Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"


Texniki istismarda əsas anlayışlar



Yüklə 1,78 Mb.
səhifə4/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Texniki istismarda əsas anlayışlar

İmtina və nasazlıq

«Nəqliyyat vasitələrinin texniki istismarı»nda bir çox texniki terminlər (işləmə qabiliyyəti, texniki qulluq, imtina, təmir və s.) işlədilir. Bu fəndə nəzərdən keçirilən məsələlərin öyrənilməsinə başlamazdan əvvəl həmin texniki anlayışlarla tanış olaq.

Nəqliyyat vasitəsi mürəkkəb sistem olub işləyən elementlərin- sistemin funksiyalarının yerinə yetirilməsini təmin edən yığım vahidlərinin və detalların toplusudur. Nəqliyyat vasitəsinə nəzərən sistemin elementləri aqreqatlar, qovşaqlar, mexanizmlər, sonunculara nəzərən isədetallardır.

İstismar prosesində nəqliyyat vasitəsi ətraf mühitlə, onun elementləri isə öz aralarında qarşılıqlı təsirdə olur. Bu qarşılıqlı təsirdə detallar yüklənir. Buradan nəqliyyat vasitəsınin texniki vəziyyətinin bilavasitə asılı olduğu obyektlər (avtomobil, aqreqat, mexanizm, sistem) üzrə məlumatların vacibliyi aydındır.

Nəqliyyat vasitəsınin və ya onun elementinin texniki vəziyyəti - onun istismar prosesində dəyişən, baxılan zaman anında ölçülmüş və kəmiyyətcə qiymətləndirilmiş istismar xüsusiyyətlərinin toplusu ilə təyin olynan (xarakterizə olunan) vəziyyətdir. Nəqliyyat vasitəsınin texniki imkanlarını qiymətləndirən parametrlərin texniki istismarın normalarına müvafiq gəlmə dərəcəsi onun texniki vəziyyətini təyin edir.

Bu xüsusiyyətlər konstruktiv parametrlərin kəmiyyət göstəriciləri- cari qiymətləri ilə xarakterizə olunur. Məsələn, detalların ölçüləri, onlar arasında araboşluqları və s. Bir çox aqreqat və mexanizmləri tam və ya qismən sökmədən onların konstruktiv parametrlərinin bilavasitə ölçülməsi imkanı məhduddur. Belə obyektlər üçün texniki vəziyyəti təyin etdikdə dolayı və ya (xarici) diaqnostika parametrləri istifadə olunur. Bunlar konstruktiv parametrlərlə əlaqəlidir və onlar haqqında bu və ya digər informasiyanı verir. Məsələn, mühərrikin texniki vəziyyəti haqqında onun gücünün, mühərrik yağı sərfinin, kompressiyanın, karter yağında yeyilmə məhsullarının miqdarının dəyişməsinə görə mühakimə yürütmək olar. Dolayı xarakterizə edən və fiziki kəmiyyətlərlə (mm, V, A və s.) ölçülən ədədi göstəricilərdir.



Aşağıdakı parametrlər fərqləndirilir:

  • obyektin əsas funksional xassələrini təyin edən işçi proseslərin çıxış parametrləri (məs., mühərrikin gücü, yanacaq sərfi və s.);

  • müşayiət edən proseslərin parametrləri (qızma, titrəyiş, səs-küy və s.);

  • detallar arasında və ayrı-ayrı aqreqatlar və mexanizmlər arasında əlaqələri müəyyən edən həndəsi parametrlər (araboşluğu, lüft, pedalın gedişi və s.).

Nəqliyyat vasitəsınin iş prosesində onun texniki vəziyyətinin struktur parametrləri başlanğıc qiymətlərdən həddi qiymətlərə qədər dəyişir, bu isə diaqnostika parametrinin müvafiq olaraq başlanğıc qiymətlərdən həddi qiymətlərə qədər dəyişməsinə səbəb olur.

Məlumdur ki, hər hansı bir mexanizm (texniki qurğu) bir-birilə qarşılıqlı hərəkətdə olan elementlərdən ibarətdir. Elementlərin arasındakı əlaqə müəyyən həndəsi kəmiyyətlərlə qiymətləndirilir. Həndəsi kəmiyyətlər (araboşluqlar, yerdəyişmələr və s.) ümumi halda texniki qurğunun, xüsusi halda isə onun hər bir elementinin normal işləmə qabiliyyətini xarakterizə edir. Bu həndəsi kəmiyyətlərə texniki vəziyyətin parametrləri və yaxud sadəcə qurğunun struktur parametrləri deyilir. Struktur parametrlər müvafiq fiziki kəmiyyətlərlə ölçülürlər.

Mürəkkəb konstruksiya kimi nəqliyyat vasitələri də bir-birinə nəzərən müəyyən texniki şərtlər əsasında yerləşdirilmiş və qarşılıqlı əlaqədə olan elementlərdən ibarətdir ki, bu əlaqə də struktur parametrlərlə qiymətləndirilir. İstismar zamanı aqreqat və mexanizmlərin struktur parametrləri özlərinin nominal qiymətlərindən (Yn) buraxıla bilən sərhəd qiymətlərinə qədər (Yb ) dəyişirlər. Struktur parametrlərin cari və nominal qiymətləri arasındakı fərq nəzərdən keçirilən elementin işləmə keyfiyyətinin nominala görə dəyişməsini göstərir, yəni sazlıq dərəcəsini əks etdirir. Struktur parametrin cari qiyməti ilə buraxılan sərhəd qiyməti arasındakı fərq isə həmin elementin qalıq resursunu (ehtiyat xidmət müddətini) müəyyənləşdirir. Nəqliyyat vasitəsinin və yaxud onun hər hansı bir elementinin istismara başladığı andan son həddinə (silinənə) qədər işləmə müddətinə (yürüşünə) onun resursu deyilir.

Göstərilən hər iki halda elementin texniki vəziyyəti təyin edilir. Sadə mexanizmlərin texniki vəziyyəti bir, mürəkkəb konstruksiyaların texniki vəziyyəti isə kompleks parametrlərlə qiymətləndirilir.

Hərəkət tərkibinin texniki imkanlarını qiymətləndirən paramelrlərin texniki istismarın normalarına müvafiq gəlmə dərəcəsi onun texniki vəziyyətinitəyin edir. Hərəkət tərkibi texniki cəhətdən sazdırsa, bu, o deməkdir ki, onun bütün parametrləri texniki sənədlərdə verilmiş normativ qiymətlərinə uyğundur.



Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin