Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix28.11.2023
ölçüsü1,57 Mb.
#166982
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
M hazir -1 F Z K -K MY V analiZ n predmet v V Z F L R

Yeneke üsulu 
ilə həllolmanı 100 q və ya mol duzlar cəminə düşən suyun 
qram və ya mollarla miqdarı ilə ifadə edirlər.Təsvir üçün isə düzbucaqlı 
koordinat oxları götürülür(şəkil 9).Bu şəkildə Yeneke üsulu ilə AX-AY-H
2



15 
sisteminin izotermi təsvir edilmişdir.Diaqramın elementlərini nəzərdən 
keçirək:aE və Eb müvafiq surətdə AX və AY duzlarının doymuş məhlullarının 
əyriləridir.Bunlardan yuxarı sahə doymamış məhlullar sahəsidir.AXaE sahəsi 
AX duzu ilə AYbE sahəsində isə AY ifrat doymuş məhlulların sahəsinə 
uyğundur. AX- AY absis oxu susuz duzların qarşılıqlı təsirini ifadə edir. Bu 
üsulun çatışmazlığı ondan ibarətdir ki, suyun miqdarını birbaşa təyin etmək 
mümkün olmur.Ona görə də hal diaqramında suyun eyni miqdarına uyğun 
gələn nöqtələri birləşdirib ,izohidrid deyilən əyrilərin təsvir edilməsi tələb 
olunur.Yeneke diaqramının görünüşü Skreynemakers diaqramının əksi 
kimidir.Skreynemakers diaqramında isə eyni miqdarda duzlara uyğun 
nöqtələri birləşdirən əyrilər –izoqatılıqlı tərkib üzrə hesablamalar aparmağa 
imkan verir.


16 
Konqruent əriyən birləşmə əmələ gələn üçlü 
sistemlər
 
Fərz edək ki, A – B – C üçlü sistemində A ilə B komponenti 
birləşərək konqruent əriyən ikili birləşmə əmələ gətirir. Tutaq ki, bu 
halda A – B – C sistemində maye halda tam həllolma baş verir, bərk 
halda isə həllolma baş vermir, birləşmə ərimə temperaturunda 
azacıq dissosiasiya edir. Bu halda kondensləşmiş sistemin 
diaqramında maye halda gedən dəyişikliklər nəzərə alınmır, 
təbəqələşmə olduqda isə bu diaqramda da əks etdirilməlidir.
Verilən şərtlərə əsasən qurulmuş hal diaqramı 1-ci şəkildə təsvir 
edilmişdir. Aydınlıq məqsədi ilə yan ikili sistemlərin hal diaqramları 
temperatur oxu bərpa edilərəkçəkilmişdir ki, buna da hal 
diaqramının açılışı deyilir.
A – B – C sistemində dörd birfazalı (A + B + C + S) sahə vardır ki, 
bunlar beş ikili kristallaşma əyriləri ilə sərhədlənirlər: e
1
E
1
sərhəd 
əyrisi üzrə : A+S; e
3
E üzrə C+B; e
4
E
1
əyrisi üzrə A+C; E
2
E
2
əyiris 
üzrə A+S; e
2
E
2
əyrisi üzrə B+S birgə kristallaşırlar. Şəkildən 
göründüyü kimi A – B – C sistemində büş ikili sistemlər beş ikili 
evtektikaya uyğun gəlir A-S (e
1
), S-B (e
2
), C-A (e
4
), C-B (e
3
), C-S 
(e
5
). Üçlü sistemdə iki üçlü evtektik nöqtədə üçüncü kristallaşma 
gedir; E
1
nöqtəsində A+S+C, E
2
-də S+C+B kristallaşmaları baş 
verir.
Qəbul etdiyimiz şərtlər daxilində tərtib edilmiş üçlü sistem (şəkil 1) 
GS kəsiyi ilə iki tabeli üçlü sistemlərər bölünmüşdür. A – C – S və 
S – C – B. 
1)
C-
komponentinin 
ilkin 
kristallaşma 
sahəsidir 
2)
A-nın 
ilkin 
kristallaşma 
sahəsidir 
3)
S-birləşməsinin 
ilkin 


17 
kristallaşma 
sahəsidir 
4)
B-
komponentinin 
ilkin 
kristallaşma 
sahəsidir 
Şəkil 1. İkili konqruent birləşmə əmələ gələn üçlü sistemin səthi 
diaqramının açılışı 
Şəkil 1-dən göründüyü kimi SC kəsiyinə göstərdiyimiz tabeli üçlü 
sistemlərin ortaq bir yan tərəfi olmaqla ona ayrılıqda S – C ikili 
ssietmi kimi baxmaq olar. Ona görə də iki üçlü sistemlər, beş ikili 
sistemlərindən təşkil olunmuşdur. Burada beş ikili evtektika (e
1
, e
2

e
3
, e
4
və e
5
) iki üçlü ektektika E
1
və E
2
nöqtələrində ikili 
kristallaşma sərhəd əyriləri ilə birləşirlər. Üçlü sistemlərin belə 
tərkib tabeli üçbucaqlara bölünməsini və ya birinci, əsas, sistemin 
iki dərəcəli 
(tabeli) 
sistelərə 
ayrılmasını 
N.S.Kurnakov 
trianqulyasiya adlandırmışdır. Beləliklə, C – S sistemi özünü ikili 
sistem kimi aparır, e
5
isə bu sistemin evtektika nöqtəsidir. C – S 
sistemi kvazibinar ikili sistem adlanır. 
2-ci şəkildə e
5
nöqtəsinin vəziyyəti likvidus səthi diaqramda 
verilmişdir. Göründüyü kimi bu nöqtədə dörd əyi birləşir. Bu 
əyrilərin likvidus səthində vəziyyətini təsvir etdikdə məlum olur ki, 
Ce
5
S-də e
5
nöqtəsindən başlayaraq iki sahə yuxarıya doğru əks 
istiqamətdə qalxır. E
1
e
5
E
2
birgə kristallaşma əyriləri isə e
5
-dən əks 
istiqamətə doğru azalır. e

nöqtəsi Ce
5
S əyrisi boyunca ən aşağı, 
E
1
e
5
E
2
əyrisi boyunca isə ən yuxarı nöqtədir. Belə nöqtələr keçid 
(aşırımlı) yəhərvari nöqtə və ya Van Reyn nöqtəsi adlanır. SC düz 
xətti birləşdirici düz xətt və ya sadəcə olaraq birləşdirici xətt adlanır, 
ona sinqulyar kəsən də deyilir. 


18 
Şəkil 2. Van Reynin yəhərvari nöqtəsinin üçlü sistemin kvazibinar 
kəsiyi üzrəində görünüşü 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin