Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan


Mövzu 3.Uşaqların psixoloji diaqnostikası üzrə işin sistemi



Yüklə 0,94 Mb.
səhifə11/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   7   8   9   10   11   12   13   14   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

Mövzu 3.Uşaqların psixoloji diaqnostikası üzrə işin sistemi.

Plan:

1. Məktəbəqədər yaşlı uşaqların psixoloji diaqnostikası.



  1. Kiçik yaşlı məktəblilərin idrak proseslərinin diaqnostikası.

  2. Kiçik yaşlı məktəblilərin şəxsiyyət keyfiyyətlərinin diaqnostikası.

Ədəbiyyat siyahısı:

  1. Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” I və II hissə. Bakı 2008

  2. Çələbiyev N.Z. “Psixodiaqnostika məsələləri” Bakı ADPU 2003

  3. Əlizadə Ə.Ə. “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” Bakı Pedoqogika 2004

  4. Əmrahlı L.Ş. “Psixoloji xidmətin əsasları” Bakı 2006

  5. İsmayılov P.V. “Psixoterapiya” Bakı 1992

  6. Həmzəyev M.Ə. “Pedaqoji psixologiya” Bakı Maarif 1991

  7. Çələbiyev N.Z. “Uşaqların psixologiyası” Bakı ADPU 2005

1. Respublikamızın təhsil sistemində praktik psixoloji xidmət işi hal-hazırda yalnız orta təhsil müəssisələrində həyata keçirilsə də, gələcəkdə məktəbəqədər uşaq tərbiyə müəssisələrində də təşkil olunacağı qarşıda duran vəzifələrdən biridir. Bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada bu sahədə xeyli təcrübə mövcuddur. Məktəbəqədər uşaq tərbiyə müəssisələrində həyata keçirilən psixoloji xidmətin mühüm istiqamətlərindən biri psixodiaqnostikadır. Bu istiqamətin əsas vəzifəsi məktəbəqədər yaş dövründə uşaqların psixoloji cəhətdən öyrənilməsindən ibarətdir. Məktəbəqədər müəssisələrdə psixoloji diaqnostikanın keçirilməsinin bir sıra özünəməxsus cəhətləri vardır. Onun predmeti məktəbəqədər yaşlı uşaqların yaş və fərdi psixoloji müayinəsinin keçirilməsindən və bu yolla uşaqların psixi inkişafında mümkün kənaraçıxma və geridəqalma hallarının korreksiyasını təşkil etməkdən ibarətdir. Qeyd olunan psixoloji problemlərin həlli üçün praktik psixoloq məktəbəqədər yaşlı uşaqlarla aparılacaq psixodiaqnostik işlərin məzmununa dərindən bələd olmalıdır. Praktik psixoloq ilk növbədə psixoloji təsir obyektlərini dəqiqləşdirməli, daha sonra, psixoloji təsirin əsas mövzusunu xarakterizə edən normativ yaş göstəricilərini müəyyənləşdirməlidir. Ona görə də, praktik psixoloqun əlində məktəbəqədər yaşlı uşaqların yaş-normativ və fərdi inkişafının göstəriciləri olmalıdır. Həmin göstəricilərin gələcəkdə məktəbəqədər müəssisələrdə işləyəcək praktik uşaq psixoloqları üçün zəruriliyini və əhəmiyyətini nəzərə alaraq şərh etməyi lazım bilirik:

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin