Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan


Ailədə qarşılıqlı münasibətlərin xüsusiyyətlərinə aid göstəricilər



Yüklə 0,94 Mb.
səhifə14/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   10   11   12   13   14   15   16   17   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

Ailədə qarşılıqlı münasibətlərin xüsusiyyətlərinə aid göstəricilər.

  1. Ailədə qarşılıqlı münasibətlərin tərzi və onların göstəriciləri;

  2. Valideynlərin (onları əvəz edən şəxslərin) tərbiyə strategiyasının göstəriciləri;

  3. Valideyn mövqeyinin (niqativ, pozitiv) aktuallığı və onun formalaşma səviyyəsinin göstəriciləri;

  4. Uşağın valideynlərinin (onları əvəz edən şəxslərin) psixoloji (şəxsi-emosional) sabitliyinin göstəriciləri;

Məktəbəqədər yaşlı uşaqların psixoloji diaqnostikasının əsas məqsədlərindən biri onlarda psixi proseslərin (qavrayış, təfəkkür, nitq, hafizə, təxəyyül və s.) və şəxsiyyət keyfiyyətlərinin formalaşma səviyyəsinin diaqnostikasının keçirilməsindən ibarətdir. Məktəbəqədər müəssisələrdə çalışan uşaq psixoloqu bu məqsədlə müxtəlif diaqnostik metodikalar və vasitələrdən istifadə etməklə uşaqlarda inkişafın spesifik və qeyri-spesifik göstəricilərini əldə edə bilər. Uşağın psixi inkişafının spesifik göstəricilərin müəyyənləşdirilməsində konkret metodik vasitələrdən istifadə olunduğu halda, qeyri-spesifik göstəricilərin aşkara çıxarılmasında ümumi xarakterli diaqnostik və metodik vasitələrdən – müşahidə və diaqnostik müayinələrdən istifadə olunur. Məsələn, “görmə sintezlərinə malikolma”nın xarakteristikası “Perseptiv modelləşdirmə” adlanan metodikanın spesifik göstəricisi olub, əyani –obrazlı təfəkkürün diaqnostikasına yönəlmişdir. “Əməliyyatların ardıcıllığı və məqsədəyönəlmişliyi” isə, “Piktoqram”, “Korrektura sınağı” metodikalarının qeyri-spesifik, vasitəli göstəriciləridir. Burada “Piktoqram” metodikası vasitəli yaddasaxlamanın, “Korrektura sınağı” isə diqqətin davamlığının diaqnostikası zamanı tətbiq olunur.

Qeyd etmək lazımdır ki, məktəbəqədər yaşlı uşaqların psixi inkişafının diaqnostikasının keçirilməsində tətbiq olunan əsas müayinə-diaqnostik metodlar müşahidə, eksperiment və testləşdirmədir. Bunlarla yanaşı, məktəbəqədər müəssisələrdə uşaqların psixoloji diaqnostikasında yardımçı metodlar kimi ankertləşdirmə, söhbət, yaradıcı fəaliyyət məhsullarının təhlili kimi metodlardan da geniş istifadə olunur.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin