Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix28.11.2023
ölçüsü1,57 Mb.
#166982
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   25
M hazir -1 F Z K -K MY V analiZ n predmet v V Z F L R




Mühazirə -1 
 
FİZİKİ-KİMYƏVİ ANALİZİN PREDMET VƏ VƏZİFƏLƏRİ
Fiziki-kimyəvi analiz ümumi kimyanın bir bölməsi olaraq 
tarazlıqda olan sistemin halı, onun xassələri, tərkib ilə xassə arasında 
əlaqəni müəyyənləşdirir və nəticədə tərkib-xassə diaqramlar qurulur. 
Mahiyyəti.
Təbiət qanunu hesab edilən kimyəvi elementlərin dövri 
qanununun D.İ.Mendeleyev tərəfindən kəşfi sayəsində kimyəvi 
elementlər sistemləşdirildi və onların atom kütləsi ilə xassələri arasında 
qarşılıqlı əlaqə olduğu müəyyən edildi. Məlum oldu ki, elementlərin 
fiziki xassələri onların atom kütləsi və daha doğrusu nüvənin yükündən 
dövri surətdə asılıdır. Bu asılılıq mürəkkəb maddələrdə də müşahidə 
edilmiş 
və 
bir 
sıra 
xassələrin 
tərkibdən 
asılı 
olduğu 
müəyyənləşdirilmişdir. Beləliklə, tərkib xassə məsələləri araşdırılmağa 
başladı. Tərkibdən asılı olaraq, xassənin dəyişməsi qanunauyğunluq 
müəyyənləşdirməklə onların biri məlum olduqda, digərini təyin etməyə 
imkan yaradır. 
Klassik sintez üsulundan fərqli olaraq, yeni fiziki-kimyəvi analiz 
üsulu yarandı ki, onun da əsası 1913-cü ildə böyük rus alimi akademik 
N.G.Kurnakov tərəfindən qoyulmuş və elmə qəbul edilmişdir.
Fiziki-kimyəvi analizin əsas məqsədi kimyəvi tarazlıqda olan 
sistemdə tərkib, temperatur və təzyiqi dəyişdikdə baş verən prosesləri 
müəyyən etməkdir. 
FİZİKİ-KİMYƏVİ ANALİZİN ƏSAS VƏZİFƏLƏRİ 
1. Fiziki-kimyəvi analizin əsas vəzifəsi həndəsənin qanunlarına 
əsasən tərkib-xassə arasındakı asılılığı müəyyən təzyiq və temperatur 
şəraitində qrafiki olaraq hal diaqramı şəklində ifadə etməkdir. Diaqram 
sistemdə gedən dəyişiklikləri-mexaniki qarışıq, yeni birləşmə və ya 
faza keçidləri yaranan halları həndəsi formada əks etdirir. Fiziki-
kimyəvi analizin əsas ifadə üsulu diaqramdır.



2. Tərkib-xassə diaqramlarının öyrənilməsinin yeni faza və 
birləşmələrin sintezində böyük rolu vardır. Onun əsasında birləşmələrin 
olduğu müəyyənləşdirilir və onlar fərdiləşdirilir. Bu yol ilə müəyyən 
xassəli metallik ərintilər, yarım və ifrat keçiricilər, keramik materiallar, 
mikroelektironikada və enerji dəyişdiricilərində işlədilən bir çox 
materiallar alınmışdır. 
3. Hal diaqramlarını düzgün oxumaq və onları qurmaq, onların 
təsvirlərini aydınlaşdırmaq, eləcə də üzərində təcrübi məqsədli müxtəlif 
hesablamalar aparmağı bacarmaq, texnoloji proseslərin enerji və maddi 
balansını hesablamaq və s. fiziki-kimyəvi analizin vəzifələrinə aiddir. 
Tarixi məlumat.
Fiziki-kimyəvi analiz, xüsusilə onun heterogen 
tarazlığa aid hissəsi D.V.Gibbsin (1876-1884), V.B.Rozebomun (1888-1911), 
F.Q.Vant-Hoffun (1897), D.P.Konovalovun (1884) işlərinə əsaslanır. Lakin 
fiziki-kimyəvi analizin bir elm sahəsi kimi formalaşması N.S.Kurnakova aid 
edilməlidir. 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin