Müəllim: Sərbəst iş: Həzm kanalı, bağırsaqlar, onların quruluşu və funksiyası. Qanın laxtalanmasına təsir edən dərman maddələri



Yüklə 71 Kb.
səhifə2/6
tarix26.12.2016
ölçüsü71 Kb.
#3693
1   2   3   4   5   6
Ağız boşluğunda həzm; Orqanizmdə həzm prosesinə hazırlıq ağız boşluğundan başlayır. Qəbul olunan qida burada xırdalanır, ağız suyu ilə isladılır,Onun dad xüsusiyyətləri təhlil olunur., bəzi qida maddələri ilkin hidrolizə məruz qalır və qida loxması formalaşır. Ağız boşluğunda qida 15-18 saniyə saxlanılır. Ağız boşluğuna daxil edilmiş qida dad, taktil və termoreseptorları qıcıqlandırır. Dad və taktil reseptorlar əksərən dilin məməciklərində yerləşirlər və ağız boşluğunun selikli qişasında yerləşirlər. Bu reseptorlardan siqnallar üçlü, üz və dil-udlaq sinirlərinin mərkəzəqaçan lifləri vasitəsilə müxtəlif reflekslərin sinir mərkəzlərinə çatdırılır. Mərkəzdənqaçan impulslar ağız suyu vəzilərinin, mədə və mədəaltı vəzlərin sekresiyasını təmin edirlər. Eyni zamanda ödün onikibarmaq bağırsağa tökülməsi və mədənin motor fəallığı tənzim olunur. Ağız boşluğu reseptorlarının qıcıqlanması çeynəmə və udam aktları üçün mühüm əhəmiyyətə malikdir. Qısa müddət ərzində ağız boşluğunda olan qida həzm prosesinin bütün etaplarına təsir edir.

Çeynəmə - qida ağız boşluğuna tikə, müxtəlif tərkibli və konsistensiyalı qarışıqlar və ya maye vəziyyətində daxil olur. Bundan asılı olaraq qida ya həmin anda udulur, ya da ilkin mexaniki və kimyəvi təsirlərə məruz qalır.



Mədədə həzm; Mədə həzm konveyerində iştirak etməklə bərabər, həm də ara maddələr mübadiləsində, qanın pH-nın sabit saxlanılmasında və qanyaratma prosesində ( mədə vəzləri "Kaslın daxili amilini" hazırlayırlar ) iştirak edir. Mədənin həzm fəaliyyəti qidanı-depolaşdırmaq, onu mexaniki və kimyəvi cəhətdən hazırlamaq və möhtəviyyatı tədricən paycıqlarla bağırsağa keçirməkdən ( evakuasiya ) ibarətdir. Bir neçə saat mədədə qalan qida şişir, yumşalır və nisbətən durulaşır, onun xeyli komponentləri ( ağızsuyu və mədə şirəsi ) antibakterial təsirə malikdir. Ağız suyunun karbohidratları mədə möhtəviyyatındakı qidanın mərkəzində gizlənərək ( ora, hələlik diffuziya edib karbohidrazaların təsirini dayandıran turş mədə şirəsi çatmayıbsa ) öz təsirini davam etdirirlər. Turş mühitli mədə şirəsinin fermentləri qida maddələrinin zülallarına nisbətən dar sahədə , mədənin selikli qişasına təmas edən və az kənarda ( o yerdə ki, mədə şirəsi hələlik yoxdur və fermentlər qidanın bufer xüsusiyyətləri təsirindən neytrallaşmayıb ) təsir edirlər. Bu sahənin genişliyi mədə şirəsinin və qəbul edilmiş qidanın miqdar və xüsusiyyətlərindən asılıdır.

Qidanın bütün kütləsi eyni vaxtda şirə ilə qarışmır, qida durulaşdıqca və kimyəvi dəyişikliyə uğradıqca onun selikli qişaya yaxın olan qatı, mədənin antral hissəsinə itələnir və oradan bağırsağa evakuasiya olunur.

Beləliklə, qidanın mədədə həzmi ( boşluqda həzm növü üzrə ) az müddət ərzində ağızsuyu hesabına icra olunur. Lakin, bu prosesdə mühüm, həll edici əhəmiyyətə malik mədənin özünün sekretor və motor fəaliyyətidir.


Yüklə 71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin