Mövzu—Uşaq psixologiyasının mövzu və vəzifələri. Plan


Mövzu Xarici ölkə psixologiyasında uşaq psixologiyasının inkişaf tarixi



Yüklə 182,11 Kb.
səhifə2/25
tarix17.10.2023
ölçüsü182,11 Kb.
#156402
1   2   3   4   5   6   7   8   9   ...   25
Uşaq psixologiyası-1

Mövzu Xarici ölkə psixologiyasında uşaq psixologiyasının inkişaf tarixi.
Plan;
1)—19cu əsrin ortalarında U.Psixologiyasının müstəqil 1elm sahəsi kimi meydana gəlməsi.
2)—Ç.Darvinin “Təkamül”nəzəriyyəsinin və fiziologiya sahəsindəki kəşfləri.Uşaq psixologiyasının 1elm kimi inkişafında rolu.
3)—Uşaq üzərində aparılan ilk sistematik müşahidələr.
4)—19-cu əsr və 20ci əsrin əvvəllərində uşaq psixologiyası sahəsində xarici ölkə psixoloqlarının tədqiqatları.
5)—Xarici ölkələrdə müasir uşaq psixologiyası üzrə aparılan tədqiqatlar.
19-cu əsr və 20-ci əsrin əvvəllərində psixi inkişafın hərəkətverici qüvvələrini izah edən 1sıra nəzəriyyələr vardır. a) biogenetik, b) sosiogenetik, c) 2 amilin konvergensiyası nəzəriyyəsi.
Keçmiş Sovet psixologiyası biogenetik nəzəriyyəni tam rədd edir. Çünki biogenetik nəzəriyyə insanlar arasındakı fərdi fərqləri aşkara çıxardığı üçün tənqid edirdi. Kommunistlər isə belə1ideyanı əldə rəhbər tuturdular ki, hamı=dir fikrini irəli sürürdülər. Çünki onlar psixi hadisələri fizioloji hadisələr kimi izah edirdilər Pavlovun təliminə əsasən. Pavlov təlimindən istifadə edərək psixologiyanı “Ruh” haqqında elmi tamamilə ruhsuzlaşdırdılar. Pavlov özü fizioloq idi və o allaha inanırdı.
Uşaq psixologiyası problemlərinin tədqiqində isveçrə psixoloqu E.Klapared (1873—1940)mühüm yer tutur.O,uşağın davranışında maraq,motiv və tələbatlara üstün əhəmiyyət verirdi.Uşaqlarda təfəkkürün ilkin ümumiləşdirmələrinin,oxşar və fərqli cəhətlərin dərk edilməsinin sinkretik(bitişik)təbiətə malik olması haqqında elmi müddəa uşaq psixologiyası tarixində ilk dəfə Klaparedə məxsusdur.O,uşağın psixologiyası və eksperimental pedaqogika”adlı əsərində uşağı öyrətmək üçün onu öyrənməli,onun xarakterini,müsbət şəxsi keyfiyyətlərini formalaşdırmaq üçün əməyə məhəbbət tərbiyə etməli” ideyasını irəli sürmüşdür. O bunu uşaq təfəkkürünün mühüm əlaməti sayırdı. Klapared psixi inkişafı təfəkkürlə eyniləşdirir bunların ayrılmazlığını vurğulayırdı. Belə ki, psixi inkişaf əşyaların, şeylərin zahiri görünüşünün mənimsənilməsindən, sonra isə dərk olunmasına doğru inkişaf edir, hansı ki, bu təfəkkürn inkişafının təzahürüdür.
XIX əsrin ortalarında Almaniyada, Fransa, İngiltərədə eləcədə Amerikada uşaq psixologiyası sahəsində çoxlu tədqiqatlar aparılmağa başlandı. Bununda 2əsas səbəbi var idi.
1—Uşaq üz.rində tədqiqatın aparılmasının asan olması.
2—Uşağın psixi inkişafında hər hansı 1dəyişikliyin müşayiət olunması.
XIX əsrin ortalarında və axırında aparılan psixoloji tədqiqatların əksəriyyəti uşaq psixologiyası sahəsində idi.—Psixikanın təkamül nəzəriyyəsi—Darvinin xidməti ondan ibarətdir ki, təkamülün hərəkətverici qüvvələrini açıb göstərmişdi. a) Cins və sortların təkamülünün hərəkətveici qüvvəsi irsi dəyişkənlik və insan tərəfindən aparılan seçmədir. b)—Darvinə görə irsi dəyişkənlik yaşamaq uğrunda mübarizə və təbii seçmə üzvi aləmin təkamülünün əsas hərəkətverici qüvvələridir. İtin iy bilməsi biotik xarakter daşıyır. Yəni həyat üçün çox zəruridir. İnsan isə iy bilməsədə yaşaya bilər. Bütün hiss üzvləri təkamülün nəticəsidir. İnsan beyni yarımkürələr qabığıda həmçinin.
Irsiyyət amilini əsas götürən nəzəriyyələrdən 1-i də --Rekapitulyasiya—nəzəriyyəsidir. Mahiyyəti təkrarlama deməkdir.Bu nəzəriyyənin nümayəndələri S.Xoll, Getçöson, U.Ştern, Blonski idilər. Əsas mahiyyəti ondan ibarətdir ki, uşaq psixikasının mahiyyətini bioloji qanunlar üzrə açmaq istəyirdilər. Alman bioloqları Gekkel və Müller belə 1bioloji qanun kəşf edirlər ki, uşaq özünün embrional inkişafında filogenezin bütün mərhələlərini təkrarlayır.Bu filogenezin rekapitulyasiyası—yəni ontogenezin filogenezdə təkrarlanmasıdır.Gekkel və Müllerin bu qanununu əldə əsas tutan psixoloqlar uşağın psixi inkişafının səbəblərini bunun əsasında izah edirlər.
Getçöson variantı—Uşağın psixi inkişafını aşağıdakı mərhələlərə ayırır;
1)—Torpağı qazmaq dövrü—0-dan 5yaşa qədər bəşəriyyətin yer qazıyıb kök çıxarma dövrünə bənzədir.
2)—Ovçuluq və şikarı tutmaq dövrü—5yaşdan 12yaşa qədər—İbtidai insanların ovçuluqla məşğul olması.
3)—Çobanlıq dövrü—9yaşdan 14yaşa qədər,insanlar 1müddət heyvandarlıqla məşğul olmuşlar.
4)—Əkinçilik dövrü—12yaş—16yaşa qədər.
5)—Tacirlik dövrü—Əmtəə münasibətləri ilə əlaqələndirilir,14yaşdan 40yaşa qədər.Getçöson qeyd edirdiki,insanın psixi inkişafı bu cür növbələşir.
Ştern sxemi---1)—Məməlilər mərhələsi—uşaq ömrünün 1ci ayı—ibtidai hisslər burada üstünlük təşkil edir.
2)—Məməli meymunlar mərhələsi;uşaq ömrünün 2ci yarım ili—6aydan 1yaşa qədər.Uşaqda yapışma refleksi üstünlük təşkil edir.
3)—Elementar insan vəziyyəti mərhələsi—yəni ilk ibtidai insanlar mərhələsi—uşaq ömrünün 2ci ili,uşaq yeriməyə və danışmağa başlayır.
4)—İbtidai insanlar mərhələsi—2yaşdan 7yaşa qədər.
5)—Mədəniyyətin,sivilizasiyanın meydana gəlməsi mərhələsi—7yaş—məktəb dövrü.
6)—Xristian mədəniyyəti dövrü—yəni xristianlığın meydana gəlməsi—kiçik və orta məktəbli yaş dövrü.
7)—Bizim dövrümüzün mədəniyyəti mərhələsi—insanın yetkinlik dövrü.
S.Xoll belə hesab edirdi ki,röyalarda uşağın keçmiş əcdadı yadına düşür. Uşaq sudan qorxur, ona görə ki,həyat lik dəfə suda yaranmış, sonra isə quruya çıxmışdır. Biheviorist Uotson bu fikri tənqid edərək göstərir ki, emosiyalar insanın sonrakı həyatı boyu inkişaf edir. Xoll isə sübut edirdiki,uşaqda mövcud olan qorxular anadangəlmədir. Rus psixoloqu Rubinşteyn rekapitulyasiya nəzəriyyəsini tənqid edərək yazırdı; ”Hətta uşaq ömrünün embrional inkişafı dövründə belə mexaniki olaraq filogenezi təkrarlamır. Əlbəttə nitqin, təfəkkürün inkişafında analogiyalar müşahidə olunur. Lakin psixikanın filogenezdə və ontogenezdə inkişaf şəraiti 1-1dən fərqlənir. Çünki filogenetik inkişaf özbaşına gedir. Ontogenetik inkişafda isə sosial mühit,təlim-tərbiyə vəs.məs.rtəsir göstərir. Ontogenezdə fiziolji inkişafın fərqi böyükdür. Uşağın inkişafında filogenezlə ontogenezin fərqi ünsiyyətin inkişafında mövcuddur. Ontogenezdə əvvəl uşağın nitqi, sonralar isə obrazlı təfəkkürü meydana gəlir.
Karl Büler nəzəriyyəsi—biolji nəzəriyyədir. O sübut edirdi ki, insanın psixi inkişafı anadangəlmə qabiliyyətlərlə təyin olunur. O, misal göstərir ki, eyni sinifdə oxuyan uşaqlar məhz buna görə təlim materialını müx. cür oxuyurlar. O, öz yoldaşı ilə 1likdə cinayətkar uşaqların valideynlərini öyrənir və deyir ki, cinayətkar valideyn lərin uşaqları da cinayətkar olurlar. Hind kinosu Avara
Büler uşağın inkişafında 3mərhələni ayırır.—1—İnstinkt mərhələsi—2—Vərdişlər mərhələsi—3—İntellektual mərhələ,ağıl,zəka.
--1—ci mərhələ uşaq ömrünün 1-ci yarım ilidir. Bu mərhələdə fərdi təcrübə olmur.Hər şey instinktə əsaslanır-quş yuvasını misal göstərə bilərik. Yəni bütün quşlarda yuva qurmaq instinnkti var.
--2—ci mərhələ--ömrün 2ci yarım ili 6aydan—1yaşa qədər. Fərdi təcrübə meydana gəlir. Uşaq yoxlama və səhv yolu ilə təcrübə qazanır.
--3—cü mərhələ məktəb yaşının başlanğıcını və bundan sonrakı dövrünü əhatə edir. Burada intellekt üstünlük təşkil edir. Bülerə görə uşağın beyni də tədricən formalaşır.—a)—Qabəqaltı şğbələr formalaşır. Bunlar instinktin həyata keçməsini təmin edir.—b)—Qabıq inkişaf edir. O, vərdişlərin (müvəqqəti sinir rabitələrinin inkişaf etməsinə şərait yaradır).—c)—Qabığın sonrakı inkişafı. Beyində rabitələr silsiləsinin əmələ gəlməsi. Bu intellektual davranışa şərait yaradır.
Tənqidi təhlili—1)—yalnız struktura (yəni beyin strukturu) funksiyaya təsir etmir. Eyni zamanda funksiya da (vərdişlər, intellekt) beynin strukturunun formalaş masına təsir edir. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, insanda instinkt təcrübə olmur. Qalperin, Denisova bu fikirdədirlər—insanda instinkt var.
Uşağın psixi inkişafında sosial olan çox erkən inkişaf etməyə başlayır. Vıqotski Bülerin konsepsiyasını tənqid edərək yazırdı; ”Bülerin konsepsiyasında antidialektiklik, biolojilik hökm sürür. Bu konsepsiya insanın psixi inkişafındakı tarixiliyi və sosiallığı nəzərə almırdı”.
Iki amilin konvergensiyası—nəzəriyəsi. Burada irsiyyət amili ilə sosial mühitin təsirləri əsas götürülür. Bu istiqamətin əsas nümayəndəsi V. Şterndir. O, Qamburqda psixoloji institut yaradır. İkinci Dünya müharibəsindən sonra o,ABŞ-a mühacirət edir. Onun əsas əsəri “Erkən uşaqlığın psixologiyası” əsə ridir. O, bütövlükdə öz konsepsiyasını bu əsərində göstərir. O,uşağın psixi inkişafında həm irsiyyət, həmdə sosial mühitin təsirini əsas götürür. O, yazırdı; ”uşağın psixi inkişafı daxili olanla xarici şəraitin konvergensiyasıdır. Bunların hər 2si 1-1ilə sıx bağlıdır. Daxili olanlar—(irsiyyət)—xarici olanlar (mühit) 1-1ni qarşılıqlı surətdə yaradır. Şternin fikrincə şəxsiyyət özünü müdafiə etməyə, inkişaf etdirməyə çalışır. Özünü müdafiə şəxsiyyətin əldə etdikləini qorumağa imkan verir. Özünü inkişaf etdirmə isə yeni imkanlara şərait yaradır. Ştern 2 anlayışı ayırırdı;1—xassələr; --2—İstedad nişanəsi (təbii imkanlar).
Xassələr o daxili imkanlardır ki,onlar özünü müdafiə prinsipinə görə əldə olunur. İstedad nişanəsi isə gələcəyi göstərir. İstedad nişanələri irsidir və ümumi meyl kimi çıxış edir.Ştern bu barədə yazırdı;”İstedad nişanələri hazır deyil,potensial imkanlardır.Bunların genişlənməsi,inkişafı fərdi fəaliyyətdən və xarici təsirlərdən,təlim-tərbiyədən asılıdır.İstedad nişanələri tədricən büruzə verir və ləng yetkinləşir.İstedad nişanələri irsi meyillərdir və buna mühit də təsir edir.Mühit irsiyyəti reallaşdırır.İnkişafın tempi (sürəti) daxilən qabaqcadan təyin olunur.Şternin fikrincə inkişafın limiti (sonu) qabaqcadan təyin olunur və inkiaf limitdən yüksəyə qalxa bilməz.İrsi olanın verdiyinin sərhəddindən kənara çıxmadan tərbiyə yolu ilə inkişafın tempini sürətləndirmək olar.İnsanın fəallığı onun imkanları zonasında təzahür edir.Şternin konsepsiyası reaksion—konsepsiyadır(təbəqələşmə,=sizlik) .Ona görə ki, o həm tempi,həmdə tərbiyəni mümkün olan inkişaf zonası ilə təyin edir.Şternin dediklərində həqiqətlər çoxdur, lakin həddən artıq əyintilər də var. Xüsusən psixi inkişafın son nəticəsini qabaqcadan müəyyən olunması aiddir.
Müasir uşaq psixologiyası üzrə xarici psixoloqlardan Piajjenin, Anri Vallonun, Rene Zazzonun, Cordano Brunerin və b. tədqiqatlarını qeyd etmək olar.


Yüklə 182,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin