Mövzu Restoranda süfrələrin hazırlanması


Mükəmməl düzülüş və simmetriya



Yüklə 0,52 Mb.
səhifə7/8
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#47719
növüQaydalar
1   2   3   4   5   6   7   8
Restoran movzu 6

Mükəmməl düzülüş və simmetriya mükəmməl süfrə üçün vacibdir. Çəngəl-bıçaq süfrənin kənarından 1sm məsafədə qoyulmalıdır. Süfrə ensiz olarsa desert çəngəllərini və kofe/çay qaşığını qoymaya bilərsiniz. Bu aksessuarlar desertlə bərabər verilə bilər.


5) Qədəhlərin yerləşdirilməsi

  • Su qədəhini boşqabın sağ tərəfində bıcağın üzərində yerləşdirin. Su qədəhinin yanına şərab və digər qədəhləri də qoya bilərsiz.


6)Duz, istiot və güllərin yerləşdirməsi

Süfrənizin ortasına yaxın,müsafirlərin əlinin çatacağı məsafədə duz, istiot qablarını qoyun. Və dekorasiya üçün süfrənizə təbii zərif güllərdən bəzək də verə bilərsiniz.

Masa bəzədildikdə diqqət edilməli qaydalar:

- Çəngəl, bıçaq, qaşığı yemək sırasına görə masaya yerləşdirilir. Masaya yerləşdirərkən içəridən-kənara doğru düzülür və kənardan içəriyə doğru istifadə edilir.

- Desert üçün çəngəl, bıçaq-qaşıq servis boşqabının üst tərəfində yerləşdirilir. Desert ləvazimatlarını desert servisindən əvvəl də yerinə yerləşdirmək olar.

- İki nəfərlik masalara set-up açılarkən, servis boşqabı masanın arasına qoyulur (sağ və sol). Bu zaman süfrənin ütü cizgisindən və stolun simmetriyasından faydalanmaq olar.

- Servis boşqabı və ya əsas yemək boşqabı ilə çəngəl-bıçaq arasındakı məsafə eyni olmalıdır. Bu məsafə 2 sm-i keçməməlidir.

- Servis boşqabının masa kanarından uzaqlığı 2 sm olmalıdır. Həmçinin çəngəl, bıçaq, qaşığın sapı servis boşqabının alt qismi ilə paralel olmalıdır.

- Çəngəl-bıçaq-qaşığın bir-biri ilə ara məsafəsi 2 sm olmalı və masa kənarına dik olaraq yerləşdirilməlidir. - Desert çəngəl-bıçağı masa kənarına paralel olmaıdır.

- Əgər qabların üzərində loqo varsa, loqo qonağın qarşısına gələcək şəkildə yerləşdirilir. Güldan və ədviyyat qabının loqoları qapı girişinə baxmalıdır.

- Su bardağı əsas yemək bıçağının 2-3 sm qarşısına gələcək şəkildə yerləşdirilməlidir.

Əlavə masanın hazırlanması

Əlavə masalar, həm də servant olaraq adlandırılır.

Hər müəssisədə servantın qruluşu ve bölümləri fərqlidir. Öncəliklə servant üçün uyğun bir yer planlanmalıdır. Qoyulduğu yerde gözəl görünməli ve digər mebellərə uyğun olmalıdır. Servantlara, xidmət edəcəkləri qonaq masalarının ehtiyaclarını qarşılayacaq qədər ləvazimat qoyulmalıdır. Masa kənarlarına qoyulan servantlar isə yalnız həmin masanın ehtiyaclarını qarşılayacaq qədər ləvazimatla təmin edilir.

Bütün müəssisələr servantlarını öz servis qaydalarına və menyudakı yemək və içkilərin növlərinə görə fərqli hazırlayırlar.

Servant hazırlığında əsas qayda, çox istifadə olunan ləvazimatların asanlıqla alınabiləcəyi yerdə yerləşdirilməsi və ləvazimatların necə oldu deyil, səliqəli olaraq yerləşdirilməsidir. Bu düzülüş hər zaman eyni olaraq qalmalıdır ki, personallar lazım olan ləvazimatı asanlıqla tapsınlar.

Servantlar təmizləndikdən sonra rəflər və çəkməcələrə ləvazimatların səs çıxarmaması üçün salfet və ya dəsmal salınmalıdır.

Birlikdə istifadə edilən çəngəl-bıçaq dəstləri bir-birlərinə yaxın yerləşdirilməli və böyükdən kiçiyə doğru düzülməlidir.

Boşqablar da böyükdən kiçiyə doğru düzülməli və sütunları eyni hündürlükdə qoyulmalıdır.

Süfrələr, salfetlər servantın rəflərində çamaşırxanadan gəldiyi kimi böyüklər altda, kiçiklər üstə duracaq şəkildə qoyulmalıdır.

Servantın üstü xidmət zamanı ən çox istifadə edilən ləvazimatlardan ibarət olmalıdır. Bunlara buz qabları, külqabılar, məcməyilər və s. aiddir.

Tərtibatlı və titizliklə hazırlanmış servantlar xidmət zamanı ofisiantların asan şəkildə işləməsinə çox köməklik edəcək.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin