifə6/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

İstehsalat prosesinin əsas anlayişlari

Avtonəqliyyat müəssisəsində istehsalat prosesi − avtonəqliyyat vasitələrinin texniki qulluğu və təmiri üzrə işlərin yerinə yetirilməsində iştirak edən istehsalat işçilərinin və vasitələrinin texniki təsirlərinin məcmusudur.

Texnoloji proses − istehsal prosesinin bir hissəsi olub, texniki şərtlərə müvafiq qaydada yerinə yetirilən işlərin və ya əməliyatların müəyyən olunmuş texnoloji ardıcıllığıdır, onların yüksək keyfiyyətlə və minimal xərclərlə yerinə yetirilməsini təmin etməlidir. Texnoloji proses- avtomobil (aqreqat) üzərində zaman və fəzada yerdəyişmə üzrə planlı və ardıcıllıqla yerinə yetirilən əməliyyatlar toplusudur. Texnoloji proses istehsalat üçün qanun hesab edilir və ondan kənara çıxma halları texnoloji prosesin pozulması hesab edilməlidir.

Avtomobilin, onun aqreqat və qovşaqlarının təmiri və ya texniki qulluğu müəyyən texnologiya ilə aparılır. Avtomobilin TQ və CT texnologiyası – onun işləmə qabiliyyətinin təmin edilməsi məqsədilə texniki vəziyyətinin dəyişdirilməsi metodlarının, üsullarının toplusudur.



Əməliyyat − avtonəqliyyat vasitəsinin aqreqat, qovşaq, mexanizm və sistemlərinin texniki xidmətlərinin yerinə yetirilməsi üzrə ardıcıl hərəkətlər kompleksidir (məsələn, mühərrikin karterində yağın dəyişdirilməsi, tormoz mexanizminin nizamlanması və s.).

Texniki qulluq − nasazlıqların yaranmasının qarşısını almaq (etibarlılığı yüksəltmək) və hissələrin yeyilməsini azaltmaq (ömüruzunluğunu artırmaq), bununla da, avtomobili uzun müddət texniki saz və işləməyə hazır vəziyyətdə saxlamaq məqsədilə yerinə yetirilən profilaktik əməliyyatların (yığışdırma, yuma, bərkitmə, nizamlama, yağlama və b.) məcmusudur.

Təmir − işləmə qabiliyyətini itirmiş avtomobilin texniki vəziyyətinin bərpasına yönəlmiş texniki təsirlərin (sökmə-yığma, mexaniki, termiki, qalvanik və s. üsullarla emal) məcmusudur.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin