Mühazirə №7 Makroiqtisadi tarazlığın pozulması və iqtisadi tsikllər nəzəriyyəsi



Yüklə 290,34 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix19.04.2023
ölçüsü290,34 Kb.
#100360
növüMühazirə
1   2   3   4
lection 07

İfrat yığım nəzəriyyəsi 
İfrat yığım nəzəriyyəsində mərkəzi yeri istehlak əmtəələri istehsal edən sahələrə nisbətən istehsal 
təyinatlı əmtəələr hazırlayan sahələrin hədsiz inkişafı məsələsi tutur. Bu zaman birincilər iqtisadi 
tsiklin təsirinə ikincilərə nisbətən daha az məruz qalırlar. Tsiklin yüksələn fazasında istehsal təyinatlı 
əmtəələrin istehsalı qısamüddətli istifadə əmtəələrinin istehsalına nisbətən daha sürətlə artır, enmə 
fazasında isə daha kəskin azalır. İfrat yığım nəzəriyyəçilərinin baxışlarına görə, bu, yüksəliş 
fazasında ciddi disproporsiyanın göstəricisidir.
Kapitaltutumlu əmtəələr istehsal edən sahələr hədsiz (nisbətən) inkişaf edir. Beləliklə, sadəcə pul 
çatışmazlığı deyil, məhz istehsal strukturundakı real disproporsiya böhrana səbəb olur. 
Natamam istehlak nəzəriyyəsi
 
Natamam istehlak nəzəriyyəsinin əsasını İsveçrə iqtisadçısı J. Sismondi (1773-1842) qoymuşdur. Bu 
nəzəriyyənin müxtəlif növləri var ki, bunlardan ən əsaslandırılmışı “natamam istehlak” məfhumunu 
həddən artıq yığım mənasında işlədir. 
Depressiyalar cari gəlirin çox hissəsinin yığılması, cüzi hissəsinin isə istehlak əmtəələrinə 
xərclənməsi ilə şərtlənir. Məhz ayrı-ayrı şirkətlərin könüllü yığımı istehsal və satış arasındakı 
tarazlığı pozur. Həddən artıq yığım gəlirin qeyri-bərabər bölgüsündən irəli gəlir. Yığımın çox hissəsi 
böyük gəlir əldə edənlərin payına düşür. 
Əgər əməkhaqqının səviyyəsini qaldırıb və eyni iqtisadi tsikllərin ən mühüm nəzəriyyələri zamanda 
milli gəliri daha bərabər səviyyədə yenidən bölmək mümkün olsaydı, yığımın payı belə təhlükəli 
dərəcədə böyük olmazdı. Neoklassik və neokeynsçi tsikl nəzəriyyəsi Neoklassiklər və neokeynsçilər 
həmrəydilər ki, tsikliklik mexanizminin fundamental səbəblərindən biri kapital ehtiyatının təkrar 
istehsal şəraitlərinə uyğunlaşmasıdır ki, həmin şəraitlərin özləri də bu uyğunlaşmanın təsiri altında 
və gedişində dəyişilirlər. 
Güman edilir ki, bir tərəfdən, hər il təkrar istehsal olunan dəyərin həcmi (axını) və digər tərəfdən, 
onun həmin an üçün yığılmış ehtiyatı arasında hansısa normal və ya tarazlı nisbət mövcuddur. Bu 
tarazlı nisbət pozulmayıncaya qədər tsiklik artıb-azalmalar ola bilməz. Və əksinə, bir halda ki, bu 
dəyişmələr, faktiki axın/ehtiyat nisbəti normal kəmiyyətdən gah bu, gah da digər tərəfə meyillənirsə, 
onda həm istehsal, həm də kapital artıb-azalmaları baş verir. 
Kapitalla manevr etmək sanki daim əldən sürüşüb çıxan məqsədə - illik təkrar istehsalın həcmi ilə 
müqayisədə normal kəmiyyətə çatmağı güdür. Tsikl nəzəriyyəsində neoklassik və neokeynsçi 
cərəyanları ayıran əsas məsələ ehtiyat/axın nisbətlərinin xarakteri və səbəbləri ilə əlaqədar suala 
cavabla bağlıdır. Neokeynsçilər hesab edirlər ki, bu nisbətin dəyişməsində fəal rolu ehtiyatın 
hərəkəti oynayır, neoklassiklər isə axının hərəkətini əsas götürürlər. 
Keynsçi cərəyanın əsasını C. Keyns, C. Hiks, P. Samuel-son, E. Hansen qoymuşlar. Neokeynsçilərin 
əsas fərziyyəsi sahibkarların faktik kapitalı onun tarazlıqlı səviyyəsi ilə bərabərləşdirmək 
cəhdlərində olmalarından ibarətdir. Bütün tsiklik mexanizmi hərəkətə gətirən də məhz bu ilkin 
səbəbdir. Kapitalın tarazlı səviyyəsi neokeynsçilər üçün optimal kəmiyyətdir və iqtisadi agentlər 



üçün sanki kapitalın faktiki səviyyəsini özünə çəkir. Son vaxtlara qədər neoklassiklər böhranların 
müntəzəm təkrarlanma qanunauyğunluğunu ümumiyyətlə inkar etməyə meyilli olub. 
Neokeynsçilərdə olduğu kimi, tsiklin mahiyyəti normal və ya tarazlı ehtiyat/axın, yəni yönəldilmiş 
kapital və illik istehsal həcminin nisbətinin pozulması ilə izah olunur. 
Lakin tarazlı nisbətin iqtisadi agentlər üçün eyni zamanda həm arzu olunan və buna görə də onların 
davranışlarını müəyyənləşdirən kimi şərh olunduğu neokeynsçi nəzəriyyədən fərqli olaraq 
neoklassiklər üçün tarazlıq özü-özlüyündə xüsusi cəzbedici qüvvə deyil. O, iqtisadi inkişafın 
gedişində başqa, onların fikrincə, daha mühüm, daha ilkin amillərin qarşılıqlı təsiri nəticəsində 
yaranır və ya itirilirlər. Kapital yığımının bilavasitə səbəbi kimi neoklassiklər mənfəəti götürürlər. 
Arzu olunan və faktik kapital arasındakı fərq məsələsinə isə toxunulmur. Belə sxemdə kapital yığımı, 
əgər sahibkarın götürdüyü mənfəət daimi olsa və ya sabit sürətlə artsa, eyni bərabərdə və 
tərəddüdsüz gedərdi. Lakin məşğulluğun və işsizliyin səviyyələrinin və deməli, əməkhaqqı 
dərəcələrinin dəyişməsi səbəbindən bu baş vermir. Kapitalın həcminin artması, neoklassiklərin 
fikrincə, məşğulluğun artmasını tələb edər və deməli, işsizliyi azaldar. İşsizliyin azalması və 
əməkhaqqı dərəcəsinin artması mənfəət normasını azaldır. İnvestisiya qoyuluşu azalır, bu isə tətbiq 
olunan kapitalın miqdarının nisbi azalmasına və məşğulluğun aşağı düşməsinə və deməli
əməkhaqqının düşməsinə və mənfəətin artmasına aparır: yığım prosesi yenidən güclənir və s. 
Bu ideya C. Hiks və C. Dyüzenberinin əsərlərində öz əksini tapmışdır. İqtisadiyyatın dalğavari 
hərəkətini doğuran əsas səbəb faktiki məşğulluğun onun tarazlı kəmiyyətindən
kənarlaşmasındadır. 

Yüklə 290,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin