Mühazirə №7 Makroiqtisadi tarazlığın pozulması və iqtisadi tsikllər nəzəriyyəsi



Yüklə 290,34 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix19.04.2023
ölçüsü290,34 Kb.
#100360
növüMühazirə
1   2   3   4
lection 07

Tsiklin psixoloji nəzəriyyələri
 
Psixoloji nəzəriyyələrin inkişafında üç cərəyanı fərqləndirmək olar. 180 iqtisadi tsikllərin ən mühüm 
nəzəriyyələri Birinci cərəyan XIX-XX əsrlərin hüdudunda yaranmışdır (ona U. Cevons və V. 
Paretonun konsepsiyaları aiddir) və tsiklik artıb-azalmaların yaranmasında əsas rolu təsərrüfat 
subyektlərinin əmtəə bazarları və fond birjalarında qiymətlərin və qiymətli kağızların məzənnəsinin 
daha da artmasını gözləməklə əlaqədar əməliyyatlarında möhtəkirlik motivlərinə ayırırlar. 
Kortəbii şəkildə yaranmış nikbin əhval-ruhiyyə sosial-psixoloji təsir kanalları ilə sürətləə bütün 
sahibkarlar arasında yayılır (özgələrinə baxıb hərəkət etmək əsas rol oynayır) və tələbin möhtəkirlik 
şişirdilməsinə, bank kreditindən geniş istifadəyə, istehsalın iqtisadiyyatı tarazlıqlı trayektoriyadan 
sapındıran əsaslandırılmamış artımına rəvac verir. Böhran faiz dərəcəsinin artmasına, qiymətlərin 
düşməsinə, müflisləşmələrin zəncirvari reaksiyasına görə qorxuların nəticəsi olur və uzunmüddətli 
depressiya ilə nəticələnir ki, iqtisadiyyatı bu vəziyyətdən faiz dərəcəsinin aşağı düşməsi və onunla 
birgə nikbinliyin artması çıxara bilər və bu da o cümlədən «yeni nəsil» sahibkarların meydana 
gəlməsi ilə bağlıdır. 
Tsiklin psixoloji nəzəriyyələrindəki ikinci cərəyan XX əsrin 20-30-cu illərində yaranmışdır və əsasən 
A.Piqunun (1877-1959) və qismən C.M.Keynsin nəzəriyyələri ilə əlaqədardır. Əsas səbəbi müəlliflər 
istehsalçıların səpələnməsi şəraitində həyata keçirilən istehsal kapitalqoyuluşlanmn spesifikasında 
və onunla bağlı olan bazar informasiyasının qeyri-təkmilliyində axtarırdılar. Bu halda tsikldə 
sahibkarların davranışını müəyyənləşdirən əsas amillər yeni kapitalqoyuluşlarından gözlənilən 
kapitalın səviyyəsi və onun faktik və gözlənilən kəmiyyətinin nisbəti olur. 
Nəzəriyyənin üçüncü növü iqtisadiyyatın tsiklik artıb-azalmalarını iqtisadi subyektin 
xüsusiyyətlərində görür və R.Lukasın iqtisadi tsiklin tarazlı nəzəriyyəsindən ibarətdir. 



Tarazlı tsikl nəzəriyyəsinin mərkəzi ideyası pul şokları (yəni tədavüldə pul kütləsinin 
gözlənilmədən artması və bununla əlaqədar qiymətlərin yüksəlməsi) və akselerasiya meyilləridir. 
Lukas belə bir ehtimal irəli sürmüşdü ki, sahibkar öz məhsulunun qiymətinin inflyasiya artımını 
onun nisbi qiymətlər artımından fərqləndirə bilmir və buna görə də hər qiymət artımında 
investisiyaları və məşğulluq səviyyəsini artırır. 
Bu nəzəriyyədə dövlət xərclərinin artması ilə əlaqələndirilən qeyri-bərabər inflyasiya real məcmu 
tələb səviyyəsinin dəyişilməzliyi şəraitində iqtisadi yüksəliş fazasının əvvəlinə aparır. Tsiklin enən 
fazası sahibkar öz səhvini başa düşüb istehsal gücünü və məşğulluğu ixtisar edəndə başlayır ki, bu 
da qiymətlərin artmasının davam etməsi fonunda baş verir və staqflyasiya yaranır. 

Yüklə 290,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin