Müasir fəlsəfə problemləri” şöbəsi MÜASİr fəLSƏFƏ, elm və MƏDƏNİYYƏT: postqeyri-klassik epistemologiYA



Yüklə 2,59 Mb.
səhifə17/38
tarix01.01.2017
ölçüsü2,59 Mb.
#3891
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

Keçid dövrünü yaşayan cəmiyyətdə kommunikativ sahənin inkişafı çox mürəkkəb və ziddiyyətli xüsusiyyət daşıyır. Bu ziddiyyəti xarakterizə edən əsas cəhət ondan ibarətdir ki, bir tərəfdən bu proseslər neqativ sosial nəticələrə səbəb olur, digər tərəfdən isə bəşəriyyətin inkişafı üçün yeni imkanlar açır. Cəmiyyətdə durmadan artan elmi-texniki inkişafla sosial strukturlar arasında yаranan rabitəsizlik mövcud situasiyanı ağırlaşdırır. Bu da, öz növbəsində, qeyd olunan strukturlar arasında harmoniyanın pozulmasına səbəb olur, konfliklərin zamanında və obyektiv həllinə maneçilik törədir. Kommunikativ-infor­masion texnikanın inkişafı bilvasitə ünsiyyətin inkişafına, kommu­nikasiya proseslərinin intensivləşməsinə böyük imkanlar yaradır. Bir tərəfdən insanların informasiya qəbul etmək və informasiya vermək imkanları artır, yəni sosial təcrübənin müxtəlifliyinin artmasına, sosial fəaliyyətin bütün növlərinin intensivləşməsinə şərait yaranır. Digər tərəfdən isə həyata keçən birbaşa əlaqələr sosial kommunikasiya proseslərinin mahiyyətində dəyişikliyə səbəb olur. Bu əlamət, xüsusilə, KİV-də özünü daha çox büruzə verir. İstər təqdim olunan fikirlərin məntiqi mahiyyəti və ardıcıllığı baxımından, istərsə də dilin qaydalarına riayət olunması baxımından neqativ halların son dərəcə artması müşahidə olunur. Ən qorxulusu isə bu halların adiləşməsi, kütləvi xarakter almasıdır.

Neqativ mahiyyət kəsb edən məsələlərdən biri də ondan ibarətdir ki, kommunikasiya imkanlarının artması özgələşmə proseslərinin sürətlənməsinə səbəb olur. Bu öz-özlüyündə müsbət bir hal kimi qiymətləndirilə bilməz. Təsadüfi deyil ki, son dövrlərdə qarşılıqlı anlaşma, dialoq məsələlərinə bütün səviyyələrdə bu qədər böyük əhəmiyyət verilir. Bu isə, öz növbəsində, dialoq fəlsəfəsinin inkişafına rəvac verir. Və bir çoxları haqlı olaraq dialoqu sosial kommunikasiyanın ən mükəmməl növü kimi qiymətləndirirlər.


Kommunist rejiminin süqutundan sonra dünyada yeni düzən formalaşmağa başladı. Etnoslararası konfliktlərin, terror aktlarınn artması, bir çox hallarda hüquqi normalara etinasız münasibət, yaranan yeni müharibə ocaqları dünya kommunikativ məkanına yeni ab-hava gətirdi. S.Hantiqtonun belə bir fikri vardır: “... görünür, bir tərəfdən müasir sivilizasiyada baş verən təzadlar kontekstində, qloballaşma və ictimai proseslərin inteqrasiyası arasında mövcud olan ziddiyyətlər, digər tərəfdən isə mədəni identikliyin, etnokonfessional bütövlüyün qorunub saxlanmasına cəhdlər fonunda “soyuq müharibədən” sonra dünyada faydalı yönəliklikləri müəyyənləşdirmək üçün “harmonik dünya paradiqması” gerçəklikdən çox uzaq düşmüşdür”. (2, s. 32) Aydındır ki, müasir sosial məkanda baş verən dəyişikliklər kommunikativ proseslərin istiqamətinə və məzmununa da əhəmiyyətli təsir göstərir.

Demokratik dəyişikliklərdən gözlənilən nəticələrin əldə edilməsi bir sıra peoblemlərlə rastlaşır. Bu, ilk növbədə, insanın mövcud şəraitdə özünün həyati perspektivlərinin, eləcə də mənəvi, əxlaqi dəyərlər kontekstində yaşam prioritetlərinin müəyyənləşdirilməsi, yeni şəraitə adaptasiyada psixoloji imkanlarının götür-qoy edilməsi ilə bağlıdır. Bu sırada müasir kommunikativ məkanda baş verən dəyişikliklərin ənənəvi, tarixən formalaşmış mexanizmlərə qlobal təsiri özünü göstərir və bu şəraitdə insanın yeni sivilizasion şərtlərə uyğunlaşmasını təmin etmək üçün müasir kommunikasiya formalarının axtarışı tələbatı yaranır. Bəşəriyyətin əsrlərdən bəri “özümüz” və “özgələr” prinsipinə əsasən bölünməsi müasir informasiya şəraitində yeni mərhələyə qədəm qoyur, yəni burada mədəni-ərazi (Qərb-Şərq), konfessional, mədəni və ya sivilizasion parametrlər, iqtisadi inkişaf səviyyəsi və s. nəzərdə tutulur. Müasir qloballaşma şəraitində “özümüz” və “özgələr” kontekstində proseslərin dərin inteqrasiyası dini, etnik, dil zəminində sosial və mədəni konfrantasiya təhlükəsini qaçılmaz edir.

Sivilizasiyanın nailiyyəti hesab olunan qlobal İnternet sistemi müasir dünyada vahid informasiyon-kommunikativ məkanın yaranmasına səbəb olmuşdur. Əlaqə imkanlarının genişlənməsi, böyük insan kütləsinin qarşılıqlı əlaqələr qurmasında yaranan və getdikcə artan imkanlar belə bir təsəvvür yaradır ki, bu obyektiv əlaqələr insanların birləşmək cəhdlərini gücləndirməli, onların arasında harmonik, insani münasibətləri inkişaf etdirməli, bəşəriyyət qarşısında duran sosial və iqtisadi problemlərin həll edilməsində yeni yolların aşkar edilməsinə vəsilə olmalıdır. Əslində isə, dünyanın müasir durumu tamamilə yeni mahiyyətli problemlər ortaya qoyur. Bu, ilk növbədə, sosial reallığın mədəni-kommunikativ sahəsində özünü büruzə verir. Mədəniyyətlərin dialoqu, onların arasında konsensusun bərqərar olması, tolerant şüurun əldə edilməsi və heç olmasa, nisbi qarşılıqlı anlaşmanın təmin edilməsi bu gün bəşəriyyətin qarşısında duran mühüm məsələlərdəndir. Bu məqamda Martin Haydeggerin bir fikrini qeyd etmək yerinə düşər: “... texnika getdikcə daha çox insanı torpaqdan qoparır və bununla da onu kökündən ayırır. Bu yaxınlarda mən Yerin kosmosdan çəkilmiş foto şəkillərinə baxanda qorxdum. Bizə atom bombası lazım deyil, insanın kökünün kəsilməsi göz qabağındadır” (1, s. 242).

Deyilənlərdən belə bir qənaət yaranır ki, bu gün kommunikasiya problemlərinin əhatəli təhlilini reallaşdıra biləcək müstəqil elm sahəsinə böyük ehtiyac hiss olunur və bir çox dünya alimləri bunu kommunikalogiya elmi kimi qəbul etməyi təklif edirlər. Qeyd etmək lazımdır ki, müxtəlif elm sahələrində “sahə kommunikasiya” nəzəriyyələri yaranmışdır. Lakin müasir gerçəklik bununla kifayətlənə bilmir. Mövcud şərait qarşıda duran problemlərin əsaslı, ətraflı, obyektiv təhlilinin həyata keçirilməsini aktuallaşdırır və bu sahəyə aid yeni paradiqmaların, müvafiq metodologiyaların yaradılmasını zəruriləşdirir.


Ədəbiyyat:

1. Философия Мартина Хайдеггера и современность. М., Наука, 1991.

2. Хантингтон С. Столкновение цивилизаций. М., 2003.

Qəşəmoğlu Ə.

Ahəngyol elmi – müasir dövrün tələbi kimi

Elmin əsas funksiyası insanlara onların qarşılarına çıxdığı problemləri həqiqət meyarlarına uyğun olaraq həll etməyə kömək etməkdir. Əsas məsələ bu meyarların daha dəqiqliklə müəyyən edilməsi və daha əhatəli məntiqi sistemin hazırlanmasıdır. Bu meyarların daha dəqiq olmasını yoxlamaq üçün insan idrakının imkanları daxilində daha çox mümkün olan metod həmin meyarların kainatın mövcudluğu, fəaliyyəti qanunları ilə müqayisə olunmasıdır. Bu müqayisəni apara bilmək imkanları artiqca elmin daha da təkmilləşməsi üçün imkanlar artır. İnsanın müəyyən məntiqlə araşdırmalar aparmaqa başladığı ilk dövrlərdən indiyədək elmi sistemlərin təkmilləşməsi prosesi getməkdədir. İnsanın idraki inkişaf etdikcə, yer üzünün daha əhatəli şəkildə dərk etdikcə, həyatın diktəsini daha çox nəzərə aldıqca elmi sistemlərdə təkmilləşmə imkanları artır. İndiki vaxtda yer üzündə analoqu olmayan bir proses - geniş miqyaslı qlobollaşma prosesi getməkdədir. Bu proses ortaya yeni tələblər qoyur. Yeni – daha mükəmməl elmi sistemlərin yaranması həyatın tələbidir. Bu məsələdən danışanlar indiki zamanda tez-tez qeyri klassik, post qeyri klassik baxışlardan söz açır. Bu məqalədə məsələyə tamamilə başqa bir mövqedən yanaşılır və yeni elmi sistem – Ahəngyol elmi sistemi təklif edilir. Bu elmi sistem 2006-207 ci illərdə müəllif tərəfindən təklif edilmişdir və indiki zamanda dünyanın bir sıra aparıcı elmi mərkəzlərinin diqqət mərkəzindədir. Dövrümüzün böyük alimi Ə. Lütvizadənin də dəstəklədiyi bu elm sahəsi ətrafında indi xüsusi ilə ABŞ - ın Koliforniya Universiteti, Yaponiyanın, Türkiyənin, Rusiyanın və Cinin bir sıra elm mərkəzləri müzakirə aparmaqdadırlar.


Ahəngyol elminin yaranması zərurəti

Aristotel və s. tərəfindən formalaşdırılan fəlsəfi məktəb elmin diqqətini daha cox Yer qanunlarına yönəltdi. Bu təbii idi. İdrak ən əvvəl daha yaxşı qavradığı məsələlərə daha diqqətli olur. Beləliklə elm ümumi sistem – kainatın prinsipləri ilə yox, alt sistemin – Yerin prinsipləri ilə formalaşıb inkişaf etməyə başladı. Hətta yerin də prinsipləri tamamilə nəzərə alınmadı – yalnız rasional biliklər ön sıraya keçdi. İndi ortada olan elmi sistem əsasən rasionallıq prinsipləri üstündə formalaşmışdır. Amma, hər halda, qədim şərq fəlsəfəsi və Platon fəlsəfəsi Şərq alimləri arasında paralel olaraq metafizik düşüncəni də formalaşdırıb inkişaf etdirirdi.

Elm sahəsində liderlik qərb alimlərinə keçdikdə isə daha ciddi itkilər baş verdi. Qərb alimləri şərq elminin mənbəyi olan vəhy və bəsirət barədə lazımi təsəvvürə və duymaya malik olmadıqlarından bir cox sahələri mexaniki olaraq öyrənərək istifadə etməyə başladılar. Eyni zamanda müəyyən hallarda plagiatlıqla istifadə etdikləri elmləri axıra qədər dərk etmədən, səhf özüllər üzərində inkişaf etdirdilər. Nəticədə elm sahələri XYİİ ci əsrdə biri birindən təcrid olaraq inkişaf etdirildi. Bu, kainatın ahəng prinsiplərinə zidd olan bir yol idi.

Beləliklə, səhf elmi düşüncə əsasında ortaya xeyli nöqsanlı fəlsəfi nəzəriyyələr çıxdı. Bu fəlsəfi nəzəriyyələrin idarəetmə sahəsində verdiyi tövsiyyələr də dünyanı indiki qan çanağına döndərdi. Qərbin özü də indi elm sahəsində yaranmış boşluğu, nöqsanları hiss etməkdədir. Bu nöqsanların ortadan götürülməsi üçün sinergetika elmini formalaşdırıb inkişaf etdirməkdədir. Amma sinergetikanın özü nöqsanlı elm sahələrinin nöqsanlı şəkildə, daha cox mexaniki şəkildə birləşməsinin məhsuludur. Gercəklik isə dünyəvi elmlərin kainat, təbiət qanunlarına adekvat sahələrinin yaranmasını tələb edir. Ahəngyol elmi bu mənada irəli atılmış ciddi addımdır.



Şərq və Qərb mədəniyyətinin təkamül xüsusiyyətləri: Şərq mədəniyyəti uzun minilliklər boyu gözəl coğrafi şəraitdə, günəş enerjisinin bol olduğu isti iqlimdə, təbiətlə sıx təmasda formalaşıb və onun mahiyyətini harmoniya(ahəng) prinsipləri xarakterizə edir. İnsanların sayı artdıqca şərqdə əhali sıxlığı yarandı. Qərblilər 5-6 min il əvvəl müharibələr, qanlı vuruşlar nəticəsində Şərqdən baş götürüb qaçanlardır. Onları indiki qaçqınlar və məcburi köçkünlərlə müqayisə etmək olar. Köçün ilk dövrlərində qərblilər ilk növbədə günəş enerjisindən, rahat həyat şəraitindən, mədəniyyət, incəsənətlə məşğul olmaqdan məhrum oldular. Onlar şərqdən gələcək təhlükənin qorxusu içində sərt coğrafi mühitlə üz üzə qaldılar və həyat uğrunda mübarizəyə başladılar. Beləliklə qərb mədəniyyəti münaqişələr və praqmatiklik prinsipi əsasında formalaşdı. Münaqişələr qərbli psixikasını ahəngdən uzaqlaşdırdı. Praqmatiklik isə onların diqqətini kainat prinsiplərindən daha çox yer planetinin prinsiplərinə yönəltdi. Qərbli həyat üçün olduqca vacib olan biliklər əldə etdi. İndiki zamanda şərq mədəniyyətinin ahəng ruhu ilə qərb mədəniyyətinin praktiklik ruhunun birləşməsi həyati zərurətdir. Qərblinin rasional, məntiqi prinsiplər əsasında formalaşan elmi şərqlinin vəhy və bəsirət əsasında formalaşmış elmini daha aydın şəkildə dərk olunması üçün əvəzsiz vasitədir. Qərblinin elm sahəsində əldə etdiklərinin ahəng prinsipləri ilə redaktə olunmasına ciddi ehtiyac var.
Ahəngyol elminin əsas müddəaları:

1. Bu gün, ortada olan fəlsəfə elm sahələri rasional düşüncə əsasında formalaşıb. Artıq hər kəsə

məlumdur ki, həyat yalnız rasional amillərin təsiri altında deyil. Deməli rasional məntiq əsasında yaranmış elm birtərəfli elmdir və təbii olaraq ahəng prinsiplərini pozmağa məhkumdur. Ortada olan fəlsəfə və elmi sistemdə kifayət qədər qüsurlar vardır. Ona görə də həyatın hər sahəsində qüsurlu elmi tövsiyyələr verilir. Məhz bunu nəticəsidir ki, indi ekoloji, iqtisadi, mənəvi, siyasi hərbi və s. sahələrdə müəyyən problemlərlə üz – üzəyik. Dünyanı fəlakətdən qurtarmaq üçün ilk növbədə daha mükəmməl, kainat qanunlarına adekvat elmi düşüncəyə ehtiyac var. Azərbaycan öz energetik, coğrafi şəraitinə, unikal mədəniyyətinə görə belə bir elm sahəsinin formalaşıb inkişaf etməsi üçün böyük potensiala malikdir. Vaxtında bu potensialı üzə çıxarmaq tarixi strateji bir məsələdir. Ahəngyol elmi(fəlsəfəsi) bu sahədə atılmış bir addım kimi qiymətləndirilə bilər.

1. Ahəngyol elmi(fəlsəfəsi) dünyanın vəhdətdə olduğu həqiqətini əsas tutaraq, bütün sahələrdə elmi tədqiqatların ahəng məntiqi ilə, ahəng meyarlarını əsas tutaraq aparılmasını vacib sayır. Elmin bütün nəaliyyətlərinə böyük önəm verməklə, onlardan yalnız ahəngə xitməd prinsipi ilə istifadəni zəruri hesab edir. Hər hansı bir sahədə aparılan tətqiqatlar geniş mənada ahəngin pozulmasına yol açılırsa həmin tətqiqatların tətbiqinin ən azı müvəqqəti olaraq (onun ahəngə xidmət edəcəyi vaxta qədər) dayandırılmasını məqsədəuyğun bilir.

2. “Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri (Ahəngyol elminə giriş)” adlı monoqrafiyada sosial sistemlərin ahəng prinsipi ilə idarə olunması sahəsində tamamilə yeni bir nəzəriyyə, elm sahəsi (ahəngyol) təklif edilir. İstənilən sahədə idarəetmənin ən mühüm meyarının harmoniya(ahəng) olduğu fikrində olan müəllif, ahəng qanunlarının öyrənilməsində sistem nəzəriyyəsinə böyük üstünlük verir. Monoqrafiya şərq və qərb fəlsəfəsinin biri birini tamamlayaraq tətqiqata cəlb olunması, dini kitabların fəlsəfi yöndən öyrənilməsi və sistemli yanaşma metodlarından dərindən istifadə əsasında yazılmışdır. Kitabda “ilahi qüvvə”, “ruh”, “mələk”, “enerji”, “həssas dünya”, “ahəng”, “peyğəmbər”, “vəhy”, “bəsirət”, “qabiliyyət”, “din”, “dini sistem”, “sonsuzluq”, “kainat”, “vücud”(“orqanizm”), “həqiqət”, “elm”, “sistem”, “insan”, “mədəniyyət”, “sosial”, “tərəqqi”, “azadlıq”, “mahiyyət”, “idarəetmə” və s. kateqoriya və anlayışlara yeni bir münasibət bildirilir. “İlahi elmlər və dünyəvi elmlər”, “mahiyyət və idarəetmə”, “idarəetmə və tərəqqi”, “ahəngyol və sinergetika” münasibətləri sahəsində təhlillər aparılmışdır. Yeni fəlsəfi pradiqmanın yaradılması üçün təkliflər edilmişdir. Müəllif eyni zamanda sosial sistemlərin ahəng prinsipi ilə idarə olunması sahəsində konkret metodlar təklif etmişdir.

3. İnsan idrakının əhatə dairəsi məhduddur. İdrakın aşa bilmədiyi sərhəddən sonra sonsuzluq aləmi başlayır. Hər bir insan üçün sonsuzluğun sərhəddi müxtəlifdir. Bütün insanlıq üçün sonsuzluğun ümumi sərhəddi var.

4. Hər bir varlıq başqa varlıqların qarşılıqlı əlaqələrinin təzahürü kimi mövcuddur. Ona görə də hər bir varlığa onu təşkil edən varlıqların sistemi kimi baxmaq olar. Kainat ierarxik sistem halında mövcuddur. Bütün kainat(kainatlar sistemi) sonsuzluqda davam edən vahid bir orqanizm, vücuddur.

5. Bütün kainat(kainatlar sistemi) vəhdətdədir və vahid bir qanunauyğunluq əsasında fəaliyyətdədir; Təbii ki, bu qanunauyğunluğu təmin edən qüvvə vardır. Dini baxış həmin qüvvəni Allah adlandırır. Sonsuz aləmin fəaliyyətini təmin edən qüvvə dərk oluna bilməz. Bu insan idrakı xaricindədir. İnsanın dərk edə biləcəyi həmin qüvvənin təzahür formalarıdır. Həmin qüvvənin – Allahın insan tərəfindən ən çox, daha ciddi şəkildə hiss olunan əlaməti ahəngdir.

6. Dünyadakı hər bir varlığın və prosesin öz təyinatı, missiyası vardır. Hər bir varlıq kainatın bir hissəciyidir və onun ən böyük missiyası, təyinatı kainat qanunauyğunuqlarına daha uyğun olaraq fəaliyyət göstərmək, kainatın bir sistem kimi daha mükəmməl olaraq fəaliyyətdə olmasına yardım etməkdir. Bu qanunauyğunluqdan kənar fəaliyyət xəstə fəaliyyətdir.

7. Dünya vəhdətdədir və bütün varlıqlar arasında bir oxşayış var. Daha mükəmməl varlıqlar, sistemlər özlərindən aşağı olanların xassələrini özündə əks etdirir. İnsanın tanıdığı ən mükəmməl sistem insanın özüdür. Kainat ierarxik sistemdə daha yuxarı pillədədir. Belə olduqda, kainat insana məxsus bir çox xüsusiyyətləri özündə əks etdirir. Onun da beyin funksiyasını yerinə yetirən bir aləmi vardır. Bədənimizdəki orqanların, vəzlərin və s. hər biri beyinin fərqli nöqtələri ilə daha çoz əlaqədə olduğu kimi, her bir varlıq da kainatın beyin funksiyası yerinə yetirə biləcək aləminin müxtəlif nöqtələri(hissələri) ilə daha sıx əlaqədədir. Bu varlıqların hər birinin yaranmasında həmin nöqtələrin(hissələrin) rolu vardır. İnsan əmələ gətirən hissələr bir başqa, o biri varlıqları yaradan hissələr isə fərqli olaraq bir başqadır. İnsan əmələ gətirən hissənin özü müəyyən laylardan, bölmələrdən ibarətdir. Hər bir insan bu laylarla müxtəlif şəkildə əlaqədədir. Bu əlaqənin xarakteri insanın qabiliyyətini xarakterizə edir.

8. Hər bir varlığın mövcud olmasında 4 enerji növünün biri birinə çulğalaşması olduqca mühüm rol oynayır: 1) kainatın ierarxik sistemlərdən süzülərək gələn enerjisi; 2) hər bir varlığın qidalanmaqla öz daxilində istehsal etdiyi enerji; 3) başqa varlıqların həmin varlıqla energi mübadiləsi zamanı alınan enerji; 4) həssas dünyanın dərk olunmaz enerjisi;

9. İnsanın biz gördüyümüz, hiss etdiyimiz hissəsi onun fiziki bədənidir. İnsanı bütün kainatla bağlayan dalğa bədəni də vardır. Bu iki bədən biri biri ilə sıx, qarşılıqlı əlaqədədir. İnsanlar arasında təkcə fiziki təmas yox, həm də dalğa təmas vardır. Insana indiki elmi düşüncənin təklif etdiyi kimi “bio-sosial” varlıq kimi yox, “kosmo-bio-psixo-sosial” varlıq kimi baxmağın daha düzgün olduğu elmi olaraq əsaslandırılır. İnsanın həyatdakı əsas təyinatının, ali məqsədinin mahiyyəti izah edilir. Belə olduqda bir çox elm sahələrində, ilk növbədə sosiologiya, psixologiya, antropologiya, politologiya, iqtisadiyyat və s. elmlərdə ciddi dəyişiklik edilməsi zərurəti əsaslandırılır.

10. Siyasətlə yüklənmiş dini sistemlərlə dini kitabları qarışdırmaq lazım deyil. İnsan bədənində, onun hər bir əzasında o bədən barədə informasiya mövcud olduğu kimi, kainatın da hər yerində, hər zaman kainat, onun alt sistemləri, onun nizamı barədə informasiya vardır. Dini kitablar peyğəmbərlərin vəhy(qəlbən dünya haqda bilgilər sisteminə qoşulma) yolu ilə kainat, kainat nizamı, cəmiyyətin tənzimlənməsi barədə aldıqları informasiyalar, bilgilərdir. Peyğəmbərlərin özlərinin də qeyd etdikləri kimi, bu informasiyalar dünya haqda bilgilərin cəmiyyətin tənzimlənməsi üçün lazım olan bir hissəsidir. Ona görə də dini kitablarla dünyəvi elmlər arasında heç bir ziddiyyət ola bilməz. Əksinə, dini kitablar dünyəvi elmlərə daha düzgün tətqiqat istiqaməti göstərə bilər. Dünyəvi elmlərin inkişafı dini kitabları daha doğru düzgün anlamağa imkan verər. Sadəcə, dini kitabları dini sistemlərin, xurafatın gözü ilə deyil, fəlsəfənin gözü ilə, yüksək intellektlə oxumaq lazımdır. Yer üzündə indi baş verən xoşagəlməz halların bir çoxü dünyəvi elmlərlə dini sistemlər və onun nəticəsində dini kitablar arasında yaranmış qarşıdurmadır.

11. Ortada olan ən ciddi problemlərdən biri dini kitabların istər din xadimləri, istər dünyəvi elm nümayəndələri, istərsə də hər kəs tətrəfindən əksər hallarda düzgün oxunmamasıdır. Dini kitablar konkret insanların vəhy yolu ilə aldıqları informasiyalardır. Vəhy – kainat və onun nzamı, qanunauyğunluqları barədə müəyyən doğru informasiyaların, kainat sisteminin özü tərəfindən(fövqəlqüvvə, mələk tərəfindən) energetik axınla konkret insana ötürülməsi, çatdırılmasıdır. Vəhy alan insanlar peyğəmbərlərdir. İnsandan asılı olmayaraq mövcud olan bu aləmin, onun nizamının, qanunauyğunluqlarının ehtiva etdiyi aləmi dini kitablar haqq aləmi adlandırırlar. Dünyəvi elmlərdə də həmin aləmin meyarlarına, prinsiplərinə qanunlarına uyğun olan informasiyalara, bilgilərə həqiqət deyilıir. Amma vəhy yolu ilə alınmış informasiyalar dünyəvi elmlərin məntiqi, dili ilə yox, xüsusi bir formada gəlir. Bu informasiyalar adətən avazla, poetik əhvalla gəlir. Bu informasiyanı qəbul edən peyğəmbərin yerləşdikləri məkandan və zamandan, peyğəmbərin informasiyaları qəbul etdikləri zaman ümumi əhvalından asılı olaraq bu poetik yük, poetik əks müxtəlif formalarda olur. Bəzən peyğəmbərlərin özü belə vəhy yolu ilə aldıqrı informasiyaların bəzilərini axıra qədər dərk edə bilmirlər. Bu halın çox zəif formasını həqiqi şairlərdə də müşahidə etmək mümkündür. Ahəngyol elmi dini kitabların poetik əhvalla, xüsusi təşbihlərlə, kodlarla dediklərini dünyəvi elmlərin məntiqinə çevirməyə, dünyəvi elmlərin dili ilə şərhinə, dünyəvi elmlərin məntiqi ilə dərkinə müəyyən dərəcədə kömək edir.

12. Ahəngyol elmi ilahiyyat elmləri ilə dünyəvi elmlərin arasında qarşıdurmanın ortadan götürülməsinə, onlar arasında müəyyən bir körpünün yaranmasına da kömək edir. Dünyəvi elmlərin potensialının dini kitabların kodlarının açılmasına və əksinə, dini kitabların dünyəvi elmlərin daha doğru istiqamətlərdə inkişafına yardımçı olmasının dərkinə doğru müəyyən addım atılmasına yardım edir.

13. Monoqrafiyada mədəniyyətin hər hansı bir sosial sistemdə, cəmiyyətdə daha aparıcı rol oynadığı elmi olaraq şərh edilir. İqtisadiyyat, siyasət, ekologiya, demoqrafiya, idarəetmə və s. kimi sahələrin(hava, su kimi) bir zəruri vasitə olduğu əsaslandırılır. Bu vasitələrin hər birinin mədəniyyətə xidmət etməsinin daha təbii olduğu izah edilir. O insan, o sosial sistem daha mədənidir ki, o öz fəaliyətində qarşısına qoyduğu məqsəd və bu məqsədə catmaq yolundakı fəaliyyəti ahəngə daha çox xidmət etmiş olsun. Belə olduqda dinlərarası, mədəniyyətlər arası münasibətlərə də mühüm aydınlıq gəlir.

14. O insan, o sosial sistem daha çox azaddır ki, onun öz təyinatına uyğun olaraq qarşısında duran məqsədə doğru irəliləməyə daha çox imkanı vardır. Hətta hər hansı məhdudlaşdırıcı tədbirlər bu imkanı artırırsa, insan o məhdudiyyət içərisidə azaddır. Əsil, həqiqi azadlıq o azadlıqdır ki, qarşıya qoyulmuş məqsəd ahəngə xidmət etsin və bu yolda ahəng yaradan fəaliyyət üçün imkanlar olsun. Azadlığın dərəcəsi o imkanların dərəcəsi qədərdir. Bu mənada demokratiya, liberalizm, postmodernizm dəyərləri, onların cəlbedici xüsusiyyətləri içərisindəki qüsurları da təhlil edilir.

15. Monoqrafiyada “ahəng” anlayışına ilk dəfə tərif verilmişdir. Iki və daha çox obyekt o zaman biri biri ilə ahəng yaradır ki, onlar arasında aşağıdakı şərtlər ödənmiş olsun:



  • Bu obyektlərin öz təyinatlarına uyğun olaraq qarşılarında ümumi bir məqsəd olsun;

  • Bu məqsədə çatmaq üçün vacib olan bütü əlamətlər, keyfiyyətlər həmin obyektlər arasında paylanmış olsun.

  • Bu obyektlərdən hər birinin məqsədə çatmaq üçün zəruri olan bütün tələblərini o biri obyektlər yerinə yetirsinlər.

  • Məqsədə çatmaq yolunda hər bir obyektin fəaliyyəti o biri obyektin fəaliyyətini gücləndirsin.

16. Fəlsəfədə indiyədək “mahiyyət və idarəetmə” münasibətləri lazımi şəkildə işıqlandırlmamışdır. Hər hansı bir sistemdə idarəetmə yalnız və yalnız o sistemin mahiyyətinə uyğun olaraq qurulmalıdır. Sistemin təyinatına uyğun olaraq qarşıya qoyulan idarəetmə məqsədi konkret zamanda həmin sistemin mahiyyətinə uyğun olaraq dəqiqləşməlidir. Əks təqdirdə uğursuzluq qaçılmazdır. Təəsüf ki, bu sadə həqiqətə min illərdir ki əhəmiyyət verilmir.

17. Hər hansı bir sahədəki idarəetmənin ahəng prinsipi əsasında qurulması üçün aşağıdakı kimi mexanizm təklif olunur:

1)Ən əvvəl ahəng prinsipləri ilə həmin sistemin təyinatı, missiyası müəyyənləşdirilməlidir; Yəni sistemin daxil olduğu üst sistemlərdə və ümumiyyətlə bütün yer üzündə ahəng yaratmaqda bu sistemin rolu təhlil olunaraq təyinatı aydınlaşdırılmalıdır; 2) bu təyinata uyğun olaraq idarəetmə məqsədi(daxil olduğu sistemlərdə ahəng yaratmağa xidmət edən) olduqca konkret, aydın şəkildə müəyyənləşdirilməlidir; 3) idarəetmənin ahəng prinsiplərinə xidmət edən meyarları seçilməlidir. Yəni bu meyarlar elə olmalədər ki, sistem məqsədə nail olmaq üçün idarə edildikcə onu əhatə edən sistemlərdə daha çox ahəng yaratsın.

18. İdarəetmə zamanı ahəngə xidmət edən hər bir irəliləyiş, inkişaf tərəqqi kimi qiymətləndirilməlidir. Qalan variantlara müxtəlif dərəcələrdə tənəzzül kimi baxılmalıdır. Sosial idarəetmə zamanı insanın mahiyyəti və yer üzündəki təyinatı nəzərə alınaraq tərəqqi meyarları daha konkret olaraq aşağıdakı kimi təklif olunur: a) sosial sistemin üzvlərinin fiziki sağlamlıqlarının ümumilikdə get gedə yaxşılaşması; b) onların mənəvi zənginliyinin get gedə artması; c) onlarda öz əməklərinə yaradıcı münasibətin get gedə artması. Sosial idarəetmə zamanı bu şərtlərin hər hansı biri pozularsa, idarəetmə korrektə edilməlidir. Hər hansı bir ölkədə, bütün yer üzündə idarəetmənin əsas məqsədi tərəqqi olmalıdır. Demokratiya, kapitalizm, sosializm və s. prinsiplər tərəqqiyyə çaqtmaq üçün vasitələrdir, məqsəd deyillər.

19. Meyarlar müəyyən edildikdən sonra idarə edilən sistem idarəetmə baxımından əhəmiyyətli olan altsistemlərə ayrılır. Bu altsistemlərin hər birini xarakterizə edən, ölçülə bilən indiqatorlar müəyyənləşdirilir. Hər sətri bir altsistemi xarakterizə edən matris hazırlanır. Bu matris idarəetmə matrisi adlandıra bilərik. İdarəetmə - bu matrisin elementləri arasında elə qarşılıqlı əlaqələri təmin etməkdir ki, tərəqqi meyarlarına uyğun olaraq qarşıya qoyulmuş məqsədə daha çox nail olunmuş olunsun.

20. Ahəngyol elminə eyni zamanda istənilən sosial sistemdə ahəng yarada bilən bir elm sahəsi kimi, bir sülhyaratma elmi kimi də baxıla bilər.



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin