Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix28.11.2023
ölçüsü1,57 Mb.
#166982
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   25
M hazir -1 F Z K -K MY V analiZ n predmet v V Z F L R

Suyun hal diaqramı.
Suyun hal diaqramı şəkil 2.7-də 
verilmişdir. Diaqramdan göründüyü kimi yüksək təzyiqdə suyun 
adi buz halından başqa müxtəlif modifikasiyaları da alınır. 
Diaqramda müxtəlif stabil buz modifikasiyalarının sahəsi rum 
rəqəmləri ilə göstərilmişdir. Qeyd etmək lazımdır ki, əvvəllər 
mövcudluğu fərz edilən IV modifikasiya son vaxtlar təsdiq 
olunmur. Hal diaqramında hər üç faza: buz+maye+buxar 
t=0,0076
0
C və P= 4,579 mm.c.st. təzyiqdə üçlü nöqtədə 
nonvariant tarazlıqda olurlar. 
Fosforun hal diaqramı.
Fosforun hal diaqramı şəkil 2.8.a-da təsvir edilmişdir. Şəkil 2.8.b-də 
isə həmin diaqramın davamsız (metastabil) fazaların buxar təzyiqinin temperaturdan asılılığı əks 
etdirilmişdir. 
D nöqtəsində üç stabil faza: maye fosfor (IV), bərk bənövşəyi fosfor buxarları (V) birgə 
mövcud olurlar. B və C nöqtələrində isə üç metastabil fazalar birgə mövcuddurlar. B nöqtəsində ağ 
fosforun iki modifikasiyası ( I ; II ) və buxarları ( IV ); C nöqtəsində isə ağ fosfor (I); ifrat 
soyudulmuş maye fosfor( III) və fosfor buxarları (IV) birgə mövcud olurlar. 
Ümumiyyətlə, I, II, III və IV sahələr birlikdə stabil bərk bənövşəyi fosfora uyğundurlar. 


27 
Şəkil .8. Fosforun hal diaqramı a) Ümumi görünüşü, b) Metastabil
hissələr. 
Fosforun hal diaqramında bir tərəfdən ağ fosfor ( I ) bənövşəyi fosfora monotrop çevrilir, digər 
tərəfdən ağ fosforun I və III modifikasiyaları bir-birinə enantrop çevrilə bilərlər, baxmayaraq ki
onların hər ikisi metastabil modifikasiyalardır. 
Üçlü nöqtələrin mövcudluq şərti hal diaqramından aşkar görünür. Qeyd etmək lazımdır ki, 
termıdinamiki mənada metastabil olan modifikasiyalar uzun müddət heç bir çevrilməyə uğramadan 
mövcud ola bilərlər. 

Mühazirə 3 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin