Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"


Yeyilmənin təyin olunma üsulları.Detallarda korroziya və köhnəlmə prosesi



Yüklə 1,78 Mb.
səhifə13/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Yeyilmənin təyin olunma üsulları.Detallarda korroziya və köhnəlmə prosesi.

Yeyilmənin təyin olunma üsulları

Detalların yeyilmə dərəcəsini kəmiyyətcə qiymətləndirmək üçün onun ədədi ölçüsünü aşağıdakı üsulların biri ilə təyin edirlər:



  1. Mikrometr və birbaşa müşahidələr üsulları.

  2. Yeyilmə məhsullarının yağda miqdarının təyin olunma üsulu.

  3. Detalların çəkilərinin təyin olunma üsulu.

  4. Spektral analiz üsulu.

  5. Süni bazalar yaratmaq üsulu.

  6. Radioaktiv izotoplar üsulu.

Bu üsullar içərisində mikrometr üsulu öz sadəliyi ilə fərqlənir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, detalların ölçüləri sınaqdan qabaq və sonra ölçülür. Təyin edilmiş ölçülər arasındakı fərq detalın yeyilmə dərəcəsini göstərir. Bu üsulun mənfi cəhəti odur ki, ölçülər yüksək dəqiqliklə təyin edilə bilmir, çünki mikrometr dəqiq cihaz deyil, həm də bu üsul mexanizmlərin sökülüb-yığılmasını tələb edir. Mexanizmlər hər dəfə yenidən yığıldıqda isə detallar uyuşma dövrünə müvafiq xarakterlə yeyilir ki, bu da yeyilmənin mütləq qiymətinin təhrif olunmasına səbəb olur.

Bir sıra hallarda mexanizm və aqreqatlarda sökrmə-yığma işlərini aparmamaq üçün mikrometr üsulunun təkmilləşdirilmiş formasından - birbaşa müşahidələr üsulundan istifadə edilir. Bu üsulda sınaqdan keçirilən (yeyilməsi təyin edilən) detalın üzərində nəzarət deşiyi açılır. İşləmə prosesində həmin deşik kip bağlanır. Detalın yeyilmə dərəcəsi optik cihazlar vasitəsilə ölçülür. Bunun üçün nəzarət deşiyi vaxtaşırı açılır.



Çəki üsulu kiçik detalların (məsələn, avtomobil nəqliyyatında üzüklər, içliklər) yeyilmə dərəcəsinin təyin edilməsində istifadə edilir. Bunun üçün detallar sınaqdan qabaq və sonra çəkilir.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin