Müasir fəlsəfə problemləri” şöbəsi MÜASİr fəLSƏFƏ, elm və MƏDƏNİYYƏT: postqeyri-klassik epistemologiYA



Yüklə 2,59 Mb.
səhifə8/38
tarix01.01.2017
ölçüsü2,59 Mb.
#3891
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

Nəzəriyyənin yarandığı təbiətşünaslıq sahəsində işləyən digər alim Gell-Man “Sadə və mürəkkəb” məqaləsində fikrinə görə milli maraqların təminatında istənilən yolların seçimində son dərəcə ehtiyatlı olmaq lazımdır. Dünya birliyini ümumi gələcəyinin umid etmək üçün birgə səylər vacibdir. Əslində “Xaosun təşkil edilməsi, planlaşdırılması və ya idarə edilməsi” heç bir halda nə sinergetikada, nə də determinik xaos nəzəriyyəsində vurğulanmır. Lakin bu günə qədər Stiv Mann onun nəzəriyyəsinə yönələn ittihamlara cavab verilməmişdir.

Beləliklə, idarə edilən xaos nəzəriyyəsinin riskləri o dərəcədə böyük, nəticələr o dərəcədə fəlakətli ola bilər ki, onu “təşkil etməyə” cəhd etmək heç bir vəchlə özünü doğrulda bilməz.




Yeni nəzəriyyə-köhnə məntiq, köhnə stereotiplər

Doğrudan da sinergetikanın əsas postulatlarında biri odur ki, hər hansı bir proses haqda müşahidənin nəticələr müşahidə edənin seçdiyi fokus nöqtəsindən görülən baxiş bucağı qədərdir. (Bəhs edilən misalda bu fokus nöqtəsi ABŞ-in milli maraqlarıdır).

Xaotik sistemlər özlərinin davranışının qeyri-müəyyən olması ilə səciyyələnir. Hətta başlanğıc şərtlər məlum olduqda belə, zaman müddəti müəyyən dəyişikliklərə səbəb olur. Xaos nəzəriyyəsi yeni imkanlar və yeni üfüqlər açır. Bir şey daim unudulur ki, elmi vəzifəsi yalnız öncədən proqnoz vermək, idarə etmək deyil, həm də anlamaqdır, dialoqdur. Determinizm və proqnoz imkanı prinsipial olaraq fərqləndirilməlidir. Bu vərdiş və ya stereotiplərdən azad olmaq lazımdır

Müzakirə edilən məsələlərdən biri də belədir ki, Amerika xaosun idarə edilməsində maraqlıdır yoxsa dünyanın xaotik mühitə qərq edilməsi ABŞ-ın maraqlarına cavab verir. Bir sözlə, xaos Amerikaya öz problemlərini həll etməyə, enerji resurslarını nəzarətdə saxlamağa və nəqliyyat-kommunikasiya dəhlizlərini idarə etməyə imkan verir.

Beynəlxalq münasibətlərdə hazırda yeni dünya nizamı adlanan məsələnin mövcud olub-olmaması özü də zənnimizcə, mübahisəli məsələdir. İkiqütblü dünyanın çökməsindən sonra mövcud olan status-kvo yeni dünya nizamının formalaşmasına imkan vermir. Onun dəyişdirilməsi yönündə isə dünya birliyinin ortaq səylərinin bir araya gəlməsi də müşahidə olunmur. Yəni burada real olaraq xaos vəziyyəti mövcuddur demək olar. Belə olduqda xaos nəzəriyyəsinin imkanlarından müəyyən dərəcədə bəhrələnmək mümkündür və lazımdır.

Lakin xaos nəzəriyyəsi nə deyir? Adi şüurda xaos tamamilə təsadüfi və kortəbii, hərc-mərcliklə müqayisə edilən bir fenomen kimi qavranılır. Determinik xaosun elmi nəzəriyyəsində isə bu yeni nizamın yarana biləcəyi bir özünəməxsus mərhələdir. Bifurkasiya nöqtəsi-gələcəyin arzu edilən modelinin formalaşması üçün açıq imkanlar vəziyyəti deməkdir. Bu nöqtədən sonra inkişafın hansı istiqamətdə gedəcəyi qeyri-müəyyəndir. Hazırda beynəlxalq sistem məhz bu vəziyyətdədir və çox şaxəli bifurkasiya nöqtəsi ( “polibifurkasion-Əbülhəsən Abbasov”) bu reallığı adekvat əks etdirir.

Dünya birliyinin əvvəlki mövcudluq sistemi çökmüşdür, yenisi, “yeni dünya nizamı” kimi adlanan durum isə hələ yaranmamışdır. “Birqütblük, çoxqütblük, qütbsüzlük” kimi səciyyələndirilən real status-kvo mövcuddur. Dünya sistemində indiki status-kvo isə təbii ki, sonsuza qədər davam edə bilməz. Qlobal güclər yeni seçim qarşısındadır. Bu baxımdan yeni elmi istiqamətlərə maraq və gerçək tələbat da başa düşüləndir. Lakin problem yenə də qeyd edildiyi kimi, nəzəri potensialın düzgün şərhi və tətbiqindədir.

Məşhur diplomat xarici siyasət, strategiya, diplomatiya və müharibə sənətinin əsas mahiyyətinin əhatədəki mühitdə nizamın bərqərar edilməsini olduğunu qeyd edir. “Biz xaotik dünyada yaşayırıq. Bir çox mürəkkəb sistemlər təbii inkişaf gedişində müəyyən böhran vəziyyətinə qədər gəlib çatırlar və bu məqamda əhəmiyyətsiz görünən cüzi hadisələr sistemin əksər elementlərinə nüfuz edə biləcək zəncirvari reaksiya törədə bilər” (8).

S.Mann yazır ki, 15 milyon insanın məhv edildiyi 1-ci dünya müharibəsi ilk baxışda əhəmiyyətsiz görünən-Avstriya hersoqunun qətli səbəbindən başlamışdı. Yəni xaotik proseslərin gedişatı bu cür faciəli nəticələrə gətirib çıxarırsa onların təhrik edilməsi, təkan verilməsini diplomat necə təklif edə, dəstəkləyə bilər?

“SSRİ-nin sonuncu illəri-kollaps 1989-cu ildə başladı. Amma hətta 1991-ci il avqust atından sonra belə Ağ Evin xaosa reaksiyası əvvəlki stereotiplərə əsaslanırdı, Buş bəyan edirdi ki, biz SSRİ-nin bütün beynəlxalq öhdəliklərini yerinə yetirəcəyini gözləyirik. Yəni mövcud strukturun maksimal sabitliyinin saxlanılması xeyrinə reaksiya verilirdi. Bütün bu yersiz şərhlər xaos qarşısında qorxudan irəli gəlirdi. Əlbəttə biz strateqlər üçün əhatədə baş verən bütün proseslərin xaotik təbiəti üzərində zəfər çalmaq, öz müharibə və yaxud da diplomatiya məharətimizi nümayiş etdirmək vacibdir. Lakin bunlardan daha əvvəl, dünyanı görmək istədiyimiz kimi deyil, olduğu kimi qəbul etmək lazımdır” (9).

S.Mann xaos nəzəriyyəsini elmi və strateji təfəkkürü dəyişə biləcək inqilab adlandırır. Yeni paradiqmanı dərk edilməməsi strateji düşüncə və təfəkkür qarşısında böyük maneə yarada bilər. Hərbi elmin də ictimai elmə daxil olduğunu qeyd edən müəllif onun da hələlik mexaniki dünyagörüşün təsiri altında olduğunu qeyd edir.

“İdarə edilən Xaos” yeni nəzəriyyənin adı kimi o qədər də ugurla seçilməmişdir. Çünki bu söz nizamsızlıq və formasızlıq kimi başa düşülür. Bu nəzəriyyəni iki cür tətbiq etmək olar. Maddi aspektdə texnoloji innovasiyaların yaranmasına təkan verməklə müharibənin mahiyyətini dəyişə bilər. Nəzəri baxımdan isə strateji təfəkkürün əsaslarını dəyişə bilər. Sabitlik yalnız nəticədir və heç zaman məqsəd ola bilməz. Milli strategiyanın əsil məqsədi arzu edilən şəraitin yumşaq təsirlərlə əldə edilməsinə yönəlmiş təhlükəsizlik məsələlərinin təmin etməkdir. Xaos nəzəriyyəsinin əsil dəyəri məhz ali səviyyədə-milli strategiya səviyyəsindədir.

Beynəlxalq münasibətlər xaotik vəziyyətdədir. “Qum təpəsi” misalına müraciət etsək, hər bir qum dənəsi o zamana qədər üst-üstə yığılır ki, axırda təpə yaranır və uçqun başlayır.

“Biz nizamsızlıq, xaos məqamından işə başlamalıyıq. Bu mürəkkəb sistemlər üçün səciyyəvi və dönməz xüsusiyyət hesab edilir. Beynəlxalq siyasi sistem burada olan aktorların çoxsaylı olması səbəbindən xaotik olmağa düçardır. Mexaniki baxışa görə, dəyişikliklərin başlıca səbəblərini xaricdə axtarmaq lazımdır. Lakin böhran sistemin öz daxilində yetişir. 1-ci Dünya müharibəsi misalı da bunu göstərir. Yaxın Şərq daimi böhran vəziyyətin tipik misaldır” (10).

Nizamsızlıq mütləq və rasional strategiyanın müəyyən edilməsini istisna edir. Lakin xaos nəzəriyyəsi bizə milli maraqlarımızı qorumaq üçün, irəliləmək üçün əsaslar verir. Bu cür strategiyalar hazırlamaq üçün biz böhrana gətirən faktorların müəyyən edilməsindən başlamalıyıq. Buraya:


  • Sistemin ilkin vəziyyəti və forması;

  • Sistemin əsasını təşkil edən struktur;

  • Aktorların birliyi aiddir.

  • Beynəlxalq münasibətlərdə analoji struktur- geosiyasi mühit və coğrafiya qismində təzahür edir.

Stiv Mann hesab edir ki, böhranlı, xaotik siyasi sistemlərdə hər bir aktor münaqişə enerjisini törədir. Bu status-kvonun dəyişməsini şərtləndirən fəal qüvvə kim çıxış edir. Biz hazırda “yeni dünya düzəni”, “strateji konsensus”, və ya “sülh dividendləri” kimi arzularla özümüzə təsəlli veririk. Əslində isə bunlar qeyri-adekvat məqsədlərdir. Böhran vəziyyətindən necə maksimum faydalanmaq olar? Əsas səylər konflikt enerjisinin məqsədəuyğun məcraya yönəldilməsinə və birliyin möhkəmlənməsinə yönəlməlidir. Beynəlxalq münasibətlərdə bu hərbi bloklar, iqtisadi sazişlər, və s. deməkdir. İnsanların konflikt enerjisinin yönəldilməsi onları bizim milli təhlükəsizlik məqsədlərimizə cavab verən tərəfə yönəltməyə imkan verəcəkdir. Bunun yolu isə məlum olduğu kimi ideologiyadan keçir.

İdarə edilən xaos konsepsiyasının müəllifi ideologiyanı ABŞ-ın ən mühüm silahı kimi, milli təhlükəsizlik strategiyasında çıxış edərək tətbiq etməyi, demokratik plyuralizm və insan hüquqlarına hörmət kimi ideologiyalarla bütöv bir xalqları yoluxdurmağı tövsiyə edir. “İnformasiya texnologiyaları göstərir ki, hər hansı bir proqramın aqressiv dağıdılması üçün virusdan istifadə edilir. Lakin ideologiyalar insanlar üçün “virus” demək, yaxud onun başqa adı deyilmi? Bu yeni dünya düzənini yaradılması üçün yeganə yoldur və uzun müddət davam edəcək. Əgər biz bütün dünyada belə dəyişikliklərə nail ola bilsək, o zaman fəlakətli dövrlər arasında nisbi sakitlik məqamları mümkün olacaq.

Bir anlığa təsəvvür edək ki, bütün dövlətlər öz siyasətində belə başa düşülən xaos nəzəriyyəsini tətbiq etmək fikrinə düşsə onda nə ola bilər? Xaos hazırda imzalanmış sazişlərin, müqavilələrin heç nə olması deməkdir. İdarə edilən xaos nəzəriyyəsinə görə, belə bir prinsip ortaya çıxır ki, kim daha tez beynəlxalq hüququn prinsip və normalarını, qanunları pozursa (pozarsa) o da uduş vəziyyətində olacaqdır. İdarə edilən xaos dövlətlərin daxili işlərinə qarışmaq deməkdir. Xaosdan istifadə edərək yeni daha təhlükəli xaos yaratmaq deməkdir. Bütün hallarda açıq görünür ki, “kənardan təşkil edilmiş xaos” (əslində yalnız özünü təşkil edən xaos mütərəqqi xarakter daşıya bilər) Amerika strateqlərinin yaratdığı və bu gün tətbiq etdiyi əsas metodoloji paradiqmadır.


Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin