Mövzunun planına daxil olan suallar: Mövzunun planına daxil olan suallar


Hazır məhsul üzrə dövriyyə vəsaitinin norması aşağıdakı amillərdən asılıdır



Yüklə 446 b.
səhifə14/15
tarix28.04.2017
ölçüsü446 b.
#16114
1   ...   7   8   9   10   11   12   13   14   15

Hazır məhsul üzrə dövriyyə vəsaitinin norması aşağıdakı amillərdən asılıdır:

  • - sifariş üzrə uyğun çeşidin seçilməsi və qablaşdırılması üçün vaxt;
  • - malların partiyalarla yola salınması və vaqonlara yüklənməsi üçün vaxt;
  • - nəqliyyat vasitəsinin tez- tez verilməsi və tranzit normanın həcmi;
  • - hesab – ödəmə tələbnaməsinin yazılması və banka verilməsi üçün vaxt;




III Sual: Dövriyyə kapitalının maliyyələşmə mənbələri

  • III Sual: Dövriyyə kapitalının maliyyələşmə mənbələri

  • Dövriyyə kapitalının formalaşması mənbələri təsərrüfatda vəsaitlərin dövr sürətinə və resurslardan düzgün istifadəyə aktiv təsir göstərir. Müəssisədə dövriyyə vəsaiti xüsusi resurslar, borc və sair mənbələr hesabına təşkil olunur.

  • Müəssisələrdə dövriyyə kapitalının təşkili mənbələrində əsas yeri xüsusi vəsaitlər tutur.

  • Əsas və dövriyyə kapitalından ibarət olan Nizamnamə Kapitalı müəssisə ilk dəfə təşkil olunan zaman formalaşır. Bazar iqtisadiyyatı şəraitində müəssisələrin təsərrüfatçılığının təşkilatı-hüquqi formalarından (dövlət, xüsusi, səhmdar cəmiyyəti və s.) asılı olaraq nizamnamə kapitalının təşkili mənbələri müəyyən edilir. Nizamnamə kapitalının təşkili mənbələrinə daxildir: səhmdar kapitalı; pay haqları; büdcə vəsaiti və s.

  • Lakin müəssisə fəaliyyət göstərdikcə, nizamnamə kapitalının tamamlanması prosesi baş verir. Müəssisədə istehsal şərtlərinin dəyişməsi nəticəsində xüsusi dövriyyə vəsaitinin həcmi arta və ya azala bilər. Istehsal planının genişlənməsi dövriyyə vəsaitinə olan tələbatın artmasını zəruri edir.



Müəssisənin dövriyyəsində daim yerləşən, lakin ona məxsus olmayan vəsaitlərdə var ki, onlara «möhkəm passivlər» daxildir. Müəssisə həmin vəsaitlərdən qanun əsasında istifadə edə bilər. Möhkəm passivlər minimum səviyyədə müəssisənin dövriyyəsində yerləşirlər və müəssisə ancaq müəyyən vaxt ərzində həmin müvəqqəti sərbəst maliyyə resurslarındın istifadə etmək hüququna malik olur.

  • Müəssisənin dövriyyəsində daim yerləşən, lakin ona məxsus olmayan vəsaitlərdə var ki, onlara «möhkəm passivlər» daxildir. Müəssisə həmin vəsaitlərdən qanun əsasında istifadə edə bilər. Möhkəm passivlər minimum səviyyədə müəssisənin dövriyyəsində yerləşirlər və müəssisə ancaq müəyyən vaxt ərzində həmin müvəqqəti sərbəst maliyyə resurslarındın istifadə etmək hüququna malik olur.

  • Möhkəm passivlərə daxildir:

    • - əmək haqqı üzrə minimum borc;
    • - büdcədənkənar fondlara ayırmalar üzrə minimum borc;
    • - gələcək ödəmələr və xərclər üçün nəzərdə tutulmuş ehtiyatlar üzrə minimum borclar;
    • - sifarişçilərin avansları üzrə borclar;
    • - büdcəyə minimum keçici borclar;
    • - istehlak fondunun keçicim qalıqları;
  • Dövriyyə vəsaitinin təşkili mənbələrində kreditor borcları da müəyyən xüsusi çəkiyə malikdir. Kreditor borcları müəssisənin dövriyyəsinə plandan kənar cəlb olunmuş vəsaitlərdir. Kreditor borcları əsas etibarilə satıcıların vəsaitindən ibarətdir. Kreditor borcu özü də ayrılır:

    • - normal kreditor borcları;
    • - qeyri- normal kreditor borcları;




IV –cü Sual: Dövriyyə kapitalından səmərəli istifadə göstəriciləri

  • IV –cü Sual: Dövriyyə kapitalından səmərəli istifadə göstəriciləri

  • Müəssisələrdə dövriyyə kapitalından istifadə, vaxt amili ilə müəyyən edilir. Dövriyyə kapitalından intensiv istifadə əsas məsələdir. Intensiv itifadəni xarakterizə edən göstərici isə dövriyyə kapitalının dövriyyəsidir. Bu isə, nisbi göstəricidir.

  • Dövriyyəyə avans edilmiş vəsaitlərin dövriyyəsinin tez başa çatması müəssisə üçün yaxşı nəticədir. Dövriyyənin sürətinin artması dövriyyəyə əlavə vəsait daxil etməməklə az xərclə çox gəlir əldə etməyə imkan verir. Dövriyyənin sürətlənməsi material resurslarına qənaət etməyə, yəni məhsul vahidinə xərcləri ixtisar etməyə imkan yaradır.

  • Dövriyyə kapitalının idarə olunmasının qiymətləndirilməsinin əsas amilinin vaxt təşkil etdiyinə görə dövriyyə vəsaitinin dövriyyəsi vaxtla ölçülən bir sıra aşağıdakı göstəricilərlə xarakterizə olunur:

    • 1.dövretmə əmsalı;
    • 2.dövriyyənin yüklənməsi əmsalı;
    • 3.bir dövriyyənin uzunluğu əmsalı;




Dövriyyə vəsaitinin dövriyyəsinin sürətlənməsi nəticəsində dövriyyədən vəsaitlərin nisbi və mütləq azad olması baş verir.

  • Dövriyyə vəsaitinin dövriyyəsinin sürətlənməsi nəticəsində dövriyyədən vəsaitlərin nisbi və mütləq azad olması baş verir.

  • Mütləq azad olma dövriyyə vəsaitinə olan tələbatın birbaşa azalması deməkdir. Yəni, dövriyyə vəsaitinin həcmi hesabat dövründə planla və ya əvvəlki illə müqayisədə satışın həcminin əvvəlki həcmdə (və ya artımla) saxlamaqla azaldılması deməkdir.

  • Lakin dövriyyə vəsaitinin dövriyyəsinin yavaşıması isə müəssisə üçün mənfi nəticələrə gətirib çıxarır. Nəticədə dövriyyəyə əlavə vəsaitin cəlb olunması tələb edilir.

  • Nisbi azadolma istehsal planının artması dövriyyə vəsaitinə olan plan təlabatı həcmində yerinə yetirilir, yəni, istehsalın artma tempi dövriyyə vəsaitinin artma tempindən üstün olur.

  • Müəssəsələrdə dövriyyə kapitalından istifadənin səmərəliliyinin asılı olduğu amilləri 2 qrupa ayırmaq olar:

  • Xarici amillər müəssisədən asılı olmayan amillərdir.Məs, ölkədə iqtisadi vəziyyət, vergi qanunvericiliyi, kreditin alınma şərtləri, kreditlər üçün faizlər və s.






Yüklə 446 b.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin