Mövzu Restoranda süfrələrin hazırlanması


Süfrə mədəniyyət qaydaları



Yüklə 0,52 Mb.
səhifə8/8
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#47719
növüQaydalar
1   2   3   4   5   6   7   8
Restoran movzu 6

3. Süfrə mədəniyyət qaydaları

1.Yemək siyahısını hazırlayarkən qonaqlarınızın yaşını, yaşadıqları yeri, sağlamlıq vəziyyətini nəzərə alın.


2. Yemək siyahısında mümkün olduğu qədər həzm sistemini gücə salacaq yeməklərdən istifadə etməyin.
3. Bir yemək siyahısına eyni tərkibli və ya bir birinə bənzəyən eyni adlı yeməkləri salmamaq məsləhətdir.
4. Süfrəyə 3 dəstdən artıq bıçaq, çəngəl və qaşıq qoymayın. Ancaq qədəhlər 4 ədəd ola bilər.
5. Qonaq olan süfrədə hər yemək öz qabında yeyilməli və hər yeni yemək gətirildikdə yeməyə uyğun olaraq boşqablar dəyişdirilməlidir.
6. Çəngəlləri istifadə sırasına görə, iti ucu olan tərəfi yuxarı şəkildə və boşqabın sol tərəfinə yerləşdirilir. Sadəcə şirniyyat üçün nəzərdə tutulmuş çəngəl boşqabın ön tərəfinə sapı sol tərəfdə qalacaq şəkildə yerləşdirilir.
7. Bıçaqların iti tərəfi boşqaba doğru,boşqabın sağ tərəfində yerləşdirilir. Sadəcə şirniyyat və çörək üçün nəzərdə tutulmuş bıçaq istifadə edilərsə boşqabın ön tərəfinə,sapı sağda olmaqla yerləşdirilir.
8. Qədəhlər hər zaman sağ tərəfdə yerləşdirilir.
9. Qaşıqların oyuq tərəfi yuxarı baxan vəziyyətdə və boşqabın sağ tərəfində, bıçağın sağında yerləşdirilir. Şirniyyat qaşığı istifadə olunacaqsa şirniyyat bıçağının və ya çəngəlinin əvəzinə qoyulur.
10. Güllər,şamdan və iri meyvə qabları qonaqların bir birilərini görməsinə mane olmayacaq şəkldə qoyulmalıdır.
11. Duz və istiot qabı stolun ortasına yaxın, əllərin çata biləcəyi məsafədə qoyulur.
12. Xardal, ketçup, mayonez süfrəyə verilərsə əvvəlcədən qoyulmaz. Əgər hansısa yeməkdə istifadə olunacaqsa o yeməklə birgə verilməlidir.
13. Əllə yeyilməsi vacib olan yeməklər olarsa bu zaman süfrəyə nəm salfetlər qoyulmalı və ya içərisində limonlu su olan qablardan da istifadə etmək olar.
14. Bəzi yeməklərin yeyilməyən hissələri, sümüklər və tumlar üçün iki nəfərin boşqabının arasına hət iki şəxs üçün külqabı və ya sümük qabı qoyulamlıdır.
15. Qonaqların rahat yemək yeyə bilmələri üçün iki oturacaq arasında məsafə 60 cm olmalıdır.
16. Salfetlər süfrəyə zövqlü şəkildə qoyulmalıdır. Parça salfetlər daha məqsədəuyğundur.
17. Evin xanımı yemək servisini, evin bəyi isə içki servisini təqdim etməlidr.
18. Çirkli boşqablar sağ tərəfdən alınmalı və yerinə təmizləri yenə də sağ tərəfdən qoyulmalıdır. Bunların içində yalnız sümük qabı və çörək qabı sol tərəfdən alınmalı və sol tərəfdən də qoyulmalıdır.
19. Yeməkdən əvvə içki servisi təqdim olunmalıdır. Əgər yeməyə şorba ilə başlanarsa içki servisini şorbadan sonra təqdim edin.başlanarsa içki servisini şorbadan sonra təqdim edin.




 
Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin