Müasir fəlsəfə problemləri” şöbəsi MÜASİr fəLSƏFƏ, elm və MƏDƏNİYYƏT: postqeyri-klassik epistemologiYA


Qeyri-Qərb məkanlarına tətbiq etmək üçün idarə edilən xaosun aşağıdakı müddəalarını S.Mann işləyib tədqim etmişdir



Yüklə 2,59 Mb.
səhifə7/38
tarix01.01.2017
ölçüsü2,59 Mb.
#3891
1   2   3   4   5   6   7   8   9   10   ...   38

Qeyri-Qərb məkanlarına tətbiq etmək üçün idarə edilən xaosun aşağıdakı müddəalarını S.Mann işləyib tədqim etmişdir:

  • Liberal demokratiyaya dəstək;

  • Bazar iqtisadiyyatı yönündə islahatlara dəstək;

  • Siyasi hüquq və azadlıqların, əhalinin həyat standartlarının yüksəldilməsinin dəstəklənməsi; (5).

S.Manna görə hər hansı bir ölkədə mövcud olan münaqişənin həllində maraqlı olan dövlətləri daim gərginlik vəziyyətində yaşamağa məcbur edilirlər. Xarici təsirlərin iştirakı ilə nəticəsi sonadək həll edilməyən münaqişələr yeni geosiyasi reallığı yaradır. Beləliklə də, idarə edilən, “nəzarət olunan” xaos dünyası yaranır. Xaosu dəstəkləyənlər münaqişələri alovlanmaya qoymayaraq, eyni zamanda onların daim közərməsində, heç zaman sönməməsində maraqlıdırlar və bunu təmin edirlər. Bu yolla da konkret dövlət qərar qəbulu üçün fəaliyyət dairəsini daraldır və onları “idarə edilən xaos”un təşkilatçıları üçün sərfəli olan qərarlar verilməsinə sövq edirlər. Aşkar görünür ki, idarə edilən xaos əvəzinə “təşkil edilən xaos” sözünü də işlətmək olar.

Mürəkkəb sistemlərin məntiqi belədir ki, burada xaosdan nizam yaranacağına mütləq güvənmək mümkün deyil. Bunun səbəbi sistemi daxilində son qərarın verilməsi imkanlarının mövcudluğudur. Əgər siyasi sistemdə güclü lider, dövlətin elitası və xalq arasında milli birlik mövcuddursa, etimad varsa, inkişaf varsa xaos yaradılsa da, onu idarə etmək mümkün deyildir. Azərbaycanda 90-cı illərin təcrübəsi bunu sübut etmişdir.

Cəmiyyətdə baş verən proseslərdə xaosa yeni baxış, onun yalnız dəf edilməli və yalnız mənfi anlamlı amil kimi başa düşülməsi o demək deyil ki, xaosdan nizam hər dəfə öz-özünə labüd olaraq yarana bilər.

Xaosun yalnız dağıdıcı deyil, həm də yaradıcı potensial qüvvəyə malik olması idarə edilən xaos nəzəriyyəsində yanlış şəkildə sui-istifadə edilir. Məhz nəzəriyyənin kreativlik potensialına isnad edilir, daha doğrusu qidalanır. Mahiyyətə vardıqda isə, xaos vəziyyətinin təhlükələri o qədər qorxuludur ki, onun hər hansı məqsədlər üçün istifadəsi barəsində yalnız terroristlər düşünə bilərlər.

Hətta hesab edilir ki, ABŞ Sovetlərin dağılması üçün də bəhs edilən idarə edilən xaos nəzəriyyəsindən istifadə edib. Məhz M.Qell-Mannın metodikası əsasında Stiv Mann onun tətbiqi imkanlarını hazırlayıb.

İdarə edilən xaosu nəzəriyyə də adlandıranlar var, doktrina da, hətta yeni qlobalizm ideologiyası kimi qəbul edənlər də var. Bu mövqe tərəfdarlarına görə idarə edilən xaos doktrinası qlobalizmin başlıca elementi olmaqla, xaosdan öz məqsədlərinə nail olmaq, proseslərin məcrasını dəyişmək və arzu etdikləri tərəfə yönəltmək üçün yeni başlanğıc nöqtəsi kimi istifadə edilə bilər. S.Mannın isə “qeyri-sabitlik ” və inqilab ixracında böyük rolu olduğunu , hətta yeni siyasi texnologiyanın əsas ideoloqu olduğu qeyd edilir.

Xaosun “idarə edilməsi” yoxsa onun “təşkil edilməsi”

Ümumiyyətlə nəyi isə planlamaq mürəkkəb sistemlər konsepsiyasının mahiyyətinə ziddir. Belə ki, sadə sistemlər hətta güclü təsir qarşısında müqavimət gətirə bilərsə də, mürəkkəb sistemlər ən cüzi təsirlərdən tarazlığı itirə bilərlər. Xaosun idarə edilməsi, onun “porsiya və ya dozalarla” müəyyən edilməsi buna görə də qeyri-mümkündür. İndiyə qədər dünyada baş verən bütün inqilabların nümunəsi göstərir ki, onların seləbənzər axınının qarşısını almaq mümkün olmamışdır. Burada daha bir məqamın nəzərdən qaçırılması hiss edilir. Xaotik sistemlər tarazlıqdan ifrat qeyri-uzaq sistemlərdir. Sosial sistemin inkişafına dair nəzəriyyələrdə mübahisəli məqam olan “böhran, təşəkkül, inkişaf ” pillələri arasındakı çətin seçilən hüdudların ayırd edilməsi özü də mürəkkəb məsələdir. Ən başlıca qənaət isə bundan ibarətdir ki, müasir cəmiyyətdə baş verən prosesləri təhlil etməyə iddialı olan hər bir siyasi nəzəriyyə, elmi konsepsiya, strategiya hökmən: 1) mürəkkəb sistemlərin müəyyən məqamlarda müxtəlif təbiətli (cüzi hesab edilən) başlanğıc təsirlərə məruz qalması, onların sonucda gözlənilməz böyük effektli nəticələr verə bilməsini; 2)bu məqamlarda sistemin qarşılıqlı vəhdət və bağlılıq prinsiplərinə olduqca həssas olmasının nəzərə almalı və 3) hər hansı ehtimal və proqnozların özündə qeyri-xətti, xaotik determinizm prinsiplərinə əsaslanan “ssenarini” təsvir edə bilməlidir. Bu idarə edilən obyektin fərqli fokus nöqtələrindən təhlil etməyə imkan verir, inkişaf konseptinin özünü inkişaf konsepti ilə tamamlanaraq zənginləşməsinə şərait yaradır.

“Qum təpəsi” sofizmini yada salsaq belə sual ortaya çıxır: hansı qum dənəsindən başlayaraq təpə çökməyə, dağılmağa başlayır? Böhran həddi qeyri-sabit, dinamik bir prosesdır. Özününtəşkil edən böhran vəziyyəti isə, əksinə, nizamın fəlakətli dəyişməsi nəticəsində hər hansı bir sabitlik formasına gələ biləcək çoxsaylı aktorlar çoxluğunu ifadə edir. Nizamın fəlakətli dəyişməsindən sonra Sovetlər İttifaqının dağılmasını (“domino effekti”) buna misal çəkmək olar.

S.Mannın “Xaosa reaksiya” məqaləsi özünütəşkil edən böhran vəziyyətini müzakirə edir. O mürəkkəb sistemlərdə cüzi təsirlərin təhlükəli olduğunu qeyd edir. Beynəlxalq münasibətləri isə onun fikrinə görə nizam mövcud deyil. İkiqütblü dünyanın bərpası mümkün deyil və yeni dünya nizamı mövcuddur. Özünütəşkil edən böhran vəziyyəti- siyasi mühiti ifadə edir. Bu metafora deyil, reallıqdır. “Xaos ideyası və onun sosial mühitdə istifadə edilməsi artıq məqbul hesab edilə bilər. Biz, məsələn, İraq hərbi sistemini və ya Səddam hakimiyyətini dağıtmaqla öz milli maraqlarımızı təmin etmək üçün böhran məqamlarından istismar etməyə açıq olmalıyıq” (6).

Adi gözlə belə sezilir ki, müəllif öz ölkəsinin maraqların beynəlxalq sabitliyin və qlobal təhlükəsizliyin prioritetləri ilə bir sıraya qoyur, daha doğrusu onları eyniləşdirir. “Biz artıq istəsək də, istəməsək də xaosu tezləşdirən bir sıra siyasi gedişləri müəyyən etmişik. Demokratiyanın bərqərar edilməsi, bazar iqtisadiyyatı islahatlarının keçirilməsi, KİV-lərin inkişaf etdirilməsi və s. böhran nəzəriyyəsi göstərir ki, istənilən sabitlik böhran məqamında meqasabitlik deməkdir. Diplomatiya, müharibə sənəti vasitəsi ilə xaotik proseslər və beynəlxalq münasibətlərin xaotik təbiəti üzərində qələbə çalmaq böyük şərəfdir. Kiçik dəyişiklikləri yaradan səbəblərin mexanizmi böyük dəyişikliklər üçün də eynidir. Mürəkkəb sistemlər sabit olmurlar, bir metasabit durumdan digərinə keçirlər. Beynəlxalq aktorların davranışı isə, xaotik qarşılıqlı təsirin nümunəsidir” (7).


Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin