Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix28.11.2023
ölçüsü1,57 Mb.
#166982
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
M hazir -1 F Z K -K MY V analiZ n predmet v V Z F L R

Sahələr. 
Monovariant əyrilərin arasında yerləşən sahələr ikivariant ( divariant ) tarazlığı əks 
etdirir və burada bir faza mövcud olur. Məsələn ( şəkil 2.2 ), ABC-qaz (buxar), DBC-maye, ABD-
bərk fazalı sahələrdir. 


24 
2.3. Hal diaqramı üzərində çalışmalar. 
Bir komponentli sistemlərin hal diaqramından istifadə etməklə bir çox təcrübi məsələləri 
araşdırmaq olar ( şəkil 2.3 ).
Şəkil 3. Kükürd tipli maddələrin hal diaqramı. 
Əvvəlcə izobarik prosesləri nəzərdən keçirək. Fərz edək ki, bizə buxar təzyiqi üçlü nöqtənin 
uyğun gəldiyi təzyiqdən aşağı olan bərk maddə verilmiş və sistemin halı a
1
nöqtəsi ilə 
müəyyənləşir; temperatur artdıqca təzyiq sabit qaldığından fiqurativ a
1
nöqtəsi a
1*
a
1
’ xətti boyunca 
hərəkət edəcək və t
1
temperaturda f
1
nöqtəsində sublimə əyrisi ilə görüşdüyündən buxar fazası ilə 
bərk faza monovariant tarazlıqda olacaq; sonrakı temperaturun artımı bərk fazanın tamamilə buxara 
keçənədək və fiqurativ nöqtənin buxar fazası sahəsinə a
1
’ doğru hərəkətinə səbəb olacaqdır. Yəni 
divariant müvazinət başlayacaqdır. Əgər sistemin halı a
2
nöqtəsilə xarakterizə edilirsə, izobarik 
proses (p
2
=const ) zamanı temperatur artdıqca bu nöqtə a
2
’ xətti üzrə yenə buxar fazaya keçəcəkdir. 
Fərz edək ki, sistemin halı maye fazada yerləşən b
2
fiqurativ nöqtə ilə müəyyən edilir.İzotermik 
olaraq (t
2
=const) təzyiqi azaltsaq, fiqurativ nöqtə b
2
-dən b
2
’ doğru təzyiqin azalması istiqamətində 
hərəkət edəcəkdir. Bu zaman f
2
nöqtəsində təzyiqin p
2
qiymətində buxar fazası da tarazlıqda 
olduğundan monovariant tarazlıq başlayacaqdır və bu o zamana qədər davam edəcəkdir ki, maye 
fazanın son damlası tam buxara çevrilmiş olsun. Təzyiqin sonrakı azalması buxar fazasını 
dəyişikliyə uğramır və fiqurativ nöqtə b
2
b
2
’ xətti üzrə dəyişərək , yenə buxar fazaya düşür. 
Fərz edək ki, monovariant əyrilərdən birinin buxarlanma əyrisi üzərində f
2
nöqtəsi verilmişdir. 
Bu halda maye və buxar fazaları tarazlıqda olduqlarından sistemin sərbəstlik dərəcəsi vahiddir. 
Əgər təzyiqi izotermik olaraq dəyişsək: məsələn, azaltsaq fiqurativ nöqtə doymamış buxar 
sahəsində b
2
b
2
’ xətti üzrə hərəkət edərək, yenə buxar fazaya düşür. Burada ABC sahəyə 
doymamış buxar sahəsi də demək olar. 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin