Mövzu—Uşaq psixologiyasının mövzu və vəzifələri. Plan


Mövzu Sosial psixologiyanın metodoloji və metodiki məsələlri



Yüklə 182,11 Kb.
səhifə25/25
tarix17.10.2023
ölçüsü182,11 Kb.
#156402
1   ...   17   18   19   20   21   22   23   24   25
Uşaq psixologiyası-1

Mövzu Sosial psixologiyanın metodoloji və metodiki məsələlri.
Plan;
1)Nzəriyyə,eksperiment, praktika.
2)Sosial psixoloji tədqiqatın metodoloji məsələləri.
3)Sosial psixologiyanın tədqiqat metodları.
3.1.Müsahibə metodu.
3.2.Korrelyasiya metodu.
3.3Eksperiment metodu.
3.4.Çöl ekspeimentləri.
3.5.Kross—mədəni tədqiqatlar.
4)Sosial psixologiyada statistik (riyazi) metodların tətbiqi haqqında.
5)Sosial psixoloji tədqiqatların etik problemləri.
Sosial psixologiyada tətbiqi tədqiqatlar 2 istiqamətdə aparırır.1ci istiqamət üçün başlıca cəhət tətbiqi tdqiqatlar fundamental tədqiqatlar əsasında müəy.olunur və ya fundamental tədqiqatların nəticələri bilavasitə praktikaya tətbiq edilir.Tətbiqi tədqi qatların inkişafında 2ci istiqamət daxilində tətbiqi tədqiqatlar bilavasitə fundamen tal tədqiqatların nəticəsi kimi deyil,praktik tələbatlar əsasında meydana çıxır.Hər hansı 1elmin nailiyyət sviyyəsi onun metodoloji aparatının ink.fı ilə təyin olunur. Bu və ya digər metodların işlənib hazırlanması nəzəri vəziyyətindən və bunun irəli sürdüyü metodoloji prinsiplərdən asılıdır.Metodoloji analizin 3 səviyyəsini ayırırlar;
1)səviyyə --Ümumi metodologiya- ümumi idrak prinsipləriiani nzərdən keçirir.Bu başqa sözlə gerçəkliyin hadisələrinin analizinə fəlsəfi cəhətdən yanaşma deməkdir. Ümumi metodologiya əsasında dialektik və tarixi materializm durur.Dialatın 3əsas prinsipi vardır;
1)Sosial psixoloji hadisələri və prosesləri öz inkşafında nəzərdən keçirmək öyrənmək.
2)Sosial psixoloji hadisələri digəri ilə qarşılıqlı təsirdə nəzərdən keçirmək,öyrən mək.
3)İnkişaf düz xətt byunca deyil,spiralvari şəkildə keçmişi yeni keyfiyyətdə təkrar edərək gedir.
2ci səviyyə--Xüsusi metodologiyadır.Müvafiq elm sahəsində tətbiq olunan metodo loji prinsiplərin məcmusu nəzərdə tutulur.Xüsusi metodologiya ümumi metodologi yadan nəşət edir.Xüsusi metodologiya sosial psixoloji nəzəriyyə kimi ifadə olunur. Sosial psixologiyanın prinsiplərin,qanunlarını,kateqoriyalarını əhatə edir.Sosial psixologiyanın aşağıdakı metodoloji prinsipləri vardır;
a)Sosial determinizm—Mahiyyəti sosial psixoloji hadisələr ictimai münasibətlərlə sosial həyat tərzi ilə müəy.olunur və onların dəyişilməsi ilə dəyişir.
b)Sosial psixoloji hadisələrə konkret tarixi yanaşma –bu hadisələri ümumiyyətlə deyil,müəy.cəmiyyətə məxsus olan sosial psixoloji hadisələr kimi öyrənməyi tələb edir.
c)Sinfi yanaşma prinsipi—Cəmiyyətdə siniflərin və sosial qrupların tələbat və mənafelərinin nəzərə alınmasını tələb edir.
d)Sistemli yanaşma prinsipi—nə görə ictimai psixologiya ictimai şüur sisteminə daxildir.Deməli ictimai psixologiya ictimai şüur sistemində müəyyən olunur.
e)Fəaliyyət prinsipi-Sosial psixologiyanın əsas prinsiplərindən 1dir.(ümumi psixologiyada şüur və fəaliyyətin vəhdəti prinsipi)Andreyevanın fikrincə fəaliyyət prinsipi aşağıdakı müddəalarla xarakterizə olunur.
1)Fəaliyyət insanların 1gə sosial fəaliyyəti kimi başa düşülür.Bu zaman onların arasında özünəməxsus kommunikativ rabitələr yaranır.
2)Bu prinsipə əsaən yalnız fərd deyil,həm də qruplar,cəmiyyət obyekti kimi başa düşülür.
3)Qrupu fəaliyyət obyekti kimi öyrəndikdə ,onun fəaliyyətinin tələbatlarını,məqsəd lərini və motivlərini öyrənmək imkanı yaranır.
III səviyyə--konkret metodlar və metodikalardır.Bu səviyyə praktik tədqiqatlarla bilavasitə bağlıdır.məs.üm.yaxud xüs.metodolgiyanın nəzərə alınmaması tədqiqatçı nın səhv nəticələr almasına gətirib çıxara bilər.Sosial psixologiyada şərti olaraq 2 böyük metodlar blokunu ayırırlar.
--İnformasiya toplayan metodlar—(müsahibə,sənədlərin öyrənilməsi,fəaliyyət məh sullarının öyrənilməsi,sorğu,eksperiment)
--toplanan informasiyaların işlənilməsi metodları(nəticələrin nəzəri və məntiqi priyomlarla işlənməsi,riyazi statistik metodlardan istifadə etmək.Bu 2ci sosial psixologiya metodlarına aid deyil.
II sual.Sinifdə dərs deyən müəllim əksər halda sinif daxilində və ayrı-ayrı şagird lərdə gedən dəyişikliklərin səbəblərini aydınlaşdıra bilmir.Belə faktları araşdırmaqda sosial psixoloji tədqiqatlar onun köməyinə gələ bilər.Sosial psixoloji tədqiqat aparan müəl.konkret şəraiti və ya çətinlik törədən bəzi faktları araşdırır və təlim tərbiyə işini yaxşılaşdırmaq üçün onları aradan qaldırır.Sosial psixoloji tədqi qatlar nəticəsində əldə edilmiş faktlar aşağıdakı parametrlərə cavab verməlidir.
--mötəbərlilik—konkret tədqiqat metodikasını elə işləmək lazımdır ki,o hətta müxt. Şəraitdə təkrar edildikdə eyni nəticə alınsın.
--informasiyaların inandırıcılığı-tədqiqat zamanı o metodik priyom seçilməlidir ki, onun vasitəsilə alınan nəticələr inandırıcı olsunlar.Buraya tədqiqatçının metod seçmə bacarığı nəzərdə tutulur.
--tədqiqatın validliyi—tədqiqat metodları tədqiqatın məqsəd və vəzifələrinə müva fiq olmalıdır.Nəzərdə tutulan bu və ya digər əlamətimüəy.etmək və ölçmək imkanı verməlidir.
--informasiyanın dəqiqliyi—İnformasiyaların dəqiqliyi onun hansı metodlarla alındığından asılıdır və öyrənilən adamların miqdarından asılıdır.Nə qədər çox adamı əhatə edərsə.
-- tədqiqatın reprezentativliyi-bu cəhətdən tədqiqat sahəsinin və öyrəniləcək adamların miqdarının düzgün seçilməsi də mühümdür.Xüsusilə kütləvi prosesləri tədqiq edərkən.məs.rəyi öyrəniləcək adamlar elə seçilməlidirlərki,bu zaman müxt.sosial qrupların nisbəti düzgün nəzərə alınsın.
Sosial psixoloji tədqiqatın nəticələrinə tədqiqatçının şəxsiyyəti də təsir göstə rir.Tədqiqatçı özünü aparmağı bacarmalı,zəruri səs tonunu seçməyi ,mövcud çətin likdən çıxmağı bacarmalıdır.Tədqiqatçı eyni zamanda sınanılanlarla dil tapmağı onları məcburiyyət qarşısında qoymamağı bacarmalıdır və inamlı atmosfera yaratmalıdır.Bundan başqa tədqiqat nəticəsində alınmış informasiyanın etibarlılığı na kənar şəxslərin eksperimentlərdə iştirak etməsi də təsir göstərə bilər.Geyimi təmiz,səliqəli,saçları səliqə ilə daranmış olmalıdır.
Hər hansı 1 psixoloji tədqiqatı aparmazdan əvvəl onun planını tərtib etmək lazımdır.Plan –proqram 4 mərhələdən ibarətdir.
1—Hazırlıq mərhələ-də müvafiq yollarla (müsahibə,anket) ilkin məlumat toplanır.Tədqiqatın hansı istiqamətdə,hansı metod və metodikalardan ist.olunacağı müəyyənləşdirilir.Bu eyni zamanda tədqiqatın nə vaxt və harada aparılacağına təyin etməyə,bundan başqa fərziyyənin formulə edilməsinə,seçmənin həcmini və xarakterini təyin etməyə köməklik göstərir.
Tədqiqatda ən çətin məsələ onun seçilməsini təyin etməkdir.Seçmə əsas məcmuyun tərkibindən seçilir.Deməli əsas baş məcmu odur ki,onu öyrənmək lazımdır.Seçmə is odurki,onun üzərində real tədqiqat aparılır.Seçmə baş məcmuya uyğun gəlməlidir ki,buna da reprezentativlik deyilir.Deməli əvvəl əsas baş məcmu təyin olunur,sonra bunun içindənseçmə ayrılır və seçmə üzərində tədqiqat aparılır. Aparılmış tədqiqat nəticəsində alınan nəticə bütövlikdə əsas baş məcmuya aid edilir.Bu aid edilmə özünü doğruldarsa deməli reprezentativlik var.Başqa sözlə seçilmiş seçmə baş məcmu düzgün,dürüst tərənnüm edilməlidir.
II mərhələ--eksperimental (korrelyasiya)—tədqiqatın konkret metodikası reallaşdırılır.
III mərhələ--tədqiqat materialları kəmiyyət baxımından təhlil olunur.
IV mərhələ isə--alınmış materiallar sosial psixoloji nəzəriyyə əsasında şərh edilir, nəticə etibarilə fərziyyənin düzgünlüyü və ya shv olması aydınlaşdırılr.



Yüklə 182,11 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin