Mövzunun planına daxil olan suallar: Mövzunun planına daxil olan suallar


Azərbaycan Respublikasında 1 yanvar 2004-cü ildən ayrı-ayrı əsas fondlar üzrə aşağıdakı amortizasiya normaları fəaliyyət göstərir



Yüklə 446 b.
səhifə12/15
tarix28.04.2017
ölçüsü446 b.
#16114
1   ...   7   8   9   10   11   12   13   14   15

Azərbaycan Respublikasında 1 yanvar 2004-cü ildən ayrı-ayrı əsas fondlar üzrə aşağıdakı amortizasiya normaları fəaliyyət göstərir:

  • - bina, tikili və qurğular-10%;
  • - maşın, avadanlıq və hesablama texnikası-25%;
  • sair əsas fondlar-20%.
  • Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatda amortizasiyanın hesablanmasının sonrakı üsulları var: xətti, azalan qalıq, məhsulun həcminə mütənasib əsas fondun dəyərinin silinməsi, sürətli və s.

  • Xətti üsul ilə bərabər qaydada əsas fondların ilk bərpa dəyəri və amortizasiya norması əsasında amortizasiya ayırmaları hesablanılır. Burada amortizasiya norması obyektin faydalı xidmət müddətinə görə müəyyən edilir. Məs, müəssisə 10 il xidmət müddəti olan avadanlıq almışdır. Burada illik amortizasiya norması 10% olacaqdır.

  • Sürətli amortizasiya zamanı illik amortizasiya norması sürətlənmə əmsalı qədər artırılır. Lakin həmin əmsal 12-dən yuxarı olmalıdır.

  • Beləliklə, sürətli amortizasiyada xətti (və ya bərabər) amortizasiya metodundan istifadə edilir.



  • Sürətli amortizasiya 2 üsulla həyata keçirilir:

    • Sürətli amortizasiya 2 üsulla həyata keçirilir:

    • 1 üsul. Əsas fondun normativ xidmət müddəti süni surətdə ixtisar edilir, yəni, amortizasiya norması 2 dəfədən çox olmamaqla artırılır.

    • 2 –ci üsul. Bu üsulda əsas fondun dövlət tərəfindən müəyyən edilmiş normativ xidmət müddəti ixtisar edilmir. Lakin ayrı-ayrı firmalara icazə verilir ki, bir neçə il ərzində amortizasiya ayırmalarını yüksək həcmdə hesablasınlar.Ancaq sonrakı illərdə isə amortizasiya norması azaldılmalıdır.

    • Amortizasiyanın hesablanmasının ikinci üsulunu «qalığın azalması» təşkil edir. Bu üsulda illik amortizasiya məbləği, hesabat ilinin əvvəlinə əsas fondların qalıq dəyəri və amortizasiya normasına (əsas fondun faydalı istifadə müddəti) əsasən hesablanılır. B üsulun mahiyyəti ondan ibarətdir ki, əsas fondun istismarının hər sonrakı ilində məhsulun maya dəyərində amortizasiya ayırmalarının xüsusi çəkisi azalacaq və əsas fondun dəyərinin 100 faizli silinməsi baş verməyəcəkdir. Məs, müəssisə ilk dəyəri 100 min. man. olan avadanlıq almışdır. Onun faydalı xidmət müddəti 5 ildir. Amortizasiya norması =20%-dir.



    V Sual: Əsas fondların əsaslı təmiri və onun maliyyələşdirilməsi mənbələri

    • V Sual: Əsas fondların əsaslı təmiri və onun maliyyələşdirilməsi mənbələri

    • Əsas fondlar istehsal prosesində iştirak etdikcə köhnəlir və tədricən öz istehsal - istismar keyfiyyətini, istehlak dəyərini itirirlər, yəni fiziki köhnəlməyə məruz qalırlar. Əsas fondlar öz tərkibinə görə müxtəlifdirlər və qeyri-bərabər köhnəlirlər. Əsas fondların ayrı-ayrı konstruktiv hissələrində müxtəlif köhnəlmə səviyyəsi mövcuddur, yəni həmin hissələr iş prosesində müxtəlif yükə malikdirlər. Deməli, əsas fondların fiziki köhnəlməsinin həcmi onların yükündən və iş vaxtından istifadə səviyyəsindən asılıdır.

    • Müəssisələrdə təmirin cari, orta və əsaslı növlərindən istifadə olunur

    • Cari təmir təsadüfi xarakter daşıyır, yəni əsas fondun təsadüfən sıradan çıxan hissəsinin dəyişdirilməsi yolu ilə baş verir. Orta təmir zamanı əsas fondun ayrı-ayrı elementləri dəyişdirilir. Lakin əsas fondun əsaslı təmiri zamanı onun baza detalları dəyişdirilir.

    • Müəssisələrdə əsaslı təmir əsas fondların modernləşdirilməsi ilə eyni vaxta təsadüf edir. Əsaslı təmir hər il üçün tərtib olunan əsaslı təmir planı əsasında aparılır.



    Müəssisənin qeyri-material aktivlərinə daxildir: torpaq sahələrindən istifadə hüququ; təbii sərvətlərdən istifadə hüququ; patentlər; lisenziyalar; müəlliflik hüquqları; ticarət markaları; maşınlar üçün proqramm məhsulları; sənaye nümunələri; model; dövlət qeydiyyatı üçün haqqlar; firmanın qiyməti; əmtəə və firma nişanları və s.

    • Müəssisənin qeyri-material aktivlərinə daxildir: torpaq sahələrindən istifadə hüququ; təbii sərvətlərdən istifadə hüququ; patentlər; lisenziyalar; müəlliflik hüquqları; ticarət markaları; maşınlar üçün proqramm məhsulları; sənaye nümunələri; model; dövlət qeydiyyatı üçün haqqlar; firmanın qiyməti; əmtəə və firma nişanları və s.

    • Tətbiqi xarakterinə görə qeyri-material aktivlər əsas fondlara oxşayır.Onlar da əsas fondlar kimi uzunmüddət istifadə olunur, müəssisəyə gəlir gətirir və vaxt keçdikcə öz dəyərini itirirlər.

    • Əsas fondlardan fərqli olaraq, qeyri-material aktivlər aşağıdakı xüsusiyyətlərə malikdirlər:

      • - onların material-əşya quruluşunun olmaması;
      • - dəyərinin müəyyən edilməsinin mürəkkəbliliyi;
      • onlardaq istifadə olunan zaman mənfəətin müəyyən edilməsindəki çətinliklər.


    Mövzunun sualları:

    • Mövzunun sualları:

    • Dövriyyə kapitalının iqtisadi mahiyyəti, tərkibi və quruluşu.

    • Dövriyyə kapitalına olan tələbatın müəyyən edilməsi.

    • Müəssisədə dövriyyə kapitalının maliyyələşmə mənbələri.

    • Dövriyyə kapitalından səmərə istifadə göstəriciləri.

    • Ə D Ə B I Y Y A T L A R

    • T.Ə.Hüseynov «Müəssisənin iqtisadiyyatı ».Dərslik.Bakı.2005.

    • V.V.Kovalev, Vit.V.Kovalev «Finansı orqanizaüii» .Moskva.2006.

    • A.M.Kovaleva «Finansı».Moskva.1996

    • «Maliyyə». Dərslik.Bakı.2001

    • N.V.Kolçina «Finansı predpriətii» .Moskva.1998

    • «Müəssisələr haqqında» AR Qanunu. 1999



    I Sual: Dövriyyə kapitalının iqtisadi mahiyyəti, tərkibi və quruluşu.

    • I Sual: Dövriyyə kapitalının iqtisadi mahiyyəti, tərkibi və quruluşu.


    • Yüklə 446 b.

      Dostları ilə paylaş:
    1   ...   7   8   9   10   11   12   13   14   15




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin