Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə5/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Avtomobilin texniki vəziyyəti


Avtomobilin xətdə məhsuldar və effektiv işi, həmçinin onun ətraf mühit üçün təhlükəsiz hərəkəti yalnız saz texniki vəziyyətində mümkündür. Avtomobil, aqreqat, qovşaq və hər bir detal (müasir avtomobildə sayı 4000-dən çoxdur) istehsalçı-zavodda işlənib hazırlanmış cizgilər üzrə , ölçülərə təyin olunmuş müşahidələrlə və müəyyən texniki şərtlərə əməl olunmaqla hazırlanır. Bütün bu detallar və qovşaqlar müəyyən qayda ilə aqreqatlara və bütöv avtomobilə yığılaraq struktur, yəni quruluş, konstruksiya – birgə işləyən detallar çoxluğu əmələ gətirir.

Avtomobil aqreqatının və onun qovşaqlarının strukturu aşağıdakılarla xarakterizə olunur:

1) detalların (struktur elementlərinin) qarşılıqlı yerləşməsi; 2) bu detalların forma və ölçüləri;

3) detalların bir-birilə birləşməsi (qovuşması) növü; 4) bu detalların bir-birilə qarşılıqlı təsirinin xarakteri.

Məsələn, minik avtomobilinin mexaniki ötürmələr qutusunun strukturu aşağıdakılarla xarakterizə olunur: karterdə əsas üç valın – birinci, ikinci ( bir oxda) və aralıq (paralel oxda) valların qarşılıqlı yerləşməsi ilə; valların və dişli çarxların ölçüləri (diametrləri) və onların dişlərinin forması ilə; dişli çarxların vallarla qovuşma (şlisli, şponkalı), valların yastıqlarla qovuşma ( diyirlənmə, sürüşmə) növü ilə; dişli çarxların qarşılıqlı təsir ( daimi ilişmə, ötürmələrin dəyişdirilməsi) xarakteri ilə.

Aqreqatın strukturu verilmiş işçi funksiyaların yerinə yetirilməsini təmin edir. Məsələn, mühərrik müəyyən güc yaradır, diferensial- burucu momenti aparan körpünün təkərləri üzrə paylayır, dönmələrdə isə təkərlərin müxtəlif bucaq sürətləri ilə fırlanmasını təmin edir.

Uzunmüddətli istismar prosesində makrostruktur dəyişmir, mikrostruktur isə bir sıra dağılma prosesləri nəticəsində tədricən dəyişir.

Avtomobil, aqreqat və ya qovşağın texniki vəziyyəti strukturparametrlərinin ədədi qiymətləri ilə qiymətləndirilir:


  • strukturparametrinin nominal və ya başlanğıc qiyməti;

  • strukturparametrinin buraxılabilən qiyməti;

  • strukturparametrinin həddi qiyməti;

Avtomobil, aqreqat və ya qovşaq üç texniki vəziyyətdən birində ola bilər:

  • saz və işləmə qabiliyyətli;

  • nasaz, lakin hələ işləmə qabiliyyətli; - nasaz və işləmə qabiliyyətsiz.

Sonuncu texniki vəziyyət aqreqat və ya qovşaqda imtina baş verdikdə yaranır.

«Nəqliyyat vasitələrinin texniki istismarı»nda (xüsusən etibarlılıq nəzəriyyəsinin tətbiqi bölməsində) imtina əsas texniki anlayışlardan biridir. Sistemin (aqreqatın, mexanizmin) işləmə qabiliyyətinin tam və yaxud natamam itirilməsinə imtinadeyilir.



İmtina və nasazlıq anlayışları müxtəlif məna kəsb edirlər. Nasazlıq dedikdə istismar edilən kosntruksiyanın elə texniki halı başa düşülür ki, onu qiymətləndirən göstəricilərin (ona qoyulan tələblərin) ən azı biri texniki sənədlərdə verilmiş qiymətlərinə uyğun gəlməsin. Nasazlıq ilə imtina arasındakı fərq ondan ibarətdir ki, avtomobil (mürəkkəb konstruksiya kimi) texniki cəhətdən nasaz olduğu halda işləmə qabiliyyətinə malik ola bilər. Məsələn, kuzovun (banın) müəyyən hissəsində rəngin olmaması, ya da batığın olması, cihazlar lövhəsini işıqlandıran lampanın sıradan çıxması, yan şüşələrdən hər hansının sınması avtomobilin texniki cəhətdən nasaz olduğuna dəlalət edir. Lakin bununla belə avtomobil işləmə qabiliyyətinə malikdir. Odur ki, hərəkət tərkibinin işləmə qabiliyyətinə təsir etməyən nasazlıqlar imtinalar sırasına daxil edilmir.

Məsələnin qoyuluşundan asılı olaraq imtinalar müxtəlif əlamətlərə görə təsnif edilirlər. Onların fiziki mahiyyətlərini, aralarındakı qarşılıqlı əlaqəni və baş vermə səbəblərini aydınlaşdırmaq üçün nəqliyyat vasitəsində baş vermiş imtinaları asağıdakı əlamətlərə görə qruplaşdırırlar:

  1. Texniki vəziyyətin dəyişmə xarakterinə görə - qəfildən və tədricən baş verən imtinalar. Hidravlik və pnevmatik sistemlərdə rezin şlanqların deşilməsi qəfildən, detalların yeyilməsi ilə əlaqədar olan imtinalar isə tədricən baş verən imtinalara aiddir.

  2. Buraxdıqları təsirə görə - təhlükəli və təhlükəsiz imtinalar. Təhlükəli imtinalar hərəkətin təhlükəsizliyini təmin edən sistem və mexanizmlərdə (tormoz sistemi, sükan idarəsi), təhlükəsiz imtinalar isə hərəkət tərkibinin digər aqreqatlarında (mühərrikdə, ötürmələr qutusunda və s.) baş verən imtinalardır.

  3. Baş vermə səbəblərinə görə - konstruktiv, texnoloji və istismar imtinaları.

Layihələndirilmə zamanı konstruksiyada buraxılmış səhvlər yaxud qeyri- təkmilliklər nəticəsində əmələ gələn imtinalara konstruktiv, zavod şəraitində nəqliyyat vasitəsi yığılarkən texniki şərtlərə riayət edilməməsi üzündən yaranan imtinalara texnoloji və hərəkət tərkibi nəqliyyat prosesində iştirak edərkən istismar qaydalarının pozulması təsirindən meydana çıxan imtinalara istismar imtinaları deyilir.

Konstruktiv imtinalar layihələndirmə üsullarından düzgün istifadə edilməməsi, hesablamalarda səhvlərin buraxılması, texnoloji imtinalar isə nəqliyyat vasitələrinin yığılması zamanı mexanizmlərdə eynioxluluq, qonşuluq şərtlərinin, emal növlərinin aparılması keyfiyyətlərinin pozulması, araboşluqların düzgün nizamlanmaması nəticəsində yaranır. İstismar imtinaları isə hərəkət tərkibi normal istismar şəraitinə xarakter olmayan rejimlərdə işlədikdə baş verir. İstismar zamanı imtinaların hansı yürüşlərdən (işləmə müddətindən) sonra baş verməsini əvvəlcədən təyin etmək mümkün olmadığından imtinalar təsadüfi kəmiyyətlər sırasına aid edilir. Bu baxımdan imtinalar asılı asılı olmayan imtinalara da bölünürlər. Başqa bir imtinanın baş verməsi nəticəsində yaranan imtinalara asılı olan imtinalar deyilir.Özünün baş verməsi digər elementlərdə imtinalar əmələ gətirmirsə belə imtinalara asılı olmayan imtinalar deyilir. Porşen üzüyünün sınması nəticəsində mühərrikin silindr divarının cızılması asılı olan, şinlərin deşilməsi asılı olmayan imtinalara misal ola bilər. Texniki istismarın qarşısında duran əsas məsələlərdən biri də nəqliyyat prosesi dövründə (yəni istismar zamanı) hərəkət tərkibində və yaxud onun aqreqatlarında baş verəcək imtinaların və nasazlıqların qarşısını almaqla bərabər onları aradan qaldırmıaqdır. Belə profilaktik və bərpa xarakterli tədbirlər texniki qulluq və təmir vasitəsilə yerinə yetirilir.

Istismar dövründə baş verə biləcək nasazlıqların və imtinaların qarşısını almaq, detalların yeyilmə şiddətini azaltmaq və beləliklə, hərəkət tərkibinin işləmə qabiliyyətini normal səviyyədə saxlamaq üçün görülən kompleks texniki təsirlərin cəminə texniki qulluqdeyilir. Texniki qulluq planlı surətdə, müəyyən yürüşdən sonra məcburi olaraq yerinə yetirilir. Texniki qulluq işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə baxmayaraq istismar zamanı nəqliyyat vasitəsinin texniki vəziyyəti onun işləmə müddəti artdıqca pisləşir, konstruksiyasında imtinalar və nasazlıqlar baş verir. Bunlan aradan qaldırmaq üçün nəqliyyat vasitəsində bərpa xarakterli texniki təsirlər yerinə yetirilir. Hərəkət tərkibinin itirilmiş işləmə qabiliyyətini bərpa etmək üçün görülən texniki təsirlərin cəminə təmirdeyilir. Təmir vasitəsilə baş vermiş imtina və nasazlıqlar aradan qaldırılır. Texniki qulluqdan fərqli olaraq təmir tələbata

(ehtiyac olduqda) görə yerinə yetirilir.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin