Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə15/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   11   12   13   14   15   16   17   18   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

Testləşdirmə - psixoloji diaqnostikanın əsas aləti olub, standart xarakterli sual və məsələlərdən (testlərdən) və müəyyən qiymətləndirmə şkalasından ibarət olan metodik sistemdir. Testlərin tətbiqindən məqsəd şəxsiyyətin müəyyən psixi keyfiyyətlərinin (xüsusiyyətlərinin) ölçülməsi və qiymətləndirilməsidir. Standartlaşdırılmış testlər vasitəsilə adətən idrak prosesləri, başqa sözlə desək, intellektual inkişaf səviyyəsi ölçülür. Məktəbəqədər yaşlı uşaqların əqli inkişafının diaqnostikasında istifadə olunan, psixoloji –metodik təcrübədə geniş yayılmış testlərdən biri rus psixoloqu L.A.Venqer tərəfindən işlənilib hazırlanmış standartlaşdırılmış testlər kompleksidir. Həmin kompleksə daxil olan testlər məktəbəqədər yaşlı uşaqların qavrayış və təfəkkürünün inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən “Perseptiv modelləşdirmə”, “Sxematikləşdirmə”, “Etalonla tutuşdurma”, “Naxışların çəkilməsi” və s. kimi metodikalardan ibarətdir.

Bağça yaşlı uşaqların yaş normalarına müvafiq psixi inkişaf səviyyələrini müəyyənləşdirmək üçün təcrübədə müxtəlif psixodiaqnostik metodikalardan istifadə olunur. Onların sırasında “Balıq”, “Piramida”, “Nümunəyə əsasən quraşdırma”, “Üç istək”, “Piktoqram”, “Oyuqlar” və s. adlarını qeyd etmək olar. Məktəbəqədər yaşlı uşaqların şəxsiyyət keyfiyyətlərini müayinə edilməsində müxtəlif proyektiv metodikaların uşaq variantlarından istifadənin də özünəməxsus üstünlükləri vardır. Bu testlər içərisində “Uşaq appersepsiyası testi”, “Rozentsbeyq testi”, “Adam şəkli”, “Mövcud olmayan canlıların rəsmi”, “Ailə rəsmi” və b. xüsusi diaqnostik dəyərlərə malikdir.

Son dövrlər məktəbəqədər yaşlı uşaqların psixoloji müayinəsi təcrübəsində “Seqen lövhələri”, “Görmə imla”, “Məişət əşyaları ilə iş”, “Poçt qutusu”, “Nümunəyə əsasən seçmə”, “Ayzenk sorğusu” (uşaq variantı), “Qeyri-verbal təsnifatı”, “10 şəklin yadda saxlanılması”, “Ardıcıl şəkillər”, “Perseptiv modelləşdirmə”, “Koos metodikası”, “Sujetli şəkillər” metodikası, “Raven matrisi” və s. kimi metodikalar geniş yayılmışdır. Həmin metodikalarla işin təşkili qaydaları ilə kitabın “Təhsil sistemində psixoloji xidmətin tətbiqi məsələləri” adlanan II hissəsində tanış olmaq olar.

Altı yaşlı uşaqların məktəbə hazırlığının sınaqdan çıxarılmış əsas diaqnostik metodları aşağıdakılardır:

1. Korrektura sınağı;

2. Bender testi (və ya Kern –Yerasek testi);

3. Naxışlı imla;

4. Piktoqram;

5. Mövcud olmayan canlılar;

6. Tapşırığı qəbul etmə testi;

7. Ümumi məlumatlılıq testi (Bine və ya Veksler variantı)

8. “Yadda saxla və çək” testi;

9. Məntiqi təfəkkürə aid müxtəlif testlər;

10. Uşaq Appersepsiya testi.

Məktəbəqədər müəssisələrdə çalışan praktik uşaq psixoloqu qeyd olunan həmin metodikalarla yanaşı, uşaqların məktəbə hazırlığının diaqnostikası məqsədilə aşağıda göstərilən bir sıra əlavə metodikalardan da istifadə edə bilər:

1. Labirint (Veksler testi);

2. Koqan testi;

3. Torrens testləri;

4. Yunq testi;

5. “Ailə rəsmi” testi;

6. Ailənin mövcud olmayan canlılar şəklində rəsmi;

7. İmpulsivlik – refleksivliyin tədqiqi metodikası;

8. Lyuşer testi;

9. “Sehrli çubuq” və ya “Üç istək” testi;

10. Liri testi.

Məktəbəqədər müəssisələrdə çalışan praktik uşaq psixoloqunun iş metodları sırasında müşahidə özünəməxsus yer tutur. Psixoloji diaqnostikanın metodlarından biri olan müşahidə məqsədyönlü və planlı şəkildə izləmə yolu ilə uşaqların müəyyən şəraitdə psixi həyatında baş verən dəyişikliklərin öyrənilməsini nəzərdə tutur. Psixoloji təcrübədə müşahidə metodundan istifadə yolu ilə əldə edilmiş nəticələrin digər müayinə metodlarının nəticələri ilə müqayisəsi praktik psixoloqa uşaq haqqında obyektiv rəy tərtib etməyə imkan yaradır. Praktik uşaq psixoloqunun həyata keçirdiyi diaqnostik müayinə zamanı müşahidənin aparılmasına ümumi tələblərlə (planlaşdırma, protokol tərtibi, nəticələrin təhlili və s.) yanaşı bir sıra xüsusi tələblər də verilir. Bu tələblər bir tərəfdən uşaqların yaş xüsusiyyətləri, digər tərəfdən isə məktəbəqədər tərbiyə müəssisəsində uşaqların həyat və fəaliyyətinin təşkili şəraiti ilə bağlıdır. Ona görə də, məktəbəqədər müəssisələrdə işləyən psixoloq müşahidənin təşkilinə verilən aşağıdakı xüsusi tələbləri diqqət mərkəzində saxlamalıdır:

- müşahidə uşağın təbii həyat və fəaliyyəti prosesində aparılmalıdır;

- müşahidə uşaq fəaliyyətinin konkret bir formasına yönəlməlidir;

- müşahidə xüsusi təşkil edilmiş fəaliyyət prosesində keçirilməlidir;

Psixoloji müayinə məqsədilə aparılan müşahidələr uşağın təbii həyat və fəaliyyət prosesini əhatə etməlidir. Bu uşağın yemək, yuxu, gəzinti, oyun və s. kimi təbii fəaliyyət formalarını nəzərdə tutur. Müşahidənin bu növü uşağın təbii davranışının öyrənilməsinə yönəldiyi üçün o, psixoloqa uşağın fərdi xüsusiyyətləri haqqında məlumat əldə etməyə imkan verir. Yönəldici fəaliyyət prosesində isə, əksinə, müşahidə uşağın yaşlılarla qarşılıqlı münasibətləri kontekstini əhatə edir.

Xüsusi təşkil edilmiş müşahidələr uşağın həyatının idrak fəaliyyəti ilə bağlı (nitq inkişafı, sadə riyazi təsəvvürlərin formalaşması, savad təlimi, ətraf aləmlə tanışlıq) və estetik, əmək, fiziki tərbiyə istiqamətli (musiqi, təsviri fəaliyyət, bədən tərbiyəsi və s.) müxtəlif məşğələlərin gedişində aparılır.

Praktik uşaq psixoloqu öz fəaliyyətində həm müşahidə, həm bələdləşmə, həm də müşayətedici funksiyaları yerinə yetirir. Bu o deməkdir ki, müşahidənin nəticələri bir tərəfdən psixoloqu test sınaqlarını keçirməyə yönəldir, digər tərəfdən keçirilmiş test sınaqlarının nəticələrini təsdiq və inkar etməyə imkan verir.

Məktəbəqədər yaşlı uşaqların psixoloji müayinəsində istifadə olunan metodların obyektivliyini təmin etmək üçün bir sıra vasitələrdən istifadə olunur. Həmin vasitələrə müşahidə protokolları və diaqnostik xəritələr aiddir.

Müşahidə protokollarında uşağın davranış reaksiyaları, özünü necə aparması, qarşılıqlı münasibət formaları, fəaliyyət növü və psixi hadisənin kəmiyyət və keyfiyyət göstəricilərinin dinamikası qeyd olunur. Diaqnostik xəritədə isə qeydə alınmış diaqnostik göstəricilər əks olunur. Qiymətləndirmə vasitəsi kimi müxtəlif psixi hadisələrin yaş normasına uyğun etalonlarından və diaqnostik –normativ göstəricilərindən istifadə olunur.

Anketləşdirmə - verbal kommunikasiya (yazılı nitq) əsasında sosial-psixoloji və psixoloji-pedaqoji məlimat əldə etməyə imkan verən diaqnostik metodlardan biridir.

Məktəbəqədər müəssisələrdə anket sorğusu yalnız müəssisənin yaşlı kontingenti, yəni valideynlər, tərbiyəçilər və pedaqoqlarla keçirilir. Bu metodun əsas diaqnostik vəzifəsi qeyd olunan qrupa aid yaşlılardan bioqrafik məlumatların, ailə üzvlərinin sərvət meylləri, sosial yönəlişlikləri, şəxsiyyət keyfiyyətləri haqqında məlumatların toplanılmasından, həmçinin onların valideynlik və pedaqoji mövqelərinin müəyyənləşdirilməsindən ibarətdir.

Tərbiyəçilər və valideynlər üçün anketlər “hə” və ya “yox” tipli cavablandırılan, bəzən isə bir neçə cavab variantı təqdim olunan suallardan ibarət olur. Bəzi hallarda tərbiyəçi, pedaqoq və valideylərdən daha geniş məlumat toplamaq zərurəti yarandıqda şifahi ankertləşdirmə (müsahibə) keçirmək tövsiyə olunur. Nümunə olaraq həm tərbiyəçilər, həm də valideynlər üçün nümunəvi anket suallarının məzmunu ilə tanış olaq:

I. Tərbiyəçilər üçün anket sualları:



  • uşağın adı və soyadı;

  • doğulduğu il, ay və gün;

  • ailə tərkibi;

  • ailədə uşaqların sayı;

  • valideynlərin təhsili;

  • ailənin maddi vəziyyəti;

  • ailənin mənzil şəraiti;

  • uşaq hansı yaşdan bağçaya gedir;

  • uşağı adətən bağçaya kim aparır;

  • uşaq daha çox hansı fəaliyyəti uğurla yerinə yetirir;

  • uşağın davranışında sizi ən çox nə narahat edir;

  • uşağın qrupdakı mövqeyi necədir?

Qeydlər:


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin