Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ


Bir komponentli real sistemlərin hal diaqramı



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix28.11.2023
ölçüsü1,57 Mb.
#166982
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
M hazir -1 F Z K -K MY V analiZ n predmet v V Z F L R

Bir komponentli real sistemlərin hal diaqramı. 
 
Kükürdün hal diaqramı.
Şəkil 2.6-da kükürdün hal diaqramı verilmişdir. Stabil sahələrin sərhədi 
bütöv xətlərlə, metastabil isə qırıq xətlərlə verilmişdir. Məlumdur ki, bərk halda kükürdün bir 
enantrop çevrilməsi vardır. Yəni 95,5
0
C-də rombik kükürd monoklinik kükürdə çevrilir. Öz buxar 
təzyiqi altında bu temperaturdan aşağı rombik , yuxarıda isə monoklinik kükürd 
davamlıdır.Diaqramda divariant tarazlığı əks etdirən aşağıdakı bir fazalı sahələr vardır : ABFH 
əyrisindən sola – rombik kükürdün, BCF – monoklinik kükürdün, HCD – maye kükürdün, ABCD 
əyrisindən aşağıda kükürd buxarının davamlı olduqları sahələridir. Bu bir fazalı sahələrdə AB 
rombikkükürdün buxar təzyiqinin temperaturdan asılılığı əyrisi, BC – monoklinik kükürdün 
buxarlanma əyrisi , CD maye kükürdün buxarlanma əyrisi, KB qırıq xıtti ( rombik kükürdün 
monoklinik kükürdə çevrilmə əyrisi ), CF- monoklinik kükürdün ərimə temperaturunun təzyiqdən 
asılılığı əyrisi və FH rombik kükürdün ərimə əyrisidir.Bu monovariant əyrilərin kəsişməsindən 
alınmış B, C, F nöqtələri üçlü nöqtələr olub, nonvariant prosesləri əks etdirirlər. B nöqtəsində 
rombik kükürd - monoklinik kükürd - buxar, C nöqtəsində 
monoklinik kükürd – buxar – maye kükürd, F nöqtəsində 
rombik kükürd – monoklinik kükürd – maye kükürd 
tarazlıqda mövcud olurlar. 
Şəkil 6. Kükürdün hal diaqramı.
 
Sistemin metastabil sahəsi kükürdlü ifrat soyutmaqla və 
rombik kükürü keçid nöqtəsindən yuxarı qızdırmaqla alınır. 
Ona görə də BG, CG və FG xətlərlə BFC sahəsində 
nəhayətləndirərək, üç bir fazalı metastabil sahələr alınır: 
BGF – rombik kükürdün, CGF – maye kükürdün, BCG – 
kükürd buxarının mövcudluğu sahələridir. Bu sahələr 
aşağıdakı iki fazalı monovariant əyrilər əmələ gətirir: 
BG – ifrat qızdırılmış rombik kükürdün buxar təzyiqi P= f(T) – nintemperaturdan asılılığı 
əyrisi, GC – ifrat soyudulmuş maye kükürdün əyrisi, FG – ifrat qızdırılmış rombik kükürdün ərimə 
əyrisidir. Monovariant əyrilər metastabil sahənin üçlü nonvariant nöqtəsi G – nöqtəsində birləşirlər 
ki, burada rombik kükürd – maye – buxar “S” nonvariant tarazlıqda olurlar. 
Şəkil 7. Suyun tam hal diaqramı. 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin