Mühazirə 4 Təlim prosesi, idraki və psixoloji əsasları, qanunauyğunluqları, prinsip və qaydaları



Yüklə 32,8 Kb.
səhifə13/15
tarix11.05.2022
ölçüsü32,8 Kb.
#57580
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   15
MÜH.4 PED,2022

4.Şüurluluq və fəallıq prinsipi. Bu prinsip təlim prosesində şagirdlərin fəaliyyətinin xarakterini, onların təlimə münasibətini əks etdirir.

Mənimsənilmiş biliklər insanın aldığı təhsilin mahiyyətini təşkil edir. Şagirdlərin bilikləri şüurlu mənimsəməsi bir sıra şərt və amillərdən asılıdır: idrak motivlərindın, şagirdlərin idrak fəallığının səviyyəsi və xarakterindən, idrak fəaliyyətinin idarə olunmasından, müəllimin təlimdə tətbiq etdiyi metod və vasitələrdən və s.



5.Əyanilik prinsipi. Əyanilik prinsipi təlimi mücərrəd sözlər üzərində deyil, qavranılan konkret şeylər və hadisələr üzərində qurmağı nəzərdə tutur. Təlimdə əyanilik öyrənilən mövzunu tez, asan və şüurlu mənimsəməyə, möhkəm yadda saxlamağa, bütün şagirdləri fəallaşdırmağa kömək edir. Əyanilik müəllimlər üçün “qızıl qayda” olmalıdır. Əyanilikdən dərs zamanı bütün pillələrdə - biliklərin mənimsənilməsində, mohkəmləndirilməsində və tətbiqində istifadə etmək lazımdır.

Əyanilik təlim vasitəsidir, təfəkkürü inkişaf etdirmək üçün vasitədir. Həddən artıq əyani vasitələrə uymaq da düzgün deyildir. Bütün dərsi əyani vasitələr üzrə qurmaq olmaz. Bu prinsipdən hər dərsdə yox, keçilən mövzu haqda şagirdlərin təsəvvürü olmadıqda və ya az olduqda istifadə etmək daha səmərəli olar.

Müasir əyani vasitələr şagirdlərin yaradıcılıq və tədqiqatçılıq işini daha səmərəli təşkil etməyə imkan verir.


Yüklə 32,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin