Müasir fəlsəfə problemləri” şöbəsi MÜASİr fəLSƏFƏ, elm və MƏDƏNİYYƏT: postqeyri-klassik epistemologiYA



Yüklə 2,59 Mb.
səhifə1/38
tarix01.01.2017
ölçüsü2,59 Mb.
#3891
  1   2   3   4   5   6   7   8   9   ...   38


MÜASİR FƏLSƏFƏ, ELM VƏ MƏDƏNİYYƏT:

POSTQEYRİ-KLASSİK EPİSTEMOLOGİYA

Azərbaycan Milli Elmlər Akademiyası

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu

Müasir fəlsəfə problemləri” şöbəsi


MÜASİR FƏLSƏFƏ, ELM VƏ MƏDƏNİYYƏT:

POSTQEYRİ-KLASSİK EPİSTEMOLOGİYA
(Respublika konfransının materialları, 18 may 2011-ci il)

Bakı -“Elm”-2011

Национальная Академия наук Азербайджана

Институт философии, социологии и права

Отдел «Современные проблемы философии»

Современная философия, наука и культура:

постнеклассическая эпистемология

(Материалы Республиканской конференции, 18 мая 2011 г.)


Баку –Елм- 2011

Məqalələr toplusu AMEA Fəlsəf, Sosiologiya və Hüquq İnstitutunnun Elmi Şurasının 4 iyul 2011- ci il tarixli iclasında müzakirə edilmiş və çapa məsləhət görülmüşdür ( 6 saylı protokol)



Elmi redaktorlar:

Fəlsəfə elmləri doktoru, professor Əli Abasov

Fəlsəfə elmləri doktoru, professor, Rusiya Pyotr Akademiyasının müxbir üzvü Əbülhəsən Abbasov
Redaksiya heyəti:

Abasov Əli – fəlsəfə elmləri doktoru, professor

Abbasov Əbülhəsən – fəlsəfə elmləri doktoru, professor

Allahyarova Tahirə – fəlsəfə elmləri doktoru

Əliyev Rafiq – AMEA müxbir üzvü, texnika elmləri doktoru, professor

Əsğərov Şahlar – fizika-riyaziyyət elmləri doktoru, professor

Qurbanov Füzuli – fəlsəfə elmləri doktoru

Məmmədəliyev Zakir – fəlsəfə elmləri doktoru, professor

Məmmədov Nizami – Rusiya təbii elmlər Akademiyasının və Rusiya ekologiya

Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor

Məmmədzadə İlham – fəlsəfə elmləri doktoru

Məsimov Eldar – fizika-riyaziyyat elmləri doktoru, professor, Rusiya Pyotr

Akademiyasının və Rusiya təbii elmlər Akademiyasının həqiqi üzvü

Rüstəmov İzzət – fəlsəfə elmləri doktoru, professor

Şirinov Aydın – professor

Məsul katib: Mətləb Mahmudov, fəlsəfə doktoru; Elşən Bayramzadə

MÜASİR FƏLSƏFƏ, ELM VƏ MƏDƏNİYYƏT: POSTQEYRİ-KLASSİK EPİSTEMOLOGİYA. Bakı, “Elm”, 2011, ... səh.

İSBN....



Mündəricat – Оглавление

Konfransda əsas müzakirə mövzuları

Основные темы обсуждения на конференции

Ön söz – Əbülhəsən Abbasov

Вместо введения – Али Абасов
I Bölmə

Стёпин В. С. Динамика научной рациональности: от классики к постнеклассике…

Аббасов А.Ф. Постнеоклассическая эпистемология: необхо­ди­мость и сущность...

Абасов А. Монолог классицизма, диалог неклассицизма и полилог постнеклассицизма…

Князева Е.Н. Специфика социальной самоорганизации: роль субъективного фактора…

Федотова В.Г. Проблема истинности и рациональности в социально-гуманитарных науках….

Мамедов Н.М. Гуманизм: постнеклассическая концепция…

Allahyarova T.B. Yeni elmi istiqamətlər nəzəri və tətbiqi politologiyanın hədəfində...

Аршинов В.И., Буров В.А. Постнеклассическая научная рациональ­ность, гуманитарные технологии и менеджмент второго порядка ….

Гурбанов Ф.М. Процесс формирования междисциплинарной методологии: проблемы и перспективы…

Məmmədəliyev Z. Praqmatik idrak paradiqması: gücün təntənəsi, yoxsa aciliyin harayi? (Y.Habermasın nəzəriyyəsi kontekstində)...

Баксанский О. Е., Гезалов А. А. Компетентностный подход. Типология компетенций

Лепский В. Е. Философские основания становления средовой парадигмы (от классической рациональности к постнеклассической)…

Аббасов А. Ф. Эволюция общества и мира: постнеоклассическое видение...

Баширов Т. К. Принцип конкретизации субъекта познания...
II Bölmə

Abbasov Ə.F. Milli fenomenlərin dərki və şərhində adekvat epis­te­­mo­logiya zərurəti...

Şirinov A.Ə. İctimai elmlərdə həqiqət problemi…

Rüstəmova A.B. Müasir dövrdə kommunikasiya fenomeni...

Qəşəmoğlu Ə. Ahəngyol elmi – müasir dövrün tələbi kimi...

Мяммядов Р.T. Сосиал парадигмаларын формалашмасында елми вя дини дцнйаэюрцшцн ролу…

Mahmudova (Qaraqoyunlu) Y. Qlobalaşma prosesində inkişaf tendensiyaları: vesternləşmə və modernləşmə…

Abdullayev F.N. Miqrasiya probleminin siyasi aspektinin tədqiqi sahəsində yeni formalaşan elmlərarası istiqamət və nəzəriyyələr…

İlyasov R.Ə. Müasir analitik fəlsəfədə dil-əxlaq əlaqələrinin epistemoloji təməlləri...

III Bölmə
Мирзаева В.А. Дженератика – новое междисциплинарное направление познания

Фархадова С. Принцип неконкретного мышления как источник духовного знания…

Ulusel R. Mədəniyyət – tənqid – ədəbiyyat koordinatlarında (Kulturoloji polemika)...

Talıbzadə A. Şərq və Qərb dixotomiyası maarifçilik kontekstində (tək və cüt üçün çətir)...

Мехти Н. M. Опыт устранения субстанциональной «тяжести» из неустранимого противостояния «своих» и «чужих» (азербайджанский проект симулятивного национализма и симулятивной религиозности)…

Тагиев (Даими) Т. Записки перцептивного нигилиста, или жизнь после философии. Перцептология versus семиология

Əlizadə A.А. Modernizm və çağdaş Azərbaycan…

Гарагезов Р. Р., Кадырова Р. Г. Интерпретация одной интерпретации или карабахский конфликт в ракурсе постнеоклассической социальной эпистемологии: культурные основания предвзятых интерпретаций…

Mahmudov M.Ə. Multikulturalizm: yeni təfəkkürə tələbat.

Mehdizadə O.N. Kulturologiyada non-linear düşüncə...

Tezislar – Тезисы
Rəsulov T.Ə. Sosial-mədəni proseslərin idarə olunmasına sistemli yanaşma (Azərbaycan Respublikası timsalında)...

Axundov A.M. Azərbaycan milli mədəniyyəti və müasirlik...

Hümmətova L.Ə. Postneoklassik fəlsəfi düşüncənin evristik potensialı...

Ибрагимов Г.Г. Взгляд на этнические проблемы периода глобализации…
Xulasə – Резюме –- Summary
Müəlliflər – Авторы

Konfransda əsas müzakirə mövzuları:

  1. Fəlsəfə və elmi idrak.

  2. Klassik, neoklassik və postneoklassik paradiqmalar.

  3. Müasir təbiətşunaslıqda və riyazi elmlərdə yeni epistemologiyalar zərurəti.

  4. Sosial idrakın yeni tələbləri: lokal, reqional, qlobal təqdimatda və təkcə, xüsusi, ümumi aspektlərdə.

  5. Postneoklassik sosial epistemologiya: təşəkkül və inkişaf xüsusiyyətləri, mahiyyəti, yeri və rolu.

  6. Cəmiyyətdaxili və dünya problemlərinin həllində postneoklassik fəlsəfənin verə biləcəyi töhfə.

  7. Cəmiyyətin, dövlətin, iqtisadiyyatın, intellektual resursların idarə olunmasının postneoklassik fəlsəfəsi.

  8. Mürəkkəblik fəlsəfəsinin və tənqidi-sinergetik təfəkkür konsepsiyasının perspektivləri.

Основные темы обсуждения на конференции:
1. Философия и современное научное познание.

2. Классическая, неоклассическая и постнеоклассическая парадигмы.

3. Необходимость формирования новых эпистемологий в естественнонаучных и математических дисциплинах.

4. Новейшие потребности социального познания: в локальных, региональных, глобальных постановках и в аспектах единичного, частного, общего

5. Постнеоклассическая социальная эпистемология: особенности становления и развития, сущность, роль и место.

6. Возможный вклад постнеоклассической философии в разрешении внутриобщественных и мировых проблем.

7. Постнеоклассическая философия управления обществом, государством, экономикой, культурой, интеллектуальными ресурсами.

8. Перспективы философии сложности и концепции критическо-синергетического мышления.



Ön söz əvəzi

aaaaaaaaH
Müasir dövrdə elmi-intellektual potensial davamlı və sabit inkişafın əsasını təşkil edərək hər bir cəmiyyətə qarşıya qoyduğu strateji məqsədləri uğurla həyata keçirmək, sürətlə yeniləşən dünyada layiqli yer tutmaq, nüfuz sahibi olmaq imkani yaradır. Tarix göstərir ki, ümumi inkişaf strategiyasını, cəmiyyətin idarəetmə fəlsəfəsini, ictimai həyat sahələrinin fəaliyyətini qabaqcıl elmi tələblər, mütərəqqi milli və bəşəri ənənələr səviyyəsində qurmaqla, daimi təkmilləşmə və yeniləşmə yolunu tutmaqla, innovasion çağırışlara çevik və ağıllı münasibət göstərməklə dövlətlər milli tərəqqiyə nail olur, günbəgün artan rəqabətə davam gətirirlər. Məhz bu həqiqətləri rəhbər tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz nitq və çıxışlarında maddi-iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsini dəfələrlə vurğulamış, bu məqsədlə də iqtisadi və siyasi modernləşmənin ardıcıl olaraq davam etdirilməsini, demokratiyanın inkişafını mühüm vəzifə kimi qarşıya qoymuşdur.

Şübhəsiz, ictimai tərəqqi və milli maraqların ödənilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən bu vəzifə, onun doğru-düzgün həlli ilə bağlı çoxsaylı problemlər cəmiyyətimizin diqqət mərkəzindədir. Sözsüz ki, burada elmin və alimin üzərinə də böyük məsuliyyət düşür. Belə ki, hər bir halda, qəbul ediləcək qərarların, görüləcək işlərin təməlində, xoş niyyətlə yanaşı, məhsuldar təfəkkür, qüdrətli zəka dayanır. O təfəkkür və zəka ki, özləri yeniləşməyə həm meylli, həm də qadirdilər, ədəb və həya, nizam və ədalət vasitəsilə fəzilətlərə yol açır, Haqqın nuruna qovuşdurur. Müdriklik xəzinəsi olan mötəbər mənbələrdə aşağıdakı kəlamların söylənilməsi heç də təsadüfi deyil: “Öncə təfəkkür et, sonra əməl”, “Təfəkkür edib əməl göstərsən, murada çatarsan”, “Təfəkkür həqiqətin tarlası, şəriətin yoludur”, “Təfəkkür isabətli dünyagörüşün əsasıdır” və s.

Ümumiləşmiş bir xülasə şəklində desək, bu gün elmimizin, o cümlədən ictimai və humanitar elmlərimizin başlıca qayəsi, məqsədi, fikrimcə, ondan ibarətdir ki, yararlı ideyaların doğulması ilə yanaşı, bu ideyaların böyüdülüb başa çatdırılmasına da qadir olaq. Yalnız bu gücü əldə etdikdən sonra biz qlobal dünyanın qlobal təfəkkürə olan ehtiyacının ödənilməsində öz töhfəmizi verə bilərik. Eynilıə, belə intellektual kamillik, düşünürəm ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən aktuallığı və əhəmiyyəti əsaslandırılan bir çox taleyüklü məsələlərin həllində olduqca mühüm rol oynaya bilər. Hörmətli oxucuların diqqətinə təqdim edilən “Müasir fəlsəfə, elm və vədəniyyət: postneoklassik epistemologiya” adlı bu kitab da məhz həmin məqsədin və ondan irəli gələn vəzifələrin reallaşması qayğısından yaranıb.

Müasir fəlsəfənin vəziyyətinə və perspektivlərinə dair nəzərdə tutulmuş əsərlər silsiləsində sayca ikinci olan bu elmi məqalələr toplusunda metodoloji, qnoseoloji, aksioloji problemlərə, elmi idrakın müasir tələblər baxımından xüsusiyyətlərinə, sosial epistemologiyanın vəziyyətinə, yeniləşməkdə olan mahiyyətinə və perspektivlərinə dair mülahizələrə, məqsədli surətdə, daha çox yer ayrılıb. “Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə, təhsil” adlı birinci kitab bu ilin əvvəlində nəşr edilmişdir. Dərin minnətdarlıq hissi ilə vurğulamaq istərdik ki, bu kitabların işıq üzü görməsi ölkəmizdə fəlsəfi tədqiqatların inkişafına böyük maraq və qayğı göstərən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun hərtərəfli dəstəyi hesabına mümkün olmuşdur.

Aşağıda aparıcı mövzunun “nüvə”sinə, yəni postneoklassik epistemologiyaya dair azərbaycandilli oxucularımız üçün yığcam bir məlumatın (açıqlamanın) verilməsini zəruri bildik. Burada təqdim olunmuş müddəalar daha əhatəli və əsaslandırılmış surətdə müəllifin bu topluda rus dilində nəşr edilmiş “Postneoklassik epistemologiya: zərurəti və mahiyyəti” başlıqlı məqaləsində işıqlandırılır.

Fəlsəfə, ictimai və humanitar elmlər kompleksi üçün epistemologiya məsələləri həmişə mühüm əhəmiyyət kəsb edib və diqqət mərkəzində olub. Köklü transformasiyalar şəraitində isə adekvat epistemologiyalara tələbat daha da artır, qlobal və ictimai inkişafın müxtəlif sahələrilə bağlı ciddi problemlərin həllı zərurətindən doğan koqnitiv müstəvilərin qurulması, səmərəli üsul və yanaşmaların, idraki alətlərin axtarışı, yeni qnoseoloji-metodoloji zəminlərin işlənib hazırlanması, aksioloji meyarların dəqiqləşdirilməsi, müvafiq ideya və prinsiplər sisteminin, hətta leksika və prosedurların təklif edilməsi aktual və təxirəsalınmaz vəzifəyə çevrilir. Belə ki, epistemoloji qeyri-müəyyənlik, qnoseoloji qərarsızlıq və yaxud da səmərəsizliyi, yanlışlığı əvvəlcədən bəlli olan metodologiyalara müraciət, innovasion tələblərə cavab verən idraki silahın yoxluğu nəinki konkret ictimai və bəşəri problemlərin həllini çətinləşdirir, eyni zamanda fəlsəfə və sosiohumanitar elmlərin öz daxilində yaşanan böhranı dərinləşdirir. Nəticədə həm elmlərin öz inkişafında tənəzzül baş verir, həm də onların qarşısında qoyulan sosial sifarişlər ödənilmir.

Bu gün, mahiyyəti üzrə desək, söhbət yalnız hansısa ayrıca metodoloji yanaşmadan və yaxud prinsipdən, mövcud olan idraki konseptə, təhlil arsenalına nəyisə əlavə etməkdən getmir. Gündəlikdə, ümumən, yeni elmi paradiqma, optimal epistemologiya problemi dayanır. Vacibdir ki, idraki konseptin özü köklü surətdə yeniləşsin, zamanın tələblərinə cavab verən məzmun-mahiyyət daşısın. Yalnız belə əsaslı konsept əvəzlənməsi, epistemoloji yeniləşmə çərçivəsində aktual problemlərin yetərli həlli mümkündür. Bu səbəbdən də hal-hazırda Azərbaycan fəlsəfə elminin qarşısında duran vəzifə və prioritetlər onun qabaqcıl elmin müasir epistemologiya sahəsində əldə etdiyi səviyyəyə müvafiqliyi kontekstdən qavranılmalı və reallaşdırılmalıdır.

Ən əvvəl, söhbət müasir dünyada qərarlaşan postneoklassik elmi paradiqmanın mahiyyətinə varmaqdan, onu mənimsəyərək milli zəmində inkişaf etdirməkdən gedir. Sanballı söz, fikir-əməl sahibi kimi beynəlxalq elmi əlaqələr sisteminin fəal və nüfuzlu aktoru olmaq arzusu da buradan keçir. İnteqrativ missiya, təfəkkür və əməldə nizamyaradıcı funksiya daşıyan, zəmanənin dərkini və özünüdərkini, gedişatın rasionallıq (konstruktivlik) şəbəkəsinin qurulmasını üzərinə götürmüş fəlsəfəmiz “əmək bölgü”sündə öz borcunu qabaqcıl elmin əldə etdiyi zirvəyə yüksəlməklə ödəyə bilər. Məhz bu epistemoloji zirvəyə yüksəlməklə o, Azərbaycan elminin, xüsusən də ictimai və humanitar fənlərin gücünü, sosial sifarişlərə çevik və işgüzar reaksiya vermək qabiliyyətini təminatlandırar, dünya elminə dəyərli töhfələr təqdim etməkdə yardımcı olar. Elə fəlsəfə və elmimizin milliliyi də bundadır – “bəşəri sərvət” adına layiq intellektual məhsulun ortaya qoyulmasında! Bu, “XXI əsr – kreativ, zəngin və qüdrətli Azərbaycan” strateji proyektinin reallaşması üçün başlıca qarantdır.

Postneoklassik elm və epistemologiya klassik və neoklassik idrakdan mütləq imtinanı nəzərdə tutmur. O, əvvəlki mərhələlərə münasibətdə yeni olsa da, müəyyən mənada onların yaradıcı davamıdır, yəni varislik prinsipi əsasında formalaşmaqdadır və buna uyğun da fəaliyyət göstərməkdədir. Hətta, deyərdim ki, klassik və xüsusən də neoklassik idrakın bir sıra dəyərli prinsipləri məhz postneoklassik idrak sistemi daxilində daha da böyük evristik güc, instrumental dolğunluq və səmərəlilik əldə edirlər. Bunu ayrı-ayrı sahələrdə aparılan konkret elmi tədqiqatlar təsdiqləyir.

Burada, öncədən, bir terminoloji məqama da münasibət bildirmək istərdim. Söhbət “postneoklassik” və “postqeyri-klassik” terminlərindən gedir. Hal-hazırda ikisindən də istifadə olunur. Bu mənzərəni təqdim etdiyimiz toplunun məzmunundan da görmək mümkündür. Müasir rus tədqiqtçıları, iqtisadçılar istisna olmaqla, “qeyri”dən istifadə edirlər, yəni “qeyri-klassik elm”, “qeyri-klassik metodologiya”, “qeyri-klassik paradiqma” kimi ifadələr işlədirlər. Analoji olaraq, onlar – ilk növbədə filosoflar nəzərdə tutulur – yeni mərhələni, akademik V. S. Styopindən başlayaraq, “postqeyri-klassik” mərhələ adlandırırlar. Yalnız rus iqtisadçı alimlərin əksəriyyəti, ABŞ, Qərbi Avropa, Yaponiya, Çin və başqa aparıcı ölkələrin mütəxəssisləri kimi “neo”ya üsiünlük verirlər. Məsələn, “qeyri-klassik iqtisadiyyat” yox, “neoklassik iqtisadiyyat” deyirlər. Azərbaycan elmində və fəlsəfəsində də yekdil fikir yoxdur, seçim müxtəlifdir. Elə filosoflarımızın çoxu, sanki rus elmi ənənəsinə uyğun olaraq, “qeyri” önşəkilçisinə müraciət edirlər. Sual yaranır: bəs, məqbul olan nədir – “neo”, yoxsa “qeyri”? “Neoklassik” və “postneoklassik” deməliyik, yoxsa “qeyri-klassik” və “postqeyri-klassik”?

Fikrimcə, “neo” önşəkilçisinin istifadəsi bir sıra səbəblər üzündən daha məqbuldur. Belə ki: 1) “neo”, “qeyri”dən fərqli olaraq, mexaniki inkara, təkzibə deyil, varisliklə innovasiyalığı üzvi şəkildə sintezləşdirən ardıcıl və dinamik inkişafa işarədir – yəni, yeniləşmə həmişə zəruri və mümkündür, lakin tarixi təcrübəyə, elmi-mədəni irsə, keçmiş qazanclara qayğıkeş və həssas münasibət, onlardan müasirlik naminə yaradıcı istifadə hər bir pozitiv yeniləşmənin, islahatlar sisteminin mühüm şərtidir; 2) “neo”nun daşıya biləcəyi intellektual yük formalaşmaqda olan və artıq qüdrətini göstərən yeni epistemologiyanın ideya və prinsiplərinin mahiyyətinə daha müvafiqdir; 3) hər halda, müasir dövrün bir çox görkəmli alimləri, o cümlədən – Nobel mükafatı laureatları, “neo”ya üstünlük verirlərsə, deməli, düşünməyə dəyər.

Postneoklassik epistemologiya aşağıdakı şərtlər daxilində formalaşmaqdadır:



I. Adekvatlıq və obyektivlik tələblərinin yeni anlamda ödənilməsi – təfəkkür və gerçəklik, subyekt və obyekt münasibətlərində, sistemdaxili əlaqələrdə daha çöx həssaslığa, qayğıkeşliyə, tolerantlığa və razılaşmaya doğru transformasiya. Zəruri olarsa, gerçəkliyin qeyri-səlis(dəqiq)liyi, qeyri-müəyyənliyi ilə nəinki hesablaşmaq, həm də razılaşmaq. Obyekt haqqinda danışarkən, onun özünün “söz payı”nı əlindən almamaq; sərt yox, yumşaq hesablamalara (inteqrallaşmaya) üstünlük vermək. Əksliklər-alternativlər nisbətində “həqiqət ortadadır” kimi cəbri yanaşmadan deyil, “ortada problemdir” prinsipindən çıxış etmək və problem situasiyanın həllində (müəyyənləşməsində) hansısa “hissə”nin iddiasını ödəyən mütləq təkzibetmə-məhfetmə üsulunu yox, bütövlükdə “tam”ın və hər bir tərəfin əhəmiyyətli maraqlarının gözlənilməsini vacib bilən sinergizm prinsipini rəhbər tutmaq. Yəni, o həll yolu, üsul və metodologiya həqiqi, doğru sayılır ki, qeyri-müəyyən problem situasiyanı aydınlaşdırmaqla yanaşı, qarşılıqlı anlaşma və faydalanma əsasında daha çox aktorlara ümumi quruculuqda iştirak və yaradıcılıq imkanı verir, “tam”ın daxili konsolidasiyasını və gücünü artırır.

II. Müasir elmə xas olan aparıcı tendensiyaların, səciyyəvi xüsusiyyətlərin nəzərə alınması:

- Elmlər kompleksinin ümumi diqqət mərkəzində dayanan idrak obyekti haqqında ayrı-ayrı fənlərin əldə etdikləri biliklərin “ümumi məxrəcə” gətirilməsi və onların arasında mübadilənin reallaşması məsələsi ortaya çıxır ki, bu da biliklərarası sistemliliyi və sinergizmi tələb edir. Beləliklə, elmlərin vahidliyi problemi daha da aktuallaşır. Ona görə də, yəni postneoklassik epistemologiya elmlərin vahidliyi zəminində qurulmaqla, daha məhsuldar və evristik ola bilir.

- Son onilliklərdə elmi dünyagörüşün köklü yeniləşməsinə təkan vermiş bir sıra qeyri-ənənəvi elm sahələri olmuşdur: sinergetika, xüsiyyətlər nəzəriyyəsi, fəlakətlər nəzəriyyəsi (yeni mərhələ), xaos nəzəriyyəsi (yeni baxışda), bifurkasiyalar nəzəriyyəsi, böhranlı hallar nəzəriyyəsi, Lütfi Zadənin qeyri-səlis riyaziyyatı, yumşaq hesablamalar konsepti, Corc Sorosun refleksivlik nəzəriyyəsi, Rafiq Əliyevin Soft Kompütinq və hibrid intellektual sistemlər nəzəriyyəsi, neyrokompütinq, süni intellekt nəzəriyyəsi və texnologiyası, ehtimali hesablamalar konsepti və s.

- Bütün bu istiqamətlərin vahid bir elmi məkanda sintezləşməsi baş verib ki,bu da mürəkkəblik fəlsəfəsi və mürəkkəb sistemlər nəzəriyyəsidir. Öz intişarı və təşəkkülü baxımından bu fəlsəfə və nəzəriyyə əsasən aşağıdakı idraki “qol”lara borcludurlar: 1.Mürəkkəblik fenomeninin xüsusi olaraq öyrənilməsi (Q.Çeytin, A.Kolmoqorov, P.Anoxin, Q.Nikolis, İ.Priqojin, İ.Stengers, G.Haken, A.Şeroziya, V.Frankl, R.Ə.Əliyev, Ə.F. Abbasov və b). 2.Özünütəşkil, özünükorreksiya və sinergetik effektlərin, fluktuasion və bifurkasion vəziyyətlərin öyrənilməsi. 3.Elmdə qlobal riyaziləşmə və kompüterləşmə, abstraksiya və formalizasiya gücünün artması, yeni riyazi fənlərin yaranması (oyunlar nəzəriyyəsi, qərar qəbuletmənin riyazi nəzəriyyəsi, informasiya nəzəriyyəsi və informatika, optimal idarəetmə nəzəriyyəsi və s). 4.Konkret-elmi və praktiki fəlsəfənin təntənəsi (məntiqi empirizm, məntiqi pozitivizm, linqvistik fəlsəfə, praqmatizm).



III.İdraki arsenalın bilavasitə sosial rekonstruksiya və ictimai özünükorreksiya məqsədlərinə xidmət etməsi: o elmi paradiqma həqiqidir ki, insanları və cəmiyyətləri hesablanmayan (inteqrallaşmayan) fenomen və situasiyalar qarşısında aciz qoymur, qeyri-müəyyən, problemli situasiyanı daha da mürəkkəbləşdirmir, ona pozitiv nəticələrlə yekunlaşa biləcək yönüm verir və bu istiqamətdə yararlı üsul və formalar irəli sürür. Hər bir ideyanın doğruluğu onun yararlığı və uğurluluğu ilə ölçülür.

Müasir (postneoklassik) epistemologiyanın başlıca məqsədi insanların dünyagörüşündə, təfəkkür tərzi və fəaliyyət üslubunda demokratik dəyərlərə həssaslığı, rəğbət hissini gücləndirməkdən, qarşılıqlı hörmət və tələbkarlığı, nizam və məsuliyyəti artırmaq vasitəsilə əsas hüquq və azadlıqlardan istifadəni reallaşdırmaqdan, lokal, reqional və qlobal miqyaslarda harmoniyanı, tolerantlığı, humanizmi gücləndirməkdən ibarətdir. Bu hədəfə doğru fəaliyyətdə “məqsəd vasitələrə bəraət qazandırır” prinsipi yox, “təqdirəlayiq məqsəd öz fəzilətli vasitələrilə möhtəşəmdir!” ideyası, yəni mənəvi-etik tələblərin vacibliyi rəhbər tutulur.



Postneoklassikanın bəzi mühüm müddəa və prinsipləri: zəruri məhdudiyyətlərin gözlənilməsi şərtilə sistemin açıqlığı, alternativlər dialoqu, “tam”a xidmət edən özünütəşkil və sinergetik xassələrin mövcudluğu inkişafı daha təminatlı edir; müxtəliflik nisbətlərindən doğan ziddiyyətlərin mütləq təkzibetmə mövqeyindən həlli sistemi tənəzzülə aparır; vahidliyə (həmrəyliyə) xidmət etməyən müxtəliflik, sistemdaxili rəngarəngliyi dəyərsizləşdirmək kimi, sistemin məhfinə səbəb olur; subyektivizmin və ehkamçılığın bariz ifadəsi olan fundamentalizm (“təkcə”yə, “xüsusi”yə istinadın, “postulativ nöqtə”lərə əsaslanmanın mütləqləşdirilməsi) demokratiya və harmoniyaya deyil, avtoritarizmə və totalitarizmə, anarxiya və durğunluğa rəvac veririr; sistemlərin davranış və fəaliyyətində, özünükorreksiya və idarə olunmasında geridönməzlik, qeyri-düzyunktivlik, proseslərin kvantlanması və mərhələlənməsi, ehtimallıq və emercentlik, mərhələli determinasiya və optimallaşdırma, sosial entropiyanın ölçü daxilində saxlanılması, polibifurkasion vəziyyətlərdə imkanlar çərçivəsi daxilində optimal reallaş(dır)ma kanalının tapılması zərurəti, sistemyaradıcı və sisteməqovuşma xassələrinin variativliyi və mərhələli müəyyənləşməsi, təkamüli mürəkkəbləşmədə funksional zaman hökmünün vacibliyi, tarazlıq vziyyətlərinin qeyri-vahidliyi (çoxluğu) və sair prinsiplər.

Əbülhəsən Abbasov

Вместо введения

Проведенная конференция и представленные в предлагаемом вниманию читателей сборнике ее материалы являются первым опытом системного исследования в Азербайджане проблем постнеклассической философии, ее преломления и взаимодействия с наукой и культурой в целом. Нельзя сказать, что постнеклассическая философия является некой terra incognito для азербайджанских философов – многие из них давно и успешно работают в различных областях этого направления познания, свидетельством чего могут быть, хотя бы, представленные в сборнике статьи. Проблема заключена в другом: большинство исследований (но не все!) пока еще носят теоретический характер и мало связаны с практическими реалиями философии, науки и, особенно, современного азербайджанского общества. Между тем, внедрение принципов постнеклассической эпистемологии в исследования проблем современного общества эпохи глобализации и информационной революции в теорию и практику управления – важнейшая задача сегодняшнего дня.

Главная цель проведенной конференции заключалась не только в ознакомлении исследователей, занимающихся социально-гуманитарными и естественнонаучными проблема­ми, с потенциалом постнеклассической философии, но и в стремлении выявить те области исследований в Азербай­джане, в которых эта эпистемология уже применяется или же может с успехом применяться в ближайшем будущем.

В этой связи объектом пристального внимания становится современное образование в республике, призванное путем освоения новых постнеклассических технологий полностью реформировать систему преподавания, подняв «главный капитал современности» (образование) на новый уровень. К сожалению, приходится констатировать, что не только в преподавании отдельных дисциплин, но и самой философии, все еще довлеют старые методы и программы образования. Достаточно сказать, что доступные нам программы, пособия и учебники по различным философским дисциплинам, преподаваемым в высших учебных заведениях страны, практически не содержат материалов по постнеклассике, в лучшем случае ограничиваясь упоминанием оппозиции: «классическое – неклассическое познание». Сложившуюся ситуацию следует коренным образом менять, и в этом ракурсе проведенная конференция, собравшая представителей академической науки и преподавателей высшей школы, надеемся, станет первым шагом на пути реформирования системы преподавания гуманитарных, естественных и прикладных дисциплин. Здесь свое слово, думается, должны сказать ученые Института философии, социологии и права Национальной Академии наук Азербайджана: необходимо сконструировать/создать общую непротиворечивую систе­му/парадигму развития и взаимосвязи классического, некласс­и­ческого и постнеклассического познания, выработать методику и методологию освоения ключевых моментов этой системы в философии и отдельных науках. Проблему преподавания и методику обучения в контексте постнеклассического познания можно было бы обсуждать на специальном семинаре, объединяющем усилия академических работников и преподавателей ВУЗов. И, конечно же, важнейшей задачей является внедрение постнеклассических воззрений и методов в практику исследования современного азербайджанского общества, трансформирующейся культуры и системы ценностей. Особую значимость представляет собой также формирование постнеклассической философии управления (обществом, государством, экономикой, культурой, интеллектуальными ресурсами). Некоторые из этих задач рассмотрены в статьях Абульгасана Аббасова и в третьем разделе сборника, посвященном проблемам культуры, искусства и общества.

Отметим, что инициатива проведения конференции была выдвинута профессором Аб. Аббасовым, придерживающимся точки зрения, согласно которой третий этап познания следует обозначить как постнеоклассический (см. примечание к статье А.Ф.Аббасова «Постнеоклассическая эпистемология: необходимость и сущность»). Оставляя этот вопрос для дальнейших дискуссий, в названии данного сборника мы использовали устоявшийся термин – постнеклассический.

В сборнике публикуются статьи ряда российских философов, любезно предоставивших свои работы для данного издания. Нельзя не заметить, что эти статьи носят одновременно и теоретический и прикладной характер в исследовании той или иной проблемы постнеклассики. Выражая благодарность российским авторам, надеемся, что данный опыт сотрудничества найдет свое продолжение.

Следует признать, что в целом публикуемый сборник не однороден – наряду с серьезными исследованиями в нем представлены и чисто обзорные статьи. В оправдание можно сказать, что в сегодняшнем Азербайджане есть потребность и в таких статьях, и, кроме того, мы не преминули воспользоваться статьями молодых, только начинающих свою научную карьеру, исследователей.

Данная публикация является второй в своеобразной серии, посвященной состоянию современной философии. Первая – «Современная философия и Азербайджан: история, теория, образование» была издана в начале этого года. Издание этих книг стало возможным благодаря встесторонней поддержке президента Национальной Академии наук Азербайджана, академика М. К. Керимова, проявляющего большой интерес и заботу в развитии философских исследований в Азербай­джане.

Любые критические замечания и предложения читателей, высказанные в адрес нашего сборника, будут с благодар­ностью восприняты редколлегией.


Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin